SEVGI

Kişilər necə qadınlarla sevgili olmaq istəyirlər?

Baxış sayı: 1. 608

Kişilər həmişə qadınları başa düşə bilmədiklərini deyib, qadınların nə istədiklərini anlaya bilmədiklərini dilə gətirirlər. Bəs görəsən, biz – qadınlar kişilərin nə istədiklərini bilirikmi? Məsələn, kişilərin daha çox hansı qadınlarla sevgili olmaq istədiklərini müəyyənləşdirə bilərikmi?

Araşdırmalar göstərir ki, kişilərin istəklərini öncədən müəyyənləşdirmək mümkündür. Çünki demək olar ki, bütün kişilər eyni düşünürlər və onların istəkləri də bir-birlərinə bənzəyir. Kişilərin beyinlərində müəyyən fikir qəlibləri var və sevgililərini və ya həyat yoldaşlarını da həmin meyarlara görə, seçirlər. Beləliklə, həmin meyarları təqdim edirik:

 

Gözəl gülən

Gözəl gülümsəyən qadın hər kişinin arzusudur. Təbəssümü gözəl olan qadınlar bir çox qüsurlarını gizlədə bilərlər. Çünki kişilərin gözləri o an kor olur və sadəcə qadının təbəssümünə diqqət kəsilirlər. Kişilər dekolteli paltar geyinib, qat-qat makiyaj edən qadınlara ciddi yanaşmırlar. Onlar gözəl gülə bilən qadın axtarışındadırlar. Kişiləri sadəcə gülüşünüzlə qula çevirə bilərsiniz. Qaraqabaq qadınlar isə sevgili tapmaqda həmişə çətinlik çəkəcəklər.

 

Baxımlı olmaq

Baxımlı olmaqla bir qadın hər kişinin ağılını başından ala bilmək xüsusiyyətinə malikdir. Kişilər xüsusilə əl və ayaq baxımına çox əhəmiyyət verirlər. Dırnaqlarınız həmişə səliqəli olsun. Təbiiliyi sevən, makiyajdan və şişirdilmiş aksessuarlardan nifrət edən kişilər belə sevgililərinin baxımlı olmağını istəyirlər. Xanımlar həm özünüz, həm də partnyorunuz üçün fərdi baxımınıza həmişə diqqət yetirin.

 

Qənaətcil xanım

Hər xərcini sevgilisinə ödətdirməyə çalışan qadınlar kişilərə güvən hissi verə bilmirlər. Kişilər istifadə edildiklərini düşünürlər və ayrılmasalar belə o münasibəti ciddi qəbul etmirlər. Kişilər davamlı olaraq lüks yerlərə getmək istəyən, bahalı hədiyyələr gözləyən qızlardan da arxalarına baxmadan qaçırlar.

 

Ev qızı

2018-ci il olsa da, xüsusilə bizim cəmiyyətimizdəki demək olar ki, bütün kişilər ailə qurmaq üçün “ev qızı” axtarışındadırlar. Kişilər özləri evdə vaxt keçirməyi xoşlamasalar da, qadınlardan vaxtlarının çoxunu evdə keçirməsini tələb edirlər. Özləri gəzən, əylənən, dostları ilə xoş vaxt keçirən kişilər ailə quracağı qadının isə çox gəzməsini istəmirlər. Bəlkə də bunda kişilərin özlərinə inamının az olması və qısqanclıq duyğuları səbəb olur.

 

Ətrafında az kişi olan qadınlar

Heç bir kişi birlikdə olduğu qızın başqa oğlanlarla dostluq etməsini normal qarşılamır. Normal qarşıladığını deyənlər isə sevgilisini tam təsir altına salıb, özünə bağlayana kimi yalan danışır. Ancaq qızı özünə aşiq etdikdən sonra əsl üzünü göstərir. Bu zaman da qadınlar iki seçim arasında qalırlar: ya sevgili, ya da dostlar. Duyğuları ilə hərəkət edən qadınlar çox vaxt sevgilini seçirlər. Ancaq bu heç də düzgün addım deyil. Çünki bundan cəsarətlənən kişi qadının həyatını və azadlıqlarını məhdudlaşdırmağa davam edə bilər ki, bu çox vaxt belə olur.

 

Qadın həmişə əlçatan olmalıdır

Telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Amma bu kişilərin işini heç də asanlaşdırmayıb. Çünki kişilər sevgililəri telefona cavab verməyəndə dəli olurlar. Kişilər belə fikirləşirlər ki, qadınlar telefonlarını heç vaxt səssiz rejimə qoymamlıdırlar. Mesajlara isə işıq sürəti ilə cavab verməlidirlər.

 

Başa düşən

Tez-tez zəng edən, çox sual verən, hər şeylə maraqlanan qadınlar kişilərin xoşuna gəlmir. Onlar ən çox da dostları ilə görüşəndə narahat edilməyi xoşlamırlar. Onalr üçün ideal qadın hər şeyi sorğu-sualsız qəbul edən qadındır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir