TEST

İş qabiliyyətiniz nə qədərdir? – TEST

Baxış sayı: 104

İnsanın əmək qabiliyyəti, onun faydalı iş əmsalı çox zaman onun nə dərəcədə enerjili olub-olmamasından asılı olur. Lakin elə də olur ki, insanın həyat fəaliyyəti, aktivliyi kifayət qədər yüksək olsa da, mənasız, boş-boş şeylərə sərf edilir; çox vacib məsələlərin, tapşırıqların həllinə isə artıq kifayət etmir. Ümumiyyətlə iş qabiliyyətiniz hansı səviyyədədir? Fiziki cəhətdən aktivsiniz, yoxsa tezyorulan? İş prosesində qüvvənizi bərabər bölüşdürə bilirsinizmi? Bunları müəyyənləşdirməkdə sizə tədim etdiyimiz test yardım edəcək.

 

1) Mən möhkəm əsəbləşdikdən sonra sakitləşməyi çox asanlıqla bacarıram.

a) bəli

b) heç də həmişə yox

c) xeyr

 

2) Mən yolumda hər hansı bir maneə, sədlərin olmasından asılı olmayaraq həmişə öz məqsədimə, fikrimə sadiq qalıram.

a) Bəli, həmişə

b) Müxtəlif cür ola bilər

c) Xeyr, bu, belə deyil

 

3) Çox zaman səhərlər yerimdən qalxarkən özümü yorğin hiss edirəm.

a) Bəli

b) Hərdən

c) Heç vaxt

 

4) Düşünülməmiş, əsassız və məntiqsiz tənqid mənə nəinki səhvlərimdən nəticə çıxartmağa imkan verir, əksinə məni təhqir edir.

a) Tez-tez

b) Hərdən

c) Heç vaxt

 

5) Yeri gəldikdə hisslərimi idarə edə, onlara uğurla nəzarət edə bilirəm.

a) Bəli

b) Cavab verməkdə çətinlik çəkirəm

c) Xeyr

 

6) Elə olur ki, müvəqqəti və əlavə çətinliklər məni hövsələdən çıxardır.

a) Bəli

b) Hərdən

c) Heç vaxt

 

7) Heç nəyə baxmayaraq mənim yaxşı, dərin yuxum olur.

a) Bəli

b) Heç də həmişə yox

c) Xeyr

 

8) İnsanlar çox tez-tez məni özümdən çıxarır

a) Bəli

b) Cavab verməkdə çətinlik çəkirəm

c) Xeyr

 

9) Əgər kimsə əsəblərimə toxunursa…

a) Bunu gizlətməyi bacarıram

b) Nüxtəlif cür ola bilər

c) Yüngülləşməyim üçün bunu mütləq yaxın bir tanışımla bölüşməliyəm

 

10) Qaranlıq, sonu görünməyən qeyri-müəyyən gələcək haqda düşünəndə həyacanlanıram.

a) Bəli

b) Heç də həmişə yox

c) Xeyr

 

11) İştirak etdiyim hansısa oyun zamanı müşahidəşilərdən kimsə şərh verməyə və ya öz rəyini bildirməyə çalışanda bu mənə mane olur.

a) Bəli

b) Heç də həmişə yox

c) Xeyr

 

12) Elə olur ki, xırda nüanslar məni özümdən çıxarır. Amma anlayıram ki, ciddi nəsnələr haqda düşünüb narahat olsaydım, daha məntiqli və faydalı olardı.

a) Bəli

b) Hərdən

c) Xeyr

 

13) Nadir hallarda hirsimi kiminsə üzərinə tökürəm

a) Bəli

b) Heç də həmişə yox

c) Xeyr

 

Baları hesablayın və nəticə çıxarın:

2, 3,4,6,8,10 və 12-ci sualların hər biri  “A” cavabı və 1,5 ,7,9,11 və 13-cü sualların hər bir C cavabı üçün özünüzə 2 bal hesablayın. B bəndinin cavabları üçün isə 1 bal qeyd edin.

0-7 bal: Güman ki, sizdə “Bir qalanın sirri” kinofilmindəki Bıdı obrazının xarakterik xüsusiyyətləri var. Həddindən artıq passivliyiniz güman ki, sizin tapşırıqları aşağı səviyyə və sürətdə yerinə yetirməyinizdə, aşağıtepli iş fəaliyyətinizdə, gündəlik qida və istirahət rejiminizdə də özünü göstərir. Nisbətən aşağıtempli işlə məşğul olmaq sizin üçün ən optimal variantdır. Bu çətin vəziyyətlərdə sizə sağlamlığınızı və gücünüzü qorumağa kömək edir.

7-16 bal: Sizin yüksəksəviyyəli iş qabiliyyətiniz var. Siz kifayət qədər uzun müddətə gərgin iş rejimində çalışa bilərsiniz. Lakin çox yaxşı anlayırsınız ki, bütün bu yükləmələrdən gücünüzün bərpa olunması üçün normal istirahət çox vacibdir. Odur ki, rahatlaşmağı və tam olaraq dincəlməyi yaxşı bacarırsınız. Siz öz imkanlarınızı düzgün qiymətləndirə bilir və qüvvənizi, həmçinin enerjinizi ağılla, məntiqlə paylaşdırmağı bilirsiniz.

17-26 bal:Siz daim gərgin iş şəraitində çalışırsınız. Sakit, rahat iş sizin üçün deyil. Belələrini “iş xəstəsi” adlandırırlar. Siz daim hansısa problemlərin həlli ilə məşğulsunuz. Hər zaman aktiv iş rejimində fəaliyyət göstərərək, hər şeyi vaxtında təhvil verməyə çalışırsınız. Nəticədə tez-tez özünüzdə hədsiz yorğunluq, süstlük hiss edirsiniz. Lakin yenə də əliniz işdən soyumur. Yaxşı-yaxşı düşünün, bu qədərinə dəyərmi?!

 

Təqdim etdi: Elnur Ağayev  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir