fitre zekati

Fitrə zəkatı necə çıxarılmalıdır? – RAMAZAN BƏLƏDÇİSİ

Baxış sayı: 1. 559

Məlum olduğu kimi, sabah Ramazan ayı başa çatır. Təbii ki, bayram ərəfəsində “fitrə zəkatı necə çıxarılmalıdır” sualı ətrafında düşünənlər az deyil. Bu səbəbdən də “Gencaile.az” saytının “Ramazan bələdçisi” rubrikasında məhz bu mövzudan bəhs edəcəyik.

Image result for Fitrə zəkatıFitrə zəkatı Fitr bayramı günü günəş çıхаndаn sоnrа vеrilir, əgər axşam məlum olsa ki, səhər bayramdır, fitrə zəkatı axşam azanından(gün batdıqdan sonra) sonra ayrılmalıdır

Fitrə zəkatının miqdarı ailədə hәr nәfәr üçün buğdа, аrpа, хurmа, kişmiş, düyü, qаrğıdаlı vә s. kimi şеylәrdәn 3 kq dəyərindədir. Beləki, fitrə zəkatını orta hesablama ilə adam başı 3 manatdan 6 manata kimi istənilən miqdarda vermək olar. Yuxarıda qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar.

Lakin fitrə qaydalarına görə müstəhəbdir ki, insan özünün daha çox istifadə etdiyi yuxarıda sadalanan ərzaqlardan birinin pulunu hesablayıb versin.

Əgər bir ailə kasıbdırsa, onda onlar fitrə verməkdən azaddırlar.

Başqasının öhdəsində olan insana fitrə zəkatı vacib deyil. Habelə əgər öhdəsində olduğu adam da onun fitrəsini verməsə, yenə də ona fitrə vacib deyil. Lakin, yaxşı olar ki, özü öz fitrəsini çıxartsın.

Fitrə zəkatını o kəs verməlidir ki, gəliri zəruri xərclərini qarşılayır. Əksinə, fitrəni o kəsə vermək lazımdır ki, gəliri zəruri xərclərini qarşılamasın.

Fitrə pulunu özünüz də imkansız müsəlmana verə bilərsiz. Əgər belə bir tanışınız yoxdursa, həmin pulun fəqir müsəlmana verilməsini başqa adama həvalə edə bilərsiz. Habelə unutmayın ki, seyyidlər qeyri-seyyidlərdən fitrə zəkatı ala bilməzlər, qeyri-seyyidlər də seyyidlərə fitrə zəkatı verə bilməzlər. Yalnız seyyid ehtiyacı olan seyyidə fitrə zəkatı verə bilər.

 

Hazərladı: Fateh




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir