teyyare

Göyün yeddinci qatında sizi NƏ GÖZLƏYİR? – Təyyarə sərnişinləri BUNLARI BİLMƏLİDİR

Baxış sayı: 1. 384

Yerdən on minlərlə metr yüksəklikdə, 900 km sürətlə irəliləyən bir təyyarədə insan bədəninin nə hiss etdiyini heç düşündünüzmü?

Təyyarə ilə uzunmüddətli səyahət etmək kimi bir planınız varsa, bu bilgilərlə mütləq tanış olmalısınız.

 

1. Aşağı təzyiq, eyni havanı uzun müddət udmaq və uğultu səsləri orqanlarımıza mənfi təsir göstərir. Uzun müddət eyni havanı udmaq vücudda suyun azalmasına, yəni dehidrasiyaya səbəb olur. Buna görə uçuş əsnasında ilk olaraq, ağız quruluğu hiss edə bilərsiniz.

 

2. Kabinədə aşağı təzyiq səbəbilə çürük və ya hava çəkən dişləriniz ağrıya bilər.

 

3. Təyyarəyə minmədən öncə qrip və ya soyuqdəymə kimi xəstəlikləriniz varsa, dərhal bunun qarşısını almağa cəhd göstərməlisiniz. Təyyarədə nəmişlik 10% civarında olduğundan burnunuz tıxana bilər.

 

4. Linzadan istifadə edən sərnişinlər, xüsusilə, diqqətli olmalıdır. Çünki quru hava gözdə də quruluq yaradır. Bu vəziyyətdə linza yerinə eynəkdən istifadə etməlisiniz.

 

5. Təyyarədə aşağı təzyiq səbəbilə qarın əzələlərində ağrılar yarana bilər. Bu ağrıları yaşamaq istəmirsinizsə, uçmadan öncə qazlı sulardan uzaq durmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir