xeyanet

Kişilər niyə xəyanət edir?

Baxış sayı: 500

Xəyanət istər qadın, istərsə də kişi üçün yolverilməzdir. Statistikaya nəzər salsaq aydın olur ki, xəyanəti daha çox kişilər edir.

Bəs, bunun səbəbi nələrdir? Kişilərin xəyanətı sürükləyən 4 əsas səbəbi təqdim edirik:

1. Testosteron səviyyəsinin yüksək olması- Hisslərin deyil, hormonların diktə etdiyi bu xəyanət növü kişi üçün emosional anlamda məna kəsb etmir. Kişi evindən, həyat yoldaşından, ailəsindən razı olsa da özünə hakim ola bilmir və cinci ehtiyacını kənarda qarşılayır.

2. Qadının baxımsızlığı – Qadınlar çox vaxt düşünür ki, kişilər qadının baxımlı olmasından anlamır və onların səliqəsiz dırnaqlarını, saçlarını görmür. Evlilikdən sonra qadının xarici görünüşünə diqqət yetirməməsi, baxımını “axsatması” kişinin marağının itməsinə səbəb ola bilər.

3. Qadında həyat enerjisinin olmaması- Qadının həvəssiz, cansız olması, həyata qarşı marağının olmaması onu kişinin gözündə sıxıcı edə bilər. Çünki kişilər parlaq, canlı, həyat eşqi yüksək olan qadınları bəyənirlər.

4. Ehtirasın olmaması-  Ailədə hər şey əladır. Təmiz ev, dadlı yeməklər, ağıllı, tərbiyəli uşaqlar var, lakin yenə də nəsə çatmır – ehtiras!. Qadın nə qədər gözəl, baxımlı olsa da zamanla partnyorlar bir-birilərindən bezə, sıxıla bilərlər. Beləcə yenilik axtarışında olan kişi çarəni başqa qadında tapır.

Bəs, xəyanəti bağışlamaq olarmı? Bu sualın cavabını siz verin. Amma istənilən halda münasibətdə narazılığı olan tərəf bunu dilə gətirməli, həll etməyə çalışmalıdır. Həll yolu tapılmadığı halda münasibəti sonlandırmaq daha doğru seçimdir, nəyin ki, xəyanət etmək.

 

Nərmin Nərimanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir