Nermine Abbasova

“…Həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq”

Baxış sayı: 316

“Gündəlik həyatda qolumuzu oynatmaq və işlətməyimizi təmin edən çiyin oynağı, 6 istiqamətdə hərəkətə imkan verən ən qarışıq oynaqdır. Əzələ, sümük, sinir, damarlar çox sayda bağ və digər dəstəkləyici toxumalardan ibarət çiyin oynağında, bu strukturlara təsir edən fərqli səbəblərdən ağrılar baş verə bilər. Narahatlıq vaxtında aradan qaldırılmazsa həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq”.

Bunu “Gencaile.az” saytına İmpingement sindromu haqqında məlumat verən Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir.

Nərminə xanım öncə onu qeyd etdi ki, bel, boyun və diz ağrılarından sonra ən çox rast gəlinən oynaq ağrıları arasında İmpingement sindromu yer alır. İmpingement sindromu çiyin sıxışmasıdır. Həkimin sözlərinə görə, çiyin sıxışması, fibromialgiya, duzlaşma, sinir zədələnmələri, infeksiyalar, boyun yırtığı, metobolik və daxili orqanların xəstəlikləri kimi müxtəlif səbəbləri olan çiyin ağrıları zamanı düzgün diaqnoz qoyulması çox böyük əhəmiyyət daşıyır:

“Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrısı ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər.

Çiyin ağrısı oynağı əhatə edən yumuşaq toxumalardan, bazu oynağından və onu əmələ gətirən sümüklərdə və boyundan gələn sinirlərdən yarana bilər”.

“Çiyin nahiyyəsində boyundan və ya daxili orqanlardan yaranmış müxtəlif problemlər ola bilər” deyən Nərminə xanım bildirdi ki, ürək, döş qəfəsindəki ağrılar çiyin qurşağına yaxın orqanlar olduğu üçün təsir edə bilir:


“Boyunda fəqərələrarası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasını formalaşdıra bilir.

Ağrıyan qolu yuxarı qaldırdıqda sanki xəncər sancılmış kimi ağrı yaranarsa, yük qaldırarkən çətinlik, saç darayarkən çiyində yanma hissinin olması, gecələr yer dəyişdirərkən ağrı ilə oyanma halları çiyin əzələ yırtığı əlaməti ola bilər. Çiyin oynağı kapsulunun donması nəticəsində çiyin hərəkətliliyində məhdudluq əmələ gəlir, geyinmə, soyunma kimi hərəkətlərdə xəstədə çətinlik yaranır. Əlini kürəyinə çatdıra bilmir.

Çiyin ətrafı əzələ və sinirlərin zədələnmələri ilə əlaqəli də çiyin ağrılarına rast gəlmək olur və çiyində gücsüzlük, zəiflik daha çox ön planda olur”.

N.Abbasova vurğuladı ki, bəzən daxili orqanların xəstəlikləri də çiyin ağrılarına səbəb ola bilir. Öd kisəsi, ağciyər, süd vəzisi xəstəlikləri də yansıyan ağrı şəklində çiyin ağrısına səbəb ola bilir:

“Çiyindən qola doğru yayılan ağrı çiyin zədələnmələrində ilk əlamətlərdəndir. Xüsusilə başın üstündə olan fəaliyyət zamanı ağrı, sıxışma sindromu bu problemin olduğuna işarə edir. Ağrı olduğu üçün də hərəkət məhdudluğu meydana gəlir. Əgər belə problemlərlə üzləşilərsə, həkim-travmatoloqa müraciət etmək məsləhətdir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir