gozellik mehsullari

Evdə hazırlaya biləcəyiniz gözəllik və baxım məhsulları

Baxış sayı: 988

Üz baxımı və ya gözəllik məhsulları bəzən bahalı ola bilir. Bununla yanaşı üzümüzə də zərər verirlər və tərkibində bir çox kimvəyi maddə olur. Amma mətbəxinizdə olan məmulatlarla da özünüzə baxım məhsulları yarada bilərsiniz.

 

1) Diş ağardıcı

Məmulatlar:

– 1 yemək qaşığı soda

– Su

Məcun əldə etmək üçün sadəcə soda və suyu qarışdırıb, dişlərinizə sürtün. 1-2 dəqiqə gözlədib, yuyun. Daha bəyaz dişlər üçün hər gün tətbiq edin.

 

2) Qara nöqtə maskası

Məmulatlar:

– 1 yemək qaşığı soda

– Su

Xəmir kimi bir forma alacaq formada su və sodanı qarışdırırn. Burnunuza tətbiq edin və tamamilə qurumasını gözləyin. 10-15 dqiqə gözlədikdən sonra maskanı yuyaraq çıxarın.

 

3) “Lipuçka”

– 2,5 stəkan pudra şəkəri

– 2 stəkan su

– Yarım stəkan limon suyu

Bütün məhsulları qarışdırın və qızılı rəng alana qədər 8-10 dəqiqə bişirin. Ardınca soyumağa qoyun, yapışqan hala gələndə istifadəyə hazır olacaq.

 

4) Dodaq kremi

– 2 çay qaşığı yeməli jelatin

– 2 yemək qaşığı kokos yağı

– 2-3 damla limon ətir yağı

Kokos yağını mikrodalğada 20 saniyəlik isidin, ardınca jelatin qarışığını əlavə edin və qarışdırın. Jelatin əriyənə qədər yenə mikrodalğalı sobaya qoyun. Ardınca isə limon ətrini əlavə edib qarışdırın. Dodaq kremi qabına əlavə edib, soyuducuda qatılaşana qədər saxlayın.

 

5) Nəmləndirici

– ¼ xiyar

– ¾ stəkan bəyaz şəkər

– 2 yemək qaşığı kokos yağı

– 8-10 damcı nanə ətir yağı

Xiyarları püre halına gətirin, şəkər və kokos yağını əlavə edib qarışdırın. Daha sonra isə ətiri əlavə edib, bir qabda soyuducuda saxlayın.

 

6) Yağlı saçlar üçün quru şampun

– 2,5 yemək qaşığı qarğıdalı nişastası

– 3-4 damla ətir yağı (gül və ya lavanda)

Sadəcə məhsulları qarışdırıb, saçınıza həssas şəkild tökün. 5 dəqiqə gözləyin bə tozu fırça ilə təmizləyin.

 

7) Təbii üz toniki olaraq aloe vera istifadə edə bilərsiniz.

8) Təbii makiyaj təmizləyii – kokos yağı

Kokos yağını üzünüzə tətbiq edin və 10 dəqiqə gözlətdikdən sonra durulayın.

 

9) Parfüm

– 10-12 damla ətir yağı

– Badam yağı

– Silindir şüşə

Sadəcə bütün məmulatları qarışdırıb, sprey qutusuna doldurun.

 

10) Təbii kirpik və qaş baxımı üçün balzam

Hind yağının faydaları eyni ilə aloe vera kimi saymaqla bitməz. Hind yağı saçın uzanmasına təsir edən aktiv maddələrə sahibdir. Kirpiklərinizə və qaşlarınıza  sürtsəniz, digər kosmetik vasitələr olmasa da, həcmli görünmələrini təmin edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir