5

Hacı Zeynalabdin Tağıyevin 200 illiyi “Mickey’s House” məktəbəqədər təhsil müəssisəsində qeyd olunub

Baxış sayı: 544

Yanvarın 25-də “Mickey’s House” məktəbəqədər təhsil müəssisəsində böyük xeyriyyəçi, mesenat Hacı  Zeynalandin Tağıyevin 200 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirin birinci hissəsində bağçanın tərbiyəçisi Rövşanə Ağayeva balacalara H.Z.Tağıyevin həyata keçirdiyi xeyriyyəçilik işləri haqqında məlumat verib. Məlumatda böyük xeyriyyəçinin Mərdəkanda bağçılıq məktəbi açdırması, şəhərimizə dəmir yolu və su xətti çəkdirməsi, yanğından mühafizə xidmətinin yaradılmasındakı təşəbbbüsü və s. kimi məqamlara toxunulub. O cümlədən, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tikilməsinin maraqlı tarixçəsi də balacalara nəql edilib. Bağça təhsilalanlarının diqqəti daha çox müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin açılmasına yönəldilərək, bu təqdirəlayiq addımın da altında Tağıyev imzasının olduğu onların nəzərinə çatdırılıb. Daha sonra balacalar böyük xeyriyyəçinin tikdirdiyi teatr binasına, qızlar məktəbinə, o cümlədən Hacının ev muzeyinə virtual səyahət ediblər.

Tədbirin ikinci hissəsində Hacı Zeynalabdın Tağıyev haqqında qələmə alınmış bir neçə ibrətamiz hekayə danışılıb. Bu hekayələri danışmaqda məqsəd hələ həyatın ağuşuna yenicə atılmaqda olan balacalara xeyriyyəçi insanları özlərinə örnək almaları üçün yol göstərməkdir. Bu günümüzün körpələri Azərbaycanın gələcək cəmiyyətini formalaşdıracaq, yeni tarix yazacaq fərdlərdirlər.  Xeyriyyəçiliyin nə olduğunu öyrətmək, Vətəninin və xalqının rifahı üçün yaşayan insanları tanıtmaq, onları xeyriyyəçi insanları örnək alacaq və  yolunu davam etdirəcək şəkildə tərbiyə etmək, Vətənini və millətini sevməyi öyrətmək hər bir təhsil müəssisəsinin müqəddəs borcu olmalıdır. Bu cür möhtəşəm məqsədlərə xidmət edən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunmuş bu layihə Milli Azərbaycan  Tarixi Muzeyinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına ekskursiya və məşhur xeyriyyəçinin heykəlinə baxış ilə yekunlaşdı.

Bu yolda atdıqları davamlı və uğurlu addımlarına görə “Mickey’s House”  məktəbəqədər təhsil müəssisəsini alqışlayır, gələcəyimiz olan uşaqlara bu cür təlim və tərbiyə verdikləri üçün onlara minnətdarlığımızı bildiririk.

1

2

3

4

5

6

 

 

 

 

 

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir