pencere

Evi sərinlətmək istəyirsiniz, amma daha da isinir! – Doğru saat budur

Baxış sayı: 480

Yayda istidən xilas olmaq üçün bir çox insan dərhal pəncərələri açır. Amma mütəxəssislər xəbərdarlıq edir: bu vərdiş evləri sərinləşdirmək əvəzinə daha da qızdıra bilər.

Çox isti günlərdə, xüsusilə də 28°C-dən yuxarı temperaturda, pəncərələri düzgün vaxtda açıb-bağlamaq vacibdir. İkiqat şüşəli pəncərə sistemləri üzrə mütəxəssis Alan Reid deyir:

“Əgər çöldəki hava evin içindən daha istidirsə, pəncərə açmaq evinizi sərinləşdirməz, əksinə daha da isitmiş olarsınız.”

Doğru saat nə vaxtdır?

 

Günün ən isti saatlarında (saat 11:00–16:00 arası), xüsusilə cənub tərəfli evlərdə pəncərələr və panjurlar bağlı qalmalıdır. Havanın soyumağa başladığı axşam saat 20:00-dan sonra isə pəncərələri açmaq daha doğrudur. Bu zaman evdə toplanan isti hava çölə çıxar və təbii ventilyasiya yaranar.

 

Gecə rejimi və səhər havalandırması

Yeni nəsil pəncərələrdəki “gecə mandalı” funksiyası pəncərəni bir qədər aralayıb həm təhlükəsizliyi qoruyur, həm də havalandırmanı təmin edir. Səhərlər hava yenidən isinməmiş pəncərələri açmaqla evi sərinləşdirmək olar.

 

Əlavə məsləhətlər:

Açıq rəngli pərdə və panjurlar istini əks etdirə bilər

Günorta saatlarında soba və ocaqdan uzaq durun

Yatarkən pambıq və kətan yataq dəstlərindən istifadə edin

Vantilatorun qarşısına buz qoymaq da sərinlik verir

 

Turan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir