Qoca

Evlilik qocalıq əqli zəifliyin qarşısını alır

Baxış sayı: 487

Demensiya və ailə həyatı arasındakı bağlılığı əhatə edən 15 tədqiqatın nəticələri hərtərəfli analiz edilib. Tədqiqatlar Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 812 mindən çox əhalisi arasında aparılıb.

Hesablamalara əsasən, ailə həyatı qocalıq əqli zəifliyi riskini 30 faiz aşağı salır. Onlara nisbətən bütün ömürlərini təklikdə keçirənlərdə bu risk orta hesabla 42, dullarda isə 20 faiz daha yüksəkdir. Lakin buna baxmayaraq, boşanmalar intellektual bacarıqlara təsir etmir.

Alimlərin fikrincə, uzunmüddətli evliliklər funksiya itkilərinin qarşısını alaraq baş-beynin aktivliyinin qorunmasına kömək edir. Bundan əlavə araşdırmalar ailədə mehribanlıq və xoş mühitdə yaşayan yaşlıların düzgün qidalanmalarına, sağlamlıqlarına, zamanında tibbi müayinələrdən keçmələrinə daha çox diqqət yetirdikləri də bəlli olub. Bu da onların demensiya riskini olduqca aşağı salır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir