nermin ismayilova

Həkim endokrinoloq:”Yaş artdıqca bu xəstəliyə tutulma riski də yüksəlir” – MÜSAHİBƏ

Baxış sayı: 1. 774

Şəkərli diabet şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Bu xəstəliyin əlamətləri, yaranma səbəbləri, müalicəsi ilə bağlı Respubika Endokrin Mərkəzinin həkim endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova suallarımızı cavablandırıb.

 

– Şəkərli diabet xəstəliyinin hansı əlamətləri var?

– Xəstəlik zamanı susuzluq, yanğı, ağızda quruluq, arıqlama, halsızlıq, zəiflik özünü göstərir. Amma ola bilər ki, xəstəliyin əlamətləri heç olmasın, şirinliyə meyllilik hiss olunsun, tez-tez yemək yeməyi istəsin, yeməyin vaxtı çatanda əsmə tutsun.

 

– Şəkər xəstəliyinin yaranma səbəbləri nədir?

– II tip şəkərli diabet xəstəliyinin başlıca səbəbi artıq çəkidir. II tip şəkərli diabet eləcə də, stres, genetika ilə bağlıdır. Düzgün olmayan həyat tərzi sürənlər, oturaq həyat keçirənlər də bu xəstəliyə meyllidir. I tip şəkərli diabetin səbəbi autoimnun xarakterlidir. Yəni onun genetika, irsiyyət, çəki ilə bağlılığı yoxdur.

 

– Hansı yaş qrupundan olan insanlar şəkərli diabet xəstəliyindən daha çox əziyyət çəkirlər?

– Yaş artdıqca, şəkərə tutulma ehtimalı artır. İndi şəkər xəstəliyi cavanlaşıb, yəni erkən yaşlarda da bu xəstəliyə tutulurlar. Amma daha çox bu xəstəlik yaşlı insalarda rast gəlinir. 40 yaşdan başlayaraq şəkər xəstəliyindən əziyyət çəkənlərin sayı artır. Yaş artdıqca bu xəstəliyə tutulma riski də yüksəlir. II tip şəkərli dibaet əsasən 40 yaşdan yuxarı insanlarda olur. I tip şəkərli diabet daha çox gənclərdə rast gəlinir.

 

– Ölkəmizdə bu xəstəlik çoxmu yayılıb?

– Tək bizdə deyil, bütün dünyada şəkərli diabet xəstəliyi çox yayılıb. Bugünkü gün dünyada 360 milyona yaxın insan şəkər xəstəsidir. 15-20 ilə şəkərli diabet xəstələrinin sayının 600 milyona qədər qalxması gözlənilir.

 

– Şəkərli dibaet xəstəliyi müalicə olunurmu?

– Düzgün həyat tərzi, düzgün qidalanma, aktiv həyat tərzi və dərmanla müalicədir. Oturaq həyat olmamalıdır.

 

– II tip şəkərli diabet xəstələri necə qidalanmalıdır?

– II tip şəkərli diabet xəstələri qida rasionunda karbohidratların azaldılması vacibdir. Qidada gec mənimsənilən karbohidratlardan istifadə olunmalıdır. Çörək, un məhsulları azaldılmalıdır. Daha çox tərəvəzlərə, göyərti, xiyar, pomidor, ətə üstünlük verilməlidir. Əsas qida rasionunda şirniyyat və un məmulatları azaldılmalıdır.

 

– Xəstəlik müalicə olunmasa, hansı fəsadlar verir?

– Ən çox aşağı ətraflara fəsadlar verir, sinirlərin, böyrəklərin, gözlərin zədələnməsi baş verir. Ürək-qan damar sistemində zədələnmə olur. Əlilliyin də əsas səbəbi ürək-qan damar sistemi xəstəliklərindən baş verir. Müalicə almasalar, şəkərli diabet xəstələri dializə doğru gedə bilərlər.

Qeyd edək ki, pasiyent qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. I tip diabet pasiyentləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. II tip diabet pasiyentlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə) mütləqdir. (Ekspress.az)




1 şərh “Həkim endokrinoloq:”Yaş artdıqca bu xəstəliyə tutulma riski də yüksəlir” – MÜSAHİBƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir