ev

Evin dizaynı necə edilməlidir? – “EVİN İŞİ”

Baxış sayı: 535

Yaşayış yerimizi dekor etmək maraqlı olduğu qədər, həm də həyəcan vericidir. Amma bu qədər çox mebel və aksessuarlar arasında düzgün qərar vermək asan deyil. Yəni evinizi bəzəmək əyləncəli bir təcrübə olsa da, öz çətinlikləri var.

Beləliklə, “EVİN İŞİ” rubrikasında mənzilinizi dekor edərkən sizə ilham verəcək bəzi məsləhətləri təqdim edirik:

 

Aksessuardan düzgün istifadə 

Divara asılan çərçivələrin, otaqdakı güllərin, şkafların üzərinə qoyulan kiçik suvenirlərin çoxluğu evi daha qarışıq və səliqəsiz göstərir. Buna görə də onların sayını azaldıb, ən münasib yerlərə qoymaq lazımdır.

 

Rəng seçimi

Ev dekorunda əşyaların və divarların hərəsinin fərqli rənglərdə olması da evin qarışıq görünməsinə səbəb olur və bu göz yorur. Əşya və divar rəngi seçimində rəng uyumuna diqqət etmək vacibdir. Bu zaman bir-birindən fərqli al-əlvan rənglərə deyil, bir-biri ilə uyğunluq təşkil edən rənglərə üstünlük vermək lazımdır.

 

Tərz seçimi 

Əvvəlcə hansı tərzi sevdiyinizi dəqiqləşdirin və əmin olun. Ev dekorasiyasında modern, klassika, neoklassika, minimalizm, art-dekor kimi bir-birindən fərqli və maraqlı tərzlər var. Bunun üçün özünüz kiçik araşdırma edərək bu tərzlərin hər birinə aid nümunələrə nəzər salın və zövqünüzə uyğununu seçin. Onu da qeyd etmək lazımdır ki, eyni vaxtda bir neçə tərzə müraciət etməyin.

 

Mebel seçimi 

İlk olaraq, mebelin rənginin və formasının evə, otağa uyğun olmasında diqqət edin. Mebel otaq ölçülərinə nisbətdə nə çox böyük, nə də çox kiçik olmasın. Çünki böyük mebellər otaqda sıxlıq yaradır, çox kiçiklər isə otağın boş görünməsinə səbəb olur. Həmçinin mebelin funksionallığına və rahatlığına da diqqət etsəniz, bu, uzun bir müddət üçün orada yaşamınızı asanlaşdırar.

 

Divar kağızları 

Müasir dövrdə dekorativ, naxışlı və tünd rəngdə divar kağızlarından istifadə azalıb. Hazırda nisbətən açıq rəngli divar kağızlarına üstünlük verilir. Əgər evinizi təmir etdirməyi düşünürsünüzsə, dekorativ divar kağızlarını açıq rəng tonları ilə əvəzləyin.

 

İşıqlandırma 

Evdə istifadə etdiyiniz işıqlandırma vasitələrinin evin, otağın ümumi tərzi ilə uyğunluq təşkil etməsinə diqqət edin. Həmçinin pəncərələrin günəş çıxan istiqamətdə olması evi daha da aydınladır.

 

Otaqdakı boş qalan hissələr 

Otağı çox əşya ilə doldurmağa çalışmayın. Evin hər bir hissəsində, hər bir otaqda həmin otağın ümumi ölçüsünə uyğun boş sahələr saxlamağa səy göstərin. Bu, həm sizin orada daha rahat hərəkət etməyinizə yardımçı olacaq, həm də otağı daha geniş göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir