yemek

“Harda nə yeyək?” – İSPANİYA MƏTBƏXİ

Baxış sayı: 866

“Gencaile.az” saytının oxucularına xarici mətbəxlə bağlı təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə növbə İspaniya mətbəxinindir.

Valehedici İspan mətbəxinə finikiyalılar, yunanlar, romalılar, karfaqenlilər və ərəblərin göstərdiyi böyük təsirdən yaranan regional müxtəliflik indinin özündə də sezilir. Bu baxımdan Bask, Qalisiya, Kataloniya, Valensiya, Estremadura və Kastiliya bölgələrinin mətbəxləri xüsusən fərqlənir.

qaspaço

İspan delikatesləri

İspan mətbəxi paellya (düyüdən hazırlanmış xüsusi yemək), qaspaço (süfrəyə soyuq halda verilən ədviyyatlı tərəvəz şorbası), tortillya (omlet) və yaxud tapas (qəlyanaltı) kimi xörəkləri ilə məşhurdur.

Image result for ispanyol tatlıları

Yemək yeməyin cənub mədəniyyəti

İspanlılar öz vaxtlarının əhəmiyyətli hissəsini bayırda keçirirlər.  Bu səbəbdən, onlar həmçinin restoran və ya kafeterilərdə çox yeyirlər. İspanlılar üçün barda nahar etmək adi bir şeydir. Belə bir bar kafe, pab və restoran rolunu oynayır və günün vaxtından asılı olaraq, müvafiq yeməkləri təklif edir. Saat 12-yə kimi adətən şirniyyatlardan ibarət olan səhər yeməyi verilir, lakin ofisiantdan xahiş edə bilərsiniz ki, sizə pendir və ya vetçina buterbrodu gətirsin. Günortadan saat dördə kimi mətbəxdə isti yeməklər hazırlanır. Saat 16:00-dan sonra mətbəx axşama kimi bağlanır. Axşam vaxtı şam yeməyi süfrəyə verilir. Desertə mövsumi meyvə və dondurmalardan başqa, pudinq və tortlar verilir.  Maraqlısı odur ki, ispanlar qəhvəni də desert kimi qəbul edirlər – burada hazırlanan qəhvənin dadı həqiqətən gözəldir.

 

Sağlam mətbəx

İspan mətbəxində şorba və salatlara əlavə olunan zeytun yağından geniş istifadə olunur. Diyetoloqlar zeytun yağını ən faydalı yağ hesab edirlər. İspanlar balıq, dəniz məhsulları, paxlalar və düyüdən də çox istifadə edirlər. Yeməklərin dadını zənginləşdirmək üçün onlara pomidor, bibər, yumurta, sarımsaq, badam və çaxır əlavə olunur.
İspan yeməkləri sadədir, lakin zəfəran başda olmaqla ətirli ədviyyatların geniş istifadəsinə görə o, çox zəngin və incə tama malikdir.
Image result for Paella

İspaniya regionlarına kulinar səyahət

Cənub regionunda dəniz məhsulları mətbəxin əsasını təşkil edərkən, ölkənin mərkəzi hissəsində əsasən tərəvəzlər və müxtəlif ət növlərindən istifadə olunur; daqlıq reqionlarda isə – quzu əti və paxlalılardan daha çox istifadə olunur. Asturiyanın ənənəvi yeməyi fabad asturiana adlandırılan tomat sousunda pörtlənmiş paxlalılar və donuz ətindən ibarətdir. Dağlıq Kastiliyanın visit kartoçkası qızardılmış dana və quzu əti və quru vetçinalar (ən məşhur vetçina serrano adlanır);və həmçinin isti çorizo donuz sosiskalarıdır. Kataloniyada müxtəlif üsullarla hazırlanmış (təzə, bişirilmiş və ya marinada qoyulmuş) balıq və tərəvəzlər, Qalisiyada zarzuela de maricos –  ədviyyatlı tomat, soğan, sarımsaq, zeytun yağı və çaxır sousunda  pörtlənmiş yağda qızardılmış balıq  çox məşhurdur.  Valensiya isə paelya ölkəsidir. Paelya böyük dəmir tavada tərəvəz, toyuq əti və ya dəniz məhsulları ilə pörtlənmiş düyüdən hazırlanan çox məşhur və olduqca ləzzətli İspan yeməyidir. İspaniyada başlanğıcını Roma vaxtlarından götürən və süfrəyə soyuq verilən tərəvəz şorbaları – ajo blanco (ağ növü) və qaspaçço (qırmızı növü) – indiyədək öz məşhurluğunu qoruyub saxlayır. O vaxtlar bu şorbalar indiki Andaluziyanın ərazisində yerləşən  hər bir Romalı leqionerin gündəlik yemək rasionuna daxil idi. İspaniya üçün başqa səciyyəvi şorbalar siyahısında mal əti və vetçina, sosiska, klyotek, cəfəri və sarımsaqdan ibarət olan puchero şorbası və əsas inqrediyentləri qoyun əti, dana budu, mal əti, vetçina, hisə verilmiş sosiska, noxud və tərəvəzlər ibarət olan qatı olla podrida şorbasıdır. Ət bişəndən sonra, o, balaca tikələrə doğranılaraq içinə sarımsaq və ətirli qöyərti əlavə olunan şorbada süfrəyə verilir. Dəniz məhsulları və balıq yeməkləri  sahilboyu reqionda mətbəxin əsasını təşkil edir. Hər hansı dəniz sahilində yerləşən şəhərdə nəhəng balıq bazarları turistləri daimi cəlb edir. Orada təzə skumbriya, tunes, krevetlər, səkkizayaqlı ilbiz və omarları əldə etmək mümkündür.

Image result for pintxo

Qəlyanaltılar, qəlyanaltılar…

Məşhur ənənəvi qəlyanaltılardan biri tapasdır. Canya adlandırılan pivəni sifariş etsəniz tapas pulsuz pivə ilə veriləcək. Başqa qəlyanaltı xüsusilə San Sebastyan regionunda məşhur olan pintxos adlanır. Raciones tapasdan böyükdür. Lakin onların hər ikisi bir məhsul və ya xörəkdən hazırlanır, məsələn, qrildə hazırlanmış donuz qulağı, roma sayağı Kalmar və ya çaxırda bişirilən sosiskadan. Platos combinados isə bir neçə məhsuldan ibarətdir (kroket, təzə tərəvəz salatı, bir tərəfdən qızardılmış qayğanaq, dana əti). İspan ənənəsinə uyğun olaraq, yeməkdən əvvəl süfrəyə qızardılmış badam, yaşıl çiy zeytun, çörək və həmçinin tomat və sarımsaq sousu verilir.

 

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir