ilham ve ferize

“Hər il 14 fevral günü ürəyimə xəncər saplanır…” – Fərizənin anası

Baxış sayı: 1. 542

Bu gün bizə yad olan 14 fevral gününü ölkəmizdə də “Sevgililər günü” kimi qeyd edirlər. Neçə illərdir xristianlığa aid olan bu bayramı qeyd etməkdən imtina etməkdə hələ ki, maraqlı deyilik. Qanlı yanvar hadisəsində həyat yoldaşı İlhama görə özünə qəsd edərək ona qovuşan Fərizə Allahverdiyevanın anası Bağda xanım da hər ilin bu günü kövrəldiyini deyir.

Ekspress.az xəbər verir ki, Bağda xanım açıqlamasında 30 iyun Fərizənin toy gününü 2004-cü ildən indiyə kimi qeyri-formal olaraq “Sevgililər günü” kimi qeyd edildiyini bildirib. Onun sözlərinə görə, dövlətimiz bunu rəsmi şəkildə təsdiq etsə, gənclərimiz 14 fevraldan imtina edib 30 iyunu “Sevgililər günü” kimi qeyd edər və bu bir şəhid ailəsi kimi onlara da böyük təsəlli olar:

“Hər il 14 fevral günü elə bil ürəyimə xəncər saplanır. Nə olardı ki, elə 30 iyun İlham və Fərizənin toy gününü “Sevgililər günü” kimi qeyd edərdilər. Bu təşəbbüsü ilk dəfə Şəhidlər Xiyabanında jurnalist Əvəz Zeynallı irəli sürdü. Amma hiss edirik ki, buna maraq göstərən yoxdur. Nə olardı ki, dövlətimiz bunu rəsmi şəkildə təsdiq edərdi və gənclərimiz də bu tarixi “Sevgililər günü” kimi qeyd edərdi. Bu bir şəhid ailəsi kimi bizə də böyük təsəlli olardı. Biz ölüb gedəcəyik, amma bu tarix yaşacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir