KISI-QADIN

Kişilər niyə evlənmək istəmirlər? – EKSPERT RƏYLƏRİ

Baxış sayı: 559

Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir.

Bunu rusiyalı psixoloq Yelizaveta Filonenko deyir.

Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir.

“Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır”, – deyə psixoloq izah edir.

Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bu qadınla yaşaya biləcəklərinə əmin olmurlar.

Filonenko son zamanlar populyarlaşan dəbdəbəli toy dəbini də kişilərin evlənmə istəyinə mane olan səbəblərdən biri adlandırıb. O, nikah mərasimi, üzüklər və bal ayı səfəri xərclərinin kişilərin sevgililəri ilə rəsmi nikaha girmələrini gecikdirdiyini vurğulayır.

Bəs görəsən, bizim mütəxəssislərimiz bu haqda nə düşünür? Kişilərin gec evlənməsinin səbəblərini aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik.

ehmed qesemoglu

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu aşağıdakıları dedi: “İndi oğlanlar həqiqətən də gec evlənirlər. Amma əvvəl belə şey yox idi. Xüsusən kənd yerlərində belə hal olmazdı. Əgər oğlan ali təhsil alıbsa və ya hərbi xidmətdən qayıdıbsa, ailəsi onu evləndirmək haqda düşünürdü. Orta hesabla oğlanlar 25, qızlar isə 20 yaşına çatanda ailə qurması üçün problem qalmırdı. Hətta əgər oğlanın evi yox idisə, yeni qurulan ailənin oğlanın valideynləri və digər ailə üzvləri ilə birgə yaşaması da problem sayılmırdı. Üstəlik, o dövrdə hamının qəbul etdiyi müəyyən qaydalar da var idi. Məsələn, ailə kasıbsdırsa, yeni ailə quran xanım bunu adi hal kimi qəbul edib ona uyğunlaşır və ən əsası ümumi vəziyyətin qənaətbəxş olması üçün ailənin digər üzvləri ilə birgə çalışırdı. İndi siə vəziyyət tam fərqlidir. İndi hamsı düşünür ki, oğlan evlənirsə, mütləq ayrıca evi olmalıdır. Hansı ki, müasir dövrdə də ev almaq üçün 100-150 min pul olmalıdır. Bu məbləğ isə hamıda yoxdur. Deməli, birinci faktor evin olmamasıdır. İkinci faktor işin olmamsıdır. Təəssüf ki, iş yerləri o qədər də çox deyil. Üçüncü məsələ ölkəmizdə boşanmaların sürətlə artmasıdır ki, bu da evlənmək istəyən oğlanları qorxudur. Başqa bir məsələ qızların bəzi davranışlarının – mənəvi-əxlaqi cəhətlərinin oğlanları qane etməməsidir. Sosial şəbəkələr qızların davranışına o qədər təsir edib ki, oğlanlar belə həyat yoldaşlarının olmasını istəmirlər. Müasir dövrdə qızların üstünlük verdiyi dəyərlər başqadır. İndi daha çox maddi məsələlər, karyera qurmaq, gəzmək kimi məsələlər ön plandadır. Hansı ki, əvvəlki dövrdə qızlarımızın nə əxlaqında problem olardı, nə də onları bu kimi sadaladığımız şeylər maraqlandırardı. O vaxt düşünürdülər ki, gözəl bir ailəm olsun, ona xidmət edim, ancaq indi hamı üçün olmasa da, bir çoxları üçün başqa dəyərlər hakimdir ki, bütün bunlar da oğlanları evlilikdən çəkindirir.”

jale nezirova

“Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir.” Bu fikirləri isə bizimlə söhbət zamanı Psixologiya Departamentinin rəhbəri psixoloq Jalə Mirsaabqızı bildirdi. Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir.

“Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır”, – deyə psixoloq izah edir. Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bu qadınla yaşaya biləcəklərinə əmin olmurlar.

Psixoloq deyir ki, son zamanlar populyarlaşan dəbdəbəli toy dəbi də kişilərin evlənmə istəyinə mane olan səbəblərdən biridir. Mütəxəssis nikah mərasimi, üzüklər və bal ayı səfəri xərclərinin kişilərin sevgililəri ilə rəsmi nikaha girmələrini gecikdirdiyini vurğulayır.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir