goz

Görmə qabiliyyətini nə zaman yoxlamaq lazımdır?

Baxış sayı: 884

Çox vaxt biz yaxşı gördüyümüzü hesab etdiyimiz üçün görmə qabiliyyətini yoxlamağa ehtiyac duymuruq . Lakin, yaxşı görmə hələ görmə sisteminin tam sağlam olmasının göstəricisi deyil. Gözdaxili təzyiq, buynuz qişanın qalınlığı, tor qişanın vəziyyəti.. Bu və digər göstəricilər həkim – oftalmoloq tərəfindən diaqnostika zamanı yığılır və ciddi problemin mövcud olub olmadığını müəyyən etməkdə köməklik edir.

Xəstəlik nə qədər tez aşkar olunsa,  sağalma şansları bir o qədər çox olur. Erkən diaqnostika və düzgün müalicə görmə qabiliyyətinizi qorumağa kömək edər. Məhz buna görə həkim – oftalmoloqlar hətta heç bir şikayət olmadıdqa belə ildə bir dəfə görmə qabiliyyətinin yoxlanmasını vacib sayırlar.

Bundan əlavə, aşağıda sadalanan kateqoriyalar üçün profilaktik oftalmoloq baxışı mütləq sayılır:

hamilə və hamiləliyi planlaşdıran qadınlar;

üşaqlar ( mütləq baxışlar: 1,6,12 aylıqda, 3 yaşında, məktəbdən qabaq və hər il məktəbdə);

yaxındangörmə, uzaqdangörmə, astiqmatizmdən əziyyət çəkənlər;

40 -50 yaşdan yuxarı insanlar ( bu yaşda katarakta, qlaukoma, tor qişanın distrofiyası kimi ciddi xəstəliklərin əmələ gəlməsi riski artır);

hipertoniya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkənlər (bu xəstəliklər görmə qabiliyyətinə mənfi təsir göstərə bilir);

Görmə sisteminin kompüter diaqnostikası göz xəstəliklərini ən tez zamanda aşkar edib onların qarşısını almağa kömək edir.

Diqqət!

Bu simptomların mövcudluğu həkim – oftalmoloqa müraciət etməyin vacib olduğunu göstərir:

gözdə qızarma və yaşarma;

göz qapaqlarının şişkinliyi;

quzehli qişanın rənginin dəyişməsi;

ikigörmə;

gözlərdə ağrı;

gözün qarşısında qığılcımların və boz-qara ləkələrin olması;

işıq mənbəyinin ətrafında rəngli halqalarln olması;

dumanlı, qeyri dəqiq görmə;

periferik görmənin itməsi;

göz və göz ətrafı gızarma;

qaranlıqa pis görmə;

işığa həssaslıq;

göz qarşısında “pərdə”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir