goz

Göz qişasının ətrafındakı qızılı-yaşıl sərhəd nəyin əlamətidir?

Baxış sayı: 339

Gözlər ruhun güzgüsüdür. Ancaq onlara əsaslanaraq özünüzə diaqnoz qoymağa dəyərmi? Rusiyalı mütəxəssis Aleksandr Myasnikov əmindir ki, bu, heç də həmişə belə deyil. Ancaq “Rossiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” tok-şousunda o, hər bir halda “gözü oxumağın” bəzi sirlərini açıqlayıb.

Həkimin fikrincə, əgər biz ciddi şəkildə səhhətimizin vəziyyətini gözümüzlə müəyyən etməyə çalışsaq, nəticədə ya həddən artıq narahat olacağıq, ya da həqiqəti heç vaxt bilməyəcəyik. Bununla belə, bəzi əlamətlər xəstəliyin hansı istiqamətdə axtarılacağına işarə edə bilər.

Məsələn, göz qişasının ətrafında qızılı-qəhvəyi və ya yaşılımtıl-sarı halqa bədəndə mis çökməsinin sinir sistemi və daxili orqanlara təsir edən Uilson xəstəliyinin əlaməti ola bilər. “Atrial fibrilasiya üçün amiodaron qəbul edən insanlarda da bu halqa ola bilər”, -deyə həkim əlavə edib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir