-77932c2c172736037680686776510817811

İnsanları bir çox xərçəng növündən qoruyan giləmeyvə

Baxış sayı: 340

Son elmi araşdırmalara görə, mərcangilə xərçəngə tutulma riskini ciddi şəkildə azaldır. Rusiyalı dietoloq Oleq Krivçenkov “Rusiya 1” telekanalında “Ən vacibi haqqında” tok-şousunda bu “yabanı xəzinə”nin müalicəvi xüsusiyyətləri haqqında danışıb.

O bildirib ki, ən son tədqiqatlar göstərib ki, mərcangilə 17 növ xərçəngdən qoruyur. Nəticələr təsdiqləndikdə məlum olub ki, mərcanı qida borusu, mədə, bağırsaq, prostat, qlioblastoma və limfoma xərçəngindən qoruyur.

Bu giləmeyvənin tərkibi müxtəlif təsir mexanizmlərinə malik çoxlu bioloji aktiv maddələrdən ibarətdir. Məsələn, mərcangilə mədə xərçənginə səbəb olan “Helicobacter pylori” bakteriyasının fəaliyyətini boğur.  Giləmeyvənin antibakterial və iltihab əleyhinə təsiri digər xərçəng növlərinin riskini azaldır. Bundan əlavə, mərcanı mutasiyaya uğramış hüceyrələrin özünü məhv etməsini gücləndirir və xərçəngə səbəb olan oksidləşdirici DNT zədələnməsinə maneə olur.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir