mede

Hansı qidalar mədə turşuluğunu nizamda saxlayır?

Baxış sayı: 1. 290

“Sağlam bədəndə sağlam ruh olar”, – deyirlər. İnsanlar nə qədər gümrahdırlarsa, gündəlik həyatda bir o qədər fəal olurlar. Kiçik ağrı belə, gündəlik həyatımıza öz təsirini göstərir. Bu narahatlıqlardan biri də mədədə turşuluğun artmasıdır. Həkim nəzarəti mütləqdir, lakin təbiətin bizə bəxş etdiyi nemətlərlə də bir çox xəstəliyin, narahatlığın qarşısını ala bilərik. “Gencaile.az” mədə turşuluğunu və reflüksü (mədənin turşu və qida tərkibinin yemək borusuna geri qayıtması) nizamda saxlamaq üçün faydalı olan qidaların siyahısını təqdim edir.

 

Zəncəfil

Mədədəki turşuluğa ən yaxşı təsir göstərən qidalardan biri zəncəfildir. Mədə ilə bağlı bütün nasazlıqlar zamanı daim istifadə olunub. Çayınıza əlavə edərək və ya yeməklərdə istifadə edə bilərsiniz.

 

Aloe-vera

Təbii sağaldıcı olan aloe-vera mədə turşuluğuna da yaxşı təsir göstərir. Yemək hazırladığınız zaman az miqdarda aloe-veradan istifadə edə bilərsiniz.

 

Banan

Banan həm tox tutur, həm də mədə turşuluğunun qarşısını almağa yardım edir. Reflüksü olan şəxslərdə nadir hallarda olsa belə, problem yarada bilər. Bu səbəbdən həkimlə məsləhətləşmək lazımdır.

 

Qovun

PH ölçüsü 6.1 olan qovun mədə turşuluğuna yaxşı təsir göstərir.

 

Cəfəri

Yüz illərdir mədə ilə bağlı problemlərdə istifadə olunan cəfəri mədə turşuluğuna da yaxşı təsir göstərir. Salatlarda və ya çiy olaraq istifadə daha münasibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir