bitki

Evinizi bu bitkilərlə bəzəyin – PAYIZ DEKORASİYASI

Baxış sayı: 1. 501

Qış gəlir. Amma evdə oturub təbiətdən zövq ala bilməyəcəyiniz üçün narahat olmayın. Yay və yazın enerjisini evdə də yaşaya bilərsiniz. Hər zaman yamyaşıl və canlı olan, insanın gözünü oxşayan, mühitə tam fərqli bir enerji qatan bitkilər bu işdə köməyə çatır. Üstəlik, yanına rəngli aksessuarlar əlavə etsəniz, özünüzü ayrı mühitdə təsəvvür edəcəksiniz. Bunu necə bacarmaq olar? Payızın romantik havasını paylaşmaq və qışda bitkilərlə gözəl bir mühit yaratmaq istəyirsinizsə, “Gencaile.az”-ın təqdim etdiyi bu yazını oxuyun.

Evinizin dekorasiyasında bitkilərdən faydalanmaq istəyirsinizsə, əvvəlcə son illərin dəbi olan landşaft – “şaquli yaşıllıq” üsulunu tətbiq edin. Bu yaşıllıq yaşadığınız yerə isti ab-hava gətirəcək. Məsələn, salonunuzun bir divarına yerləşdirəcəyiniz şaquli formada uzanan bitkilərlə xüsusi və fərqli bir dizayn yarada bilərsiniz. Daxili məkanda bunu edərkən xüsusilə epipremum, fujer, sygonium, ficus pumila, bromellia bitki növlərindən istifadə edilə bilər.

Səbrin və əməyin rəmzi olan bonsailər isə qonaq otağınızın bir küncünə başqa bir zəriflik bəxş edər. Keramika saxsılarda olan bonsai evinizin bir üzvü kimi və zadəgan duruşu ilə sizi qarşılayacaq, rahatlaşdırıcı xüsusiyyəti ilə də özünüzü yaxşı hiss etdirəcək.

Mətbəx pəncərələrinin önünə rəngli dibçəklərdə yerləşdirəcəyiniz reyhan, bibəriyə kimi bitkilər həm mətbəxinizə sevinc qatar, həm də təbii əkinçilik üçün bir başlanğıc olar. Evinizin bol işıq düşən hissələrində şüşə önünə rəngbərəng bənövşələri yerləşdirərək xəyali bir görünüş də əldə edə bilərsiniz. Bənövşələr bol işıq sevdiyi üçün xüsusilə səhər işığı alan yerlərdə olmalıdır. Torpağı quruduqca su vermək lazımdır.

Evinizdə ekzotik bir görünüş əldə etmək istəyirsinizsə, palmalar sizin üçün uyğundur. Fərqli növləri olan palmalar işığı sevir. Palmaları qoyduğunuz otağı taxta və həsirdən düzəlmiş mebel, yaxud dekorativ əşyalarla bəzəyərək, ekzotik ab-havanı yüksəldə bilərsiniz.

Qonaq otağına 5-6 qollu bir şamdan dirək və dirəklərin hər birinə kiçik çiçəkli kaktus qoyaraq, məkanı şənləndirə bilərsiniz.

Bitki əkərkən xüsusən rəngli saxsı dibçəklərə üstünlük verin. Çünki onlar gigiyenik baxımdan faydalıdır və daha dözümlüdür. Evinizin havasını dəyişdirmək istəyirsinizsə, tünd qırmızı, sarı, çəhrayı kimi iddialı tonlarda olan saxsılar seçin.

Bitki alarkən bunlara diqqət edən!

– Gövdəsi və yarpaqları sağlam, qönçələri diri olanları seçin.

– Yarpaqlar yanıq olmamalı, yarpaqların üstündə, ya da gövdədə xəstəlik əlaməti sayılan yapışqan və qabıq olmamalıdır.

– Qış aylarında alınan bitkilərdə mühit dəyişikliyi ilə bağlı ilk 10 gün içində alt yarpaqların saralması və tökülməsi normaldır. Yarpaqların tökülmə prosesi 1-2 həftə içində bitər. Əgər yeni çıxan yarpaqlarda yanma davam edirsə, deməli, düzgün qulluq etmirsiz.

– Evə almaq üçün bitkiləri seçərkən işıq və istilik şərtləri, bitkinin qoyulacağı yerin genişliyi nəzərə alınmalıdır.

– Satılan bitkilər adətən kiçik qablarda satılır. Bitkini böyük saxsı dibçəyə köçürün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir