sevgi

Həyat yoldaşınızla yenidən sevgili olmaq üçün nə etməli? – “EVLİSƏN”

Baxış sayı: 673

Araşdırmalar göstərir ki, cütlüklər bir-biri ilə təklikdə (kənar şəxslər olmadan) daha çox vaxt keçirdikdə münasibətləri daha sağlam olur və onların boşanma ehtimalı azalır. Gündəlik həyatın qaça-qaçından ayrılıb, romantik hissləri yenidən yaşamaq üçün vaxt ayırmağa dəyər. Həyat yoldaşınızla yenidən sevgililər kimi görüşə çıxmaq istərdinizmi? Beləliklə, “Gencaile.az” saytının “Evlisən” rubrikasında həyat yoldaşınızla yenidən sevgili ola bilmək üçün nə etməli olduğunuzdan danışacağıq.

sevgili

1) Özünüzə yeni ortaq hədəflər seçin

Çox zaman qərarları birlikdə qəbul etsəz də, onları birlikdə həyata keçirə bilmədiyiniz üçün bəzən həm qərarlar uğursuz olur, həm də tərəflər arasındakı bağlar zəifləyir. Lakin birlikdə səyahət etməyi düşünürsünüzsə, gedəcəyiniz yeri, edəcəyiniz işləri də bir-bir hesablayıb birlikdə planlayın. Birlikdə planladığınız şeylər, “əl-ələ” gördüyünüz işlər bağlılığınızı artırıb sizi yaxınlaşdıracaq.

sevgi

2) Macəraçı olun

“Komfort zona”nızdan birlikdə çıxmağı öyrənin. Birlikdə macəralara hazır olun, hətta kinoteatrda filmə baxdığınızda qorxu hissini, yaxud yeməkdən aldığınız zövqü birlikdə yaşayın. İndiyədək yaşamadığınız hissləri yaşamağa can atın. Qeyri-adi nəyəsə ehtiyac yoxdur: xizək sürmək, dağa dırmaşmaqla da həyatınıza xoş bir həyəcan qata bilərsiniz. Əsas odur ki, daim etdiyiniz işlərdən, getdiyiniz yerlərdən fərqli bir şey olsun.

sevgi

 

3) Bir günü özünüzə həsr edin

Sevgililər kimi, görüş təyin edin. Bu görüşlərdə yeni fikirlərə açıq olun. Öz şəhərinizdə turist kimi olun, muzeylərə gedin. Axşamlar vaxtınız olursa, mütləq hər həftə bir axşamı xüsusi gün kimi planlayın. Əmin olun ki, həmin axşamın gəlməsini səbirsizliklə gözləyəcəksiniz.

sevgi

4) Yeniliklərə açıq olun

Evdən kənarda yeməyi düşünürsünüzsə, ağlınıza gələn ilk restoranı. məhlədəki kafeni, illərlə getdiyiniz məkanı seçməyin. Fərqli bir şey edin. Xarici mətbəxə məxsus çoxdandır dadmaq istədiyiniz yeməyin dadına baxın. Qarşısından həsrətlə keçib, içinə hələ də girmədiyiniz restorana baş çəkin. Yeni şeyləri sınamaq, yeni yerlərə getmək, sanki həmin gün həmin yerə getməkdən başqa vəzifənizin olmadığını hiss etmək içinizdəki ölmüş hissləri yenidən canlandıracaq.

sEVGI

5) Valideyn olmazdan öncəki günlərinizi xatırlayın

Övlad sahibi olmadan öncəki günlərinizi yad edin. Şübhəsiz ki, valideyn olduqdan sonra daha öncə etdiyiniz bəzi işlərinizi tərgitmisiniz. Sizi gənc hiss etdirən məşğuliyyətləri yenidən gündəmə gətirə bilərsiniz. Rəqs, gəzintilər, idman insanı yorsa da, gümrah qalmasına yardım edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir