kofe

Gündə neçə fincan kofe içmək olar? – HƏKİM DANIŞIR

Baxış sayı: 413

Gündə neçə fincan kofe içməyin uyğun olduğuna dair məlumatlar fərdi sağlamlıq vəziyyətinə, yaşa, çəkiyə, genetik faktorlara və digər amillərə bağlıdır.

Mövzuyla bağlı “Gencaile.az” saytına danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova  ilk öncə təhlükəsiz səviyyə haqda danışdı: “Ümumiyyətlə, gündə 3-4 fincan (təxminən 300-400 milliqram kofein) kofe içmək təhlükəsiz sayılır. Bu miqdar əksər insanlar üçün yan təsirlər olmadan qəbul edilə bilər.”

Nermine Abbasova

Kofenin yan təsirlərindən də danışan həkim daha çox kofein istehlakı narahatlıq, yuxusuzluq, ürək döyüntüləri, həzm problemləri və digər simptomlara səbəb ola biləcəyini dedi. Onun sözlərinə görə, kofein həssaslığı olan insanlar və bəzi tibbi şərtləri olan şəxslər daha az kofein istehlak etməlidir.

Həkim həmçinin bildirdi ki, hamilə qadınlar, hipertoniya (yüksək qan təzyiqi) və digər sağlamlıq problemləri olan şəxslər üçün kofein istehlakı məhdudlaşdırılmalıdır. Hamilə qadınlar üçün gündə 200 milliqram kofein (təxminən 1-2 fincan kofe) tövsiyə olunur.

Nərminə Abbasova qeyd edir ki, kofe istehlakını bir anda çox miqdarda artırmaqdan çəkinmək lazımdır. Yüksək miqdarda kofein qəbul edildikdə, kofein zəhərlənməsi riskləri mövcuddur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir