film

İzlənilməsi məsləhət görülən 10 MARAQLI FİLM

Baxış sayı: 248

Kino izləyiciləri üçün həyatda  ən azı bir dəfə izlənilməsi məsləhət görülən 10 filmlin adını təqdim edirik:

 

1. Transsendensiya – Təkamül

Fantastika, triller və dram janrlarını özündə birləşdirən 2014-cü il istehsalı olan “Transsendensiya” (Təkamül)  filmi Cohnni Depp , Rebeka Hall , Morqan Freeman və Paul Bettany kimi təcrübəli aktyor heyəti ilə də diqqət çəkir. Cak Paqlen tərəfindən yazılan və rejissoru Ualli Pfister olan Təkamül filmi həm fərqli mövzusu ilə diqqət çəkir.

 

2. Man on A Ledge – Həqiqət yolunda

Baş rolla bərabər həll etməyə çalışdığınız bu film tam mənası ilə puzzle kimidir. Ortada oğurlanan bir almaz və günah atılan bir polis var.  Bu polis işcisi işləmədiyi cinayətə görə 25 il həbslə cəzalandırılıb. Günahsız olması və həqiqəti ortaya çıxaracağına inanması səbəbiylə bir plan hazırlayır. Bu plana qardaşı və qardaşının sevgilisinidə qarışdırar. Film Nyu-Yorkda çəkilib. Filmin ilk həftə gəliri tam olaraq 8.300.000 dollar olub.

 

3. Snowpiercer – Qar təmizləyən

Joon-ho Bongun rejissoru olduğu Cənubi Koreya və ABŞ-ın birgə istehsalı olan “Snowpiercer” ağlınızı başınızdan alacaq  bir film olaraq siyahımızda yer alır. Gələcəkdə uğursuzla nəticələnən bir təcrübənin dünyanı məhv edən qlobal istiləşməyə səbəb olmasından və həyatda qalan son insanlarında fasiləsiz enerjiyə sahib bir qatarla durmadan dünyanı gəzmələrindən bəhs edir.

Chris Evans, Tilda Swinton, Song Kang-Ho, Jaime Bell və John Hurt kimi adlarında olduğu bu şah əsər mütləq izləməyiniz lazım olan ən yaxşı fantaziya və elmi fantastik filmlərdən biridir.

 

4. Fury – Qəzəb

Fury- Brad Pitt , Shia LaBeouf , Micheal Pena kimi məşhur aktyorların oynadığı bir döyüş filmidir. Tankçıların isti müharibəsindən və əsgərlərin psixologiyasından bəhs edən filmdə Nazi Almaniyasına çox diqqət yetirilib.

Filmin mövzusu, rejissoru və keyfiyyətindən sonra ən çox danışılan mövzu gəliridir. Ümumi gəlir 205.000.000 dollardır.

 

5. Günahkar rahibələr

Bu film 60-cı illərdə baş verən gerçək bir hadisədən bəhs edir.  İrlandiyadakı Magdalena ruhi xəstənası, qadınların işləməyə məcbur edildiyi və eyni zamanda pis rəftar edildiyi bir yerdir.  Gənc qadınlar çox gözəl olmaları və ya evlənmədən uşaq sahibi olmaları kimi səbəblərlə bu ruhi xəstəxanaya yatırırırlar. Filmin sizə çox təsir edəcəyinə zəmanət verirəm.

 

6.  Black-Butter – Qara kəpənək

Film Paul adlı bir yazıçının uğurlu olmayan həyatından bəhs edir.Dəyərli bir şey yazma haqqında ümidini itirən, ancaq başqalarının ölümlə qarşılaşdığı ana  şahidlik etdikdə bu ümidi təkrar qazanan xarakterimizi anladan bu film daha əvvəl gördüyünüz heç bir filmə bənzəmir.

 

7. Meymunlar cəhənnəmi

Kobo tərəfindən xəyanətə məruz qalan və meymun irqindən böyük itkilər verən meymun Sezar, insanların onları heç vaxt bağışlamayacağı ölümcül bir müharibəyə hazırlaşır. Əvvəlki filminin qaldığı yerdən başlayan polkovnik filmdəki meymun irqini  tədricən məhv edir.  Bunu öyrənən Sezar, nə qədər döyüşməmək istəsə də, Polkovnik qarşısında baş əymir.  Sezar böyük bir ordu qurur və insan irqi ilə döyüşməyə başlayır.

 

8. The Game- Oyun

1997-ci ildə hazırlanan Oyun, həm işində, həm də özəl həyatında bir dəfə də idarəetməni itirməyən Nicholas Van Ortonun həyatından bəhs edir.  Orton həm ağıllı, həm də uğurlu  bir iş adamıdır.  Doğum günündə qardaşı Conrad ona hədiyyə göndərir və bu onun həyatında böyük dəyişikliklərə səbəb olacaq, həyatla ölüm arasında mübarizə aparacaq. Filmin heyətində Michael Douglas, Sean Penn və Deborah Kara Unger yer alır, IMDB-də 7.8 bal toplayıb.

 

9. Predestination – Təyinat

Əminəm ki, indiyə qədər baxacağınız ən maraqlı filmlərdən biri olacaq.  Michael Spierig və Peter Spierigin ssenarisində mükəmməl bir paradoks var.  Filmə baxarkən dəfələrlə bu paradoksa düşməyinizə baxmayaraq nəyin nə olduğunu asanlıqla anlaya bilməyəcəyiniz mükəmməl bir sirr filmidir. Filmin baş rolunda Ethan Hawke yer alıb.

 

10. The Machinist – Sürücü

Baş rolda Christian Bale-nin oynadığı “The Machinist” filmi uzun müddət yata bilməyən bir insanın yaşantılarından bəhs edir.  Main Character Trevor, fabrikdə işçi kimi çalışan bir gəncdir.  Uzun müddət yatmadığından tədricən həyati funksiyalarını itirir və boşluğa doğru irəliləyir.  Bir müddət sonra başına gələn qəribə hadisələr səbəbindən paranoyaya sürüklənən Trevorun hekayəsi,  seyr edərkən düşündürən, bu səbəblə də  anlaşılması çətin bir filmdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir