burc

Hansı bürclər daha etibarlıdır?

Baxış sayı: 437

Bir insana inanmaq… Ağlına heç bir mənfi fikir gətirmədən, bütün ruhunla birinə güvənə bilmək o qədər çətindir ki…

Ancaq güvən hissi olmadan sevmək, aşiq olmaq da mümkün deyil. Xoşuna gələn birinə güvənmədən, inanmadan necə eyni həyatı paylaşa bilərsən ki?

Deyirlər, bürclərin xüsusiyyətləri insanların xarakterinə də təsir edir. Hansı bürc daha güvənlidir? Həyatınızı paylaşmaq istədiyiniz insan güvənlidirmi? Gəlin baxaq.

Qoç – Çətinliyə və ya bir sıxıntıya düşdüyün zaman Qoça etibar edə bilərsən. Qoç dürüstlüyü ilə könüllərdə özünə taxt qurmağı bacaran bürcdür. Davaya gedirsən? Bilsə ki, öləcək, səni əsla yarı yolda buraxmaz. Qoçun cəsarətinə və dürüstlüyünə güvən.

Buğa – Əgər dünyada güvən mükafatı olsaydı, o mükafatı Buğaya verərdilər. Bütün münasibətlərinə sədaqətli olan Buğa nə olursa, olsun, aldatmaz, yarı yolda buraxmaz. Pulunu, işini, hisslərini, sevgini əmanət edib rahat yaşaya bilərsən. O sənin üçün bütün dəyərlərini güvəndə saxlamağı bacarır.

Əkizlər – Əkizlər ikili xarakteri ilə tanınır. Və hər zaman mühakimə olunan bürcdür Əkizlər. Tərəf saxlamaz, ağlı ilə düşünər. Əgər duyğularınızı bir-birinə qarışdırırsınızsa, doğru ilə yanlışı fərqləndirə və qərar verə bilmrisinizsə, Əkizlərin ağlına güvənin.

Xərçəng – Xərçəngin süvgisinə şübhə etmək günahdır. Başını qoyub ağlayacaq bir çiyin, dərdlərini paylaşa biləcək dost istəyənlər tərəddüd etmədən özlərini Xərçəngə etibar edə bilərlər. Çox mərhəmətlidir Xərçəng.

Şir – Şir bürcü altında doğulanlar comərd olur. Dara düşsəniz, borca batsanız, Şir əlinizdən tutub sizi qaldıracaq. Səmimiyyətinə hər zaman inanmalısınız. Şirlərin əli açıq, ürəyi təmiz olur. Xilaskar hesab edilə bilərlər.

Qız – Üst-üstə səhv edib, altından çıxa bilmirsinizsə, Qız bürcünə inanın. Analitik bacarıqları ilə bütün dərdlərinizə çarə taparlar. Qız bürcü xırdalıqları görməyənlər üçün məlumat tablosu, bir-birinə qarışmış, ümidsiz münasibətlərin işıq qaynağıdır. Güvənə bilərsiniz.

Tərəzi – Ədalətin ölçüsünü ölçən Tərəzi heç bir zaman səhv etməz. Hər zaman ədalətli qərarlar verər. Ürək sındırmadan səhvlərini deyər, xətalarını başa salar. Çox gözəl estetik baxışa malikdir. Heç nəyi gizlətməz və açıq münasibət saxlayar.

Əqrəb – Çətinliklərlə müabrizə apardığın zaman qazandığın bir Əqrəb dostuna inanmayıb, kimə inana bilərsən ki? Heç nəyini gizlətmə, inan, məsləhətləş. Bir Əqrəb dostun olsun, bütün insanlar üstünə gəlsin, sənə heç nə edə bilməzlər. Bütün problemlərini Əqrəb həll edər.

burc

Oxatan – Ağlamaqdan yorulmusan, hər şeydən bezmisən. Artıq sevincli yaşamağın zamanıdır, burax həyatına Oxatan gəlsin. Ona bütün düşüncələrini və pulunu etibar edə bilərsən. Ortaq olmaq üçün ən yaxşı bürcdür.

Oğlaq – Əgər yaxınlığında bir Oğlaq varsa, bütün məsuliyyətlərini ona yükləyə bilərsən. Çətinlikdə olanların çıxış yolu Oğlaqdır. Onunla gözəl günlər keçirə bilərsiniz. Həm maraqlı adamdır, həm də məsuliyyətlidir.

Dolça – Saman altından su yeridən bürcdür. Üzünə gülə-gülə yalan danışar, susarsan, daha çoxunu edər. Danışığı ilə davranışları üst-üstə düşməz. Ağıllıdır, bacarıqlıdır, amma öz eqosuna məğlubdur. İnanmaq istəyirsənsə, ehtiyatlı ol. Hərdəmxəyal olur…

Balıq – İnanmağa tərəddüd etdiyin insanlar haqqında Balığa danışa bilərsən. Müdrikdir. Balığın fikirlərinə, düşünmə qabiliyyətinə, mərhəmətinə və şəfqətinə güvən!

P.S. İnsanların xarakteri barədə bürc məlumatları yalnız bir ehtimaldır və hər hansı fakta söykənmir. Ətrafınızdakı insanların xasiyyətini qiymətləndirməyin ən doğru yolu öz sağ düşüncənizə güvənməkdir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir