Zehra Eskerzade

Kişilərin xəyanət etməsinin 5 səbəbi

Baxış sayı: 1. 196

Bu gün çoxlarının dilə gətirmək istəmədiyi, lakin müraciətlərə baxdıqda bir çox insanın real həyatlarında yaşadığı bir mövzuya toxunacağıq. Münasibətlərdə xəyanət, qarşı tərəfə bəlkə də ən çox ağrı verən hadisələrdən biridir. Boşuna, xəyanət acısını, ölüm acısına bənzətməyiblər. Hər bir insanın xəyanət etmə səbəbi fərqli ola bilər, amma əlbəttə ki, ümumi nümunələr də var. Bəs, kişilər hansı səbəblərdən xəyanət edir?

 

1) Emosional boşluq

Bəzən kişi, münasibətdə emosional olaraq dəstək görmədiyini hiss edir. Sanki, cütlükdə ona ehtiyac duyulmur, anlaşılmır, qiymət verilmir. Və bu, emosional boşluğu doldurmaq üçün, şüursuz şəkildə başqa birinə yönəlir. Çünki həyat yoldaşı tərəfindən qarşılanmayan ehtiyacı, bir yolla qapadılmalı idi.

 

2) Fiziki və ya cinsi məmnuniyyətsizlik

Münasibətdə, fiziki yaxınlıq azaldıqda və ya tərəflər bir-birini cəlbedici görmədikdə və ehtiras yoxa çıxdığında, bəzi kişilər bu boşluğu başqa bir qadında tapmağa çalışır. Ancaq, burada əsas məsələ sadəcə fiziki ehtiyac deyil, “istənilmək” və “arzulanan” olmaq hissidir. Bu isə, birbaşa o kişinin başqa qadınlar tərəfindən “təsdiq” axtarmağının açıq-aşkar nümunəsidir.

 

3) Özünə inamsızlıq və ya eqo ehtiyacı

Bəzi kişilər üçün xəyanət sadəcə ehtiras deyil, özlərini daha dəyərli və güclü hiss etmə yoludur. Sanki, xəyanət, onlara özlərini, bir növ “özgüvənli” hiss etdirir. Əlbəttə ki, bu sadəcə yalançı və müvəqqəti özgüvəndir. Yaşlandıqca və ya münasibətdə laqeydlik hiss etdikcə, başqalarından təsdiq almaq üçün xəyanət yolunu seçirlər.

 

4) Münasibətdəki monotonluq və marağın itməsi

Əgər münasibət həyəcanını itiribsə, partnyorlar bir-birinə daha əvvəlki kimi maraq göstərmirsə, kişi həyəcan axtarışına çıxa bilər. İlk günlərdəki o həyəcanı yenidən yaşamaq üçün, başqa münasibətə daxil ola bilər. Xəyanət, bəzən sadəcə yeni bir “əyləncə” kimi görünür, amma nəticələri hər iki tərəf üçün çox dağıdıcı olur.

 

5) Ünsiyyət problemləri

Münasibətdə emosional bağ qopduqda, ünsiyyət zəiflədikdə, kişi özünü anlaşılan hiss etmədikdə, başqa birinə açılmağa ehtiyac duyur. Çünki kişi öz hisslərini başqa bir şəxsə açmaqla, daha rahat hiss edir. Bu isə zamanla xəyanətə gətirib çıxarır.

Kişilərin xəyanət etməsinin səbəbləri çox müxtəlifdir və bir çox hallarda yalnız bir amil deyil, bir neçə amilin birləşməsi nəticəsində baş verir. Hər bir insan fərqli olduğu üçün, münasibətlərdə yaranan bu tip problemlərin qarşısını almaq üçün əvvəlcə ünsiyyətin gücləndirilməsi, qarşılıqlı anlayışın və hörmətin artırılması lazımdır. Cütlüklər arasındakı yaxınlıq, açıq və dürüst ünsiyyət, hər iki tərəfin özünün öz ehtiyaclarını anlaması – xəyanət ehtimalını azalda bilər. Ancaq unutmaq olmaz ki, hər bir münasibət fərqlidir və hər bir insanın öz səbəbləri vardır. Ümumilikdə isə, xəyanətə uğrayan tərəf, belə bir situasiyada əsla özünü günahlandırmamalıdır!

Çünki xəyanət bir nəticədir, səbəb deyil! Səbəb isə, şüur altınızın çox dərinliklərində gizlidir. Əgər xəyanətlə qarşılaşmısınızsa və ya münasibətinizdə narahatlıq hiss edirsinizsə, bu, özünüzə və münasibətinizə dərindən baxmaq üçün güclü bir siqnaldır.

Unutmamaq lazımdır ki, sevgi münasibətlərində əsl dərinliyi yaratmaq üçün, əvvəlcə özünü anlamalısan. Terapiya isə məhz şüuraltı blokajları aşmaq və sağlam münasibətlər qurmaq üçün ən güclü vasitədir.

 

Zəhra Əskərzadə

Kişi-Qadın Münasibətləri üzrə Kouç/Mütəxəssis




19 şərh “Kişilərin xəyanət etməsinin 5 səbəbi

  1. Cavid Əliyev

    Zəhra xanım, yazınızda çox vacib bir məsələyə toxunmusunuz. Xəyanət məsələsi yalnız cinsi və ya emosional ehtiyacların qarşılanmaması ilə bağlı olmur. Bəzən insanlar sadəcə özlərini tapmaq, həyatlarında bir dəyişiklik yaratmaq istəyirlər. Bu yazıda təqdim etdiyiniz səbəblər çox əsaslıdır, amma bəlkə də xəyanətə meyl edən insanın psixoloji vəziyyəti də daha dərindən təhlil edilməlidir. Çünki hər insanın keçirdiyi daxili dəyişikliklər, münasibətlərindəki davranışlarına çox təsir edir. Bu yazı, münasibətlərdə daha çox diqqət və anlaşma tələb edən bir dövrün siqnalıdır.

    Cavabla
  2. Rəna Davudova

    Xəyanət edən insanların yalnız öz ehtiyaclarını düşünməsi və bunun nəticəsini dərk etməməsi çox acıdır. Məncə, əslində, burada üzərində daha çox dayanılması lazım olan məsələ, qarşı tərəfin ehtiyaclarına diqqət yetirməməkdir. Xəyanət bir çox hallarda sadəcə diqqətsizlik və qiymətləndirməmənin nəticəsidir. Sizin yazınız bu mövzuda çox faydalıdır, amma bir sualım var: Münasibətdəki bütün bu problemləri erkən mərhələdə necə müəyyən edə bilərik və qarşısını necə ala bilərik?

    Cavabla
  3. Rahilə

    Həqiqətən də çox çətin bir mövzuya toxunmusunuz, Zəhra xanım. Xəyanətin əslində heç də sadə bir məsələ olmadığını, insanların buna necə gəldiyini yaxşı izah etmişsiniz. Mənə görə, emosional boşluq, ən çox qarşılaşılan səbəblərdən biridir. Çünki insanlar bəzən bir-birinin ehtiyaclarını başa düşmürlər və nəticədə başqalarına yönəlirlər. Amma sonuncu paraqrafda dediyiniz kimi, özünü anlamadan sağlam münasibət qurmaq çətindir. Bu, mütləq diqqət edilməli bir məsələdır.

    Cavabla
  4. Zamin

    Yazınız çox düşündürücüdür. Xəyanətin bir nəticə olduğunu qeyd etməyiniz, məncə, çox doğru bir yanaşmadır. Çünki bəzən biz qarşı tərəfi günahlandırmaq əvəzinə, məsələnin kökünü tapmağa çalışmalıyıq. Ünsiyyət problemi və monotonluq da çox vacib nöqtələrdir. Münasibətlərin davamlı olması üçün həm cinsiyyətə, həm də emosional ehtiyaclara diqqət yetirilməlidir. Bəlkə də daha çox bu mövzuda müzakirələr aparılmalıdır.

    Cavabla
  5. Aynur Ofəndi

    Xəyanətə dair çox doğru bir perspektiv təqdim etmisiniz, Zəhra xanım. Lakin, mənə elə gəlir ki, bu yazı yalnız kişilərin perspektivindən deyil, qadınların tərəfdən də eyni şəkildə analiz edilməlidir. Bəlkə də, qadınlar da çox zaman əlaqələrində oxşar boşluqlar hiss edir və onlara qarşı tərəf həm fiziki, həm də emosional olaraq diqqət göstərməyincə xəyanətə yelçənir. Yazınızda məsələyə ümumi yanaşma olsa da, bəlkə də hər iki tərəfi daha çox nəzərə alaraq daha dərinləşmək olardı.

    Cavabla
  6. Səriyyə

    Zəhra xanım, yazınızı diqqətlə oxudum və sizin düşüncələrinizə tam razıyam. Kişilərin xəyanət etməsinin səbəblərini başa düşmək çox vacibdir. Həyat yoldaşlarından emosional dəstək görməmək, fiziki yaxınlığın azalması, monotonluq – bunlar insanın həyatında böyük boşluqlar yaradır. Məncə, münasibətlərin uzunmüddətli olması üçün, tərəflərin bir-birinə qarşı açıq olması və istəkləri, ehtiyacları barədə dürüst danışması çox önəmlidir.

    Cavabla
  7. Aytən Ocaqverdiyeva

    Çox doğru fikirlər irəli sürmüsünüz. Amma bir məsələ var ki, xəyanət edən kişilər bəzən bu sadalanan səbəbləri özlərində belə qəbul etməkdən çəkinirlər. Cinsi və emosional ehtiyaclarının qarşılanmadığını demək, kişilər üçün çox çətin ola bilər. Bəlkə də, bu məsələnin daha dərindən, cəmiyyətin bütün qatlarında təhlil olunması gərəkdir. Kişilər, bu ehtiyacları qavrayaraq, münasibətlərdə daha düzgün addımlar atmalıdırlar.

    Cavabla
  8. Gülnarə Eyyubova

    Zəhra xanım, yazınızda çox doğru məqamlar var. Xəyanətə meyilli olmaq təkcə cinsi və emosional ehtiyaclarla bağlı deyil, bəzən insanlar sadəcə öz eqolarını qüvvətləndirmək istəyirlər. Bu barədə yazdığınızda əslində çox faydalı bir mövzuya toxunmuş olursunuz. Lakin mənim sualım budur: Münasibətlərdə ehtiyaclar artarkən, qarşı tərəfin diqqətsizliyi üzündən birinin xəyanət etməsi, cəmiyyətimizdə necə qarşılanır? Xəyanəti “ehtiyac” kimi izah etmək nə qədər doğru olur?

    Cavabla
  9. Sevil Rəhimova

    Xəyanət sadəcə kişilər tərəfindən deyil, qadınlar tərəfindən də edilə biləcək bir hərəkətdir. Məncə, hər iki tərəfin də emosional və fiziki ehtiyacları çox vacibdir. Yazını oxuyarkən, xəyanətin qarşısını almaq üçün münasibətlərdə daha çox hörmət və diqqət göstərməyin vacibliyi barədə düşündüm. Ünsiyyətin gücləndirilməsi, hər iki tərəfin duyğularını anlaması çox mühümdür. Ancaq yazının sonunda verdiyiniz mesaj çox dəyərlidir: xəyanət heç bir zaman səbəb deyil, nəticədir.

    Cavabla
  10. Balabəy Qasımov

    Yazınızda bəhs etdiyiniz mövzular həm kişilər, həm də qadınlar üçün çox aktualdır. Bəzi hallarda münasibətlərdə hər iki tərəfin səhvləri ola bilər, amma bu, xəyanəti heç də qəbul edə bilməz. Mənim fikrimcə, münasibətdə iki tərəf də öz ehtiyaclarını başa düşməli və bu ehtiyacları açıq şəkildə paylaşmalıdır. Emosional boşluq məsələsinə toxunmaqla yaxşı bir məqamı qeyd etdiniz, amma bəzi insanlar da sadəcə cəmiyyətin təsiri altında, gözəgirmək və özünü göstərmək üçün belə addımlar atırlar.

    Cavabla
  11. Gümüş

    Çox düzgün yanaşmadır və ən həssas mövzulardan biridir dolğun və ətraflı məlumatdır . Təşəkkür edirəm .

    Cavabla
  12. Nuranə Adilova

    Münasibətlərdəki monotonluq da böyük bir səbəbdir, amma yazını oxuyarkən düşündüm ki, bəzən insanlar monotonluqdan qurtulmaq əvəzinə, o dövrdə münasibəti daha da dərinləşdirmək əvəzinə çox asan yolu seçirlər. Xəyanət etmək sadəcə bir əyləncə deyil, münasibəti daha da çətinləşdirən bir faktordur. Məncə, bu məsələdə həm cinsi, həm də emosional tərəflərə diqqət etməklə yanaşı, özünə və qarşı tərəfə qarşı dürüstlük ən vacib faktordur.

    Cavabla
  13. Nişanə Əhmədova

    Bəzən, xəyanət məsələsi sadəcə daxili boşluğu doldurmağa çalışmaq deyil, hətta bəzən kəskin bir reaksiya kimi də baş verə bilər. Kişilər bəzi hallarda münasibətdəki narazılıqlarını bu şəkildə göstərirlər, amma bu, həmişə doğru bir yol deyil. Yazınız çox yaxşıdır, lakin bu mövzuda cəmiyyətin xəyanəti necə qəbul etdiyini və bunun sosial təsirlərini daha çox araşdırmaq faydalı ola bilər. Məsələnin daha geniş təhlilini vermiş olardınız.

    Cavabla
  14. Rəna Əlizadə

    Xəyanət məsələsi həqiqətən də çox ağrılı bir mövzudur. Amma yazınızda nəzərə alınmalı olan başqa bir aspekt var ki, bəzən insanlar sadəcə qeyri-kamil münasibətlərdə ilişib qalırlar və bunu dəyişdirmək üçün çox çalışmırlar. Məncə, partnyorlar daha çox qarşılıqlı maraq və hörmət üzərində qurulmuş münasibətlərə yönəlməlidir. Sizin yazınız buna yaxşı işıq tutub, amma bəlkə də münasibətləri bərpa etmək üçün konkret addımlar da vermək olardı.

    Cavabla
  15. Ceyran Məhəmməd

    Əslində, bəzən biz xəyanəti yalnız tərəflər arasında olan bir problem kimi görürük, amma siz yazınızda bunun altında olan emosional və psixoloji səbəblərə diqqət yetirmisiniz. Xəyanətin özü bir reaksiya olaraq meydana gəlir və burada qarşılıqlı anlaşılma çox vacibdir. Məncə, emosional dəstək və ünsiyyət problemi mütləq nəzərə alınmalı məsələlərdir. Bu cür yazılar insanlara münasibətlərdə daha diqqətli olmağı öyrədir.

    Cavabla
  16. Günel Musayeva

    Bəzi kişilər, yazıda qeyd edildiyi kimi, sadəcə özünə güvən hissi əldə etmək üçün belə bir yol seçir, amma nəticədə çox böyük zərərlər ortaya çıxır. Münasibətlərdəki anlaşılmazlıqlar və hisslərin qarşı tərəfə düzgün çatdırılmaması xəyanətə səbəb ola bilər. Bu yazı, insanlar üçün həm diqqətli olmaq, həm də özlərini tanımaq istiqamətində vacib dərslər verir.

    Cavabla
  17. Mahirə Mehdiyeva

    Çox doğru mövzuya toxunulub. Məncə, münasibətlərdə xəyanət hər zaman yalnız fiziki bir problem deyil, həm də emosional bir məsələnin təzahürüdür. Kişilərin və qadınların ehtiyacları və gözləntiləri fərqli olduğu üçün bu cür problemlər meydana gələ bilər. Ən vacibi isə münasibətlərdə qarşılıqlı etimad və anlaşma yaratmaqdır. Yazının sonunda terapiya və şüuraltı məsələlərin qabardılması da çox doğru bir yanaşmadır. Hər kəsin özünü anlaması və inkişaf etdirməsi çox önəmlidir.

    Cavabla
  18. Ülkər Əliyeva

    Bu yazı münasibətlərdəki həqiqətləri çox gözəl şəkildə izah edir. Xəyanətin səbəbləri çox vaxt görünən deyil, əslində dərinləşmiş emosional və psixoloji problemlərlə bağlıdır. Xüsusilə özünə inamsızlıq və eqo ehtiyacı, bəzi kişilərdə ciddi bir problemə çevrilir. Münasibətlərdə güvən və anlayış önəmlidir. Yazının sonunda verilən məsləhət – özünə və münasibətə dərindən baxmaq – məncə, ən vacib nöqtələrdən biridir. İnsanlar həqiqətən də öz içlərinə yönəlib, daxili problemləri həll etməlidir ki, sağlam münasibətlər qurabilsinlər.

    Cavabla
  19. Elmira Aslanova

    Kişilərin emosional boşluq hissi və cinsi məmnuniyyətsizlik kimi səbəblər yazıda gözəl şəkildə təqdim olunub. Mənim fikrimcə, münasibətlərdə əsas olan açıq ünsiyyət və qarşılıqlı hörmətdir. Yazının sonundakı “xəyanət bir nəticədir, səbəb deyil” fikri çox doğru və dərindir. Bunu oxuyanda münasibətlərim haqqında daha çox düşünməyə başladım.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir