is

Hansı vərdişlər iş yerində nüfuzu zədələyə bilər?

Baxış sayı: 1. 113

Əlbəttə ki, ofis standartları illər ərzində dəyişilib, lakin bəzi qaydalar əbədi olaraq qalır. Aşağıda sadalanan əməllər özlüyündə qərəzli görünməsə də hamısı birlikdə sizi kollektivin gözündən tamamilə sala bilər.

 

1)  İfrat səmimilik

Həftəsonu əyləndiyiniz şənlikdə çəkdiyiniz selfi, və, ümumiyyətlə, həyatınızı detallarına qədər sosial şəbəkədə nümayiş etdirmək maraqlı və zərərsiz görünə bilər. Təkcə sizin özünüzə. Ancaq əslində bu, sizi narsist və diqqətə son dərəcə möhtac biri kimi göstərir.

Daha da pisi hər hansı bir yersiz əhvalatı nəql etmək də sizin qeyri-adekvat biri olduğunuz təəssüratı yarada bilər. Sizi dinləmək istəyirlərsə, danışın. Bir şey barədə danışmağa başladıqda dinləyicilər daha ətraflı izah etməyinizi istədikdə bunu edin. Söhbəti əbəs yerə uzatmayın.

 

2) Şikayətlər

Öz narazılığınızı biruzə verə biləcəyiniz ofis mühiti çox yaxşıdır. Fikrini ifadə edə bilmək təqdir olunur. Lakin bəzi insanlar əsaslı bir səbəb olmadan da hər şeydən gileylənirlər.

Pis əhval-ruhiyyəyə imkan verməyin ki, irəli getməyinizə və ətrafdakıların simpatiyasını qazanmağınıza mane olsun. Problemlərə münasibətdə daha seçici olun və onları həll edin. Yaxud da özünüzü ifadə etməyin daha konstruktiv yollarını tapın.

 

3) Yalan və ya oğurluq

Bəzi insanlar yaxşı niyyətlə deyilmiş kiçik bir yalanın məqbul davranış olduğuna inanır. Axı hər kəs CV-də öz nailiyyətlərini bir qədər şişirdir, elə deyilmi? Xeyr! İstənilən yalanı qəbuledilməz davranış hesab edən bir çox insan var. Eyni şey istər təchizat, istər ofis suvenirləri olsun, sizin olmayan şeylərə də aiddir.

Kiçik də olsa, qeyri-etik davranış yolverilməzdir. Həmkarlar qaydaları və ya qanunu açıq şəkildə, hətta kiçik formalarda da pozduğunuzu görsələr, digər böyük formalarda da etikasız olduğunuzu düşünəcəklər.

 

4) Əzginlik

İş günləri öz işlərinin öhdəsindən gələ bilməyən insanlardan qalan əlavə iş yükü olmadan da çətindir. Komandadakı insanlar səriştəsiz işçiləri yaxşı tanıyır.

Tez-tez fasilələr verməyiniz işə mütəmadi olaraq gələn həmkarlarınızı qıcıqlandırır. Öz üzərinizdə çalışın və ya sizi motivasiya edən bir iş tapın.

 

5) Gecikmələr

İşə gecikməyiniz, görüşlərə gecikməyiniz və ya son tarixlərə gecikməyinizdən asılı olmayaraq insanlar gözləməkdən həmişə yorulur. Özünüzü xudbin, intizamsız və digərlərinin zamanına qarşı hörmətsiz aparmayın. Tapşırıqları izləməyə kömək edəcək bir çox vasitə var. Vaxtı idarə etməyi öyrənin, əks halda heç kim sizə güvənməyəcək.

 

6) Şəxsi dramlarla mübadilə

Heç kimin dava və bəhanələrə vaxtı yoxdur. Həyat bir anda hər kəs üçün problemə çevrilə bilər. Bir problemin mövcudluğu və ya duyğuların yumşaq bir şəkildə ifadə edilməsi sizə ilk dəfə zərər verməz, amma bu davranış nizamlı hala gəlsə, insanlar vəbalı xəstə kimi sizdən qaçacaqlar.

 

7Qeybət

Həmkarlar kiminsə vəzifədə irəli çəkilməsi və ya başqa birinin ailə həyatı ilə bağlı nalayiq söhbətinizi həm məmnuniyyətlə dinləyə, həm də eyni zamanda sizi günahlandıra bilərlər. Çünki özlüyündə onlar dərk edir ki, bu şəxsə məxfi məlumatları qətiyyən etibar etmək olmaz.

 

8) Kobud dil

Acıdillilik, kobudluq bu gün televiziyada və hətta ofislərdə də adi hala çevrilib. Lakin hələ də insanlar bunu qəbul etmir.

İctimaiyyət içində danışığınıza fikir verməmək sizi ədəbsiz bir insan kimi təsvir edir və sizi yüksəksəviyyəli iclaslarda iştirakdan məhrum edə bilər. Bir az tərbiyəli və təmkinli olmaq nüfuzlu insan imicini yaratmağınız üçün yararlı olacaq.

 

9) Çox sadə qarderob tərzi

Bir çox iş yerinin artıq kostyum və qalstuk tələb etməməsi əladır, ancaq idman şalvarı və sair geyimlər heç cümə günü də uyğun olmayan seçimdir. Tələb olunandan ən azı bir səviyyə daha sanballı geyinmək məqəsədəuyğundur. Özünüzü daha peşəkar hiss edəcəksiniz və insanlar sizin zövqünüzə heyran olacaqlar.

 

10) Riyakarlıq

“Dediyim kimi et, etdiyim kimi etmə”. Bu taktika digər insanlara kömək etməyin ən yaxşı yolu deyil, nüfuzunuzu aşağı salır. Nümunə olun. O zaman insanlar sizə etibar edəcək və arxanızca gələcəklər.

 

11) İttihamlar

İnsanlar öz sözlərinə və əməllərinə görə məsuliyyət daşıya biləcək şəxsləri qiymətləndirirlər və hörmət edirlər. Başqalarını zərbə altında qoyaraq məsuliyyətsiz və cılız görünürsünüz. Liderlik üzərinə məsuliyyət götürməyi bacarmaq və başqalarını ucaltmaqdır. Digərlərini yüksəltmək əvəzinə onları məhv etməklə əsl lider olmaq mümkün deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir