azer bagirov

Kişilərdə seksual pozulmaların növləri – PSİXİATR YAZIR

Baxış sayı: 1. 297

 1)Seksual meylin azalması( hiposeksuallıq) – seksual ehtiyacların və seksual fəallığın düşməsiylə səciyyələnir. Disfunksiyaların bu növünü ayırmaq kifayət qədər çətindir, çünki belə vəziyyətlər istənilən şəxsin həyatında ola bilər və onlar ən müxtəlif amillərlə təyin edilir: yorğunluq, partnyor tərəfindən narazılıq və s. Hiposeksuallıq həyatın bir çox hissəsində və yaxud müvvəqəti hal kimi özünü göstərə bilər.

Bir çox sinir- psixi pozğunluqlar zamanı meylin azalması müşahidə oluna bilər. Bu cür psixoloji pozuntulara depressiya xəstəliyi nevroyik pozuntular (nevroz) antidepressant antipsixotik dərman istifadəsini misal göstərmək olar.

Alkoqol və nikotindən çox istifadə edən kişilərdə potensiyanın azalması halları hamıya məlumdur. Özəlliklə pivə istifadəsi tərkibində esterogen hormonu olması səbəbi ilə hiposeksuallıq yarada bilər.

Xarakterin müəyyən xususiyyətləri gələcəkdə seksual pozulmalara yol aça bilər. Bu əsasən çox həssas və hər şeydən şübhələnən (nevrotik) şəxslərə aiddir.

2) Seksual meylin yüksəlməsi( hiperseksuallıq) – seksual ehtiyacların və seksual fəallığın güclənməsi ilə səciyyələnir. Yeganə norma çərçivəsində qəbul olunan hiperseksuallıq, bu gənclik dövründə olan hiperseksuallıq hesab edilir. Qalan hallarda rast gələn hiperseksuallıq adətən qeyri normal hesan olunur.

Buna gətirən səbəblər müxtəlifdir. Bu müəyyən psixiki xəstəliklərin və hormonal pozulmaların təzahürü ola bilər (Məs. Manyakal dönəmdə cinsəl istəyin aşırı dərəcədə artması).

3) Ereksiya pozulmaları – Penis sərtliyinin azalması ilə səciyələnir. Kişilərdə ən geniş yayılmış seksual pozulmalardan biridir. Bu problem cinsi əlaqəni qeyri-mümkün etdiyinə görə kişilər bunu bir növ “ağır” olaraq qəbul edir.  Genc insanlarda 90% hallarda ereksiya problemlərinin səbəbi organik deyil, psixoloji səbəbdəndir. Özəlliklə yeni evlənmiş, cinsəl təcrübəsi az olan insanlarda, performans göstərmə ilə əlaqəli  yaranan təşvişə bağlı olaraq, sərtləşmə problemi çox görülür.

Yerdə qalan hallarda ereksiya pozulmaları konkret orqanik səbəbə

malikdir. Bunlardan cinsiyyət sistemi xəstəlikləri( prostatit, cinsiyyət üzvünün xəstəlikləri), şəkərli diabet, ürək- damar xəstəlikləri, alkoqolizm və s sadalamaq olar.

4) Eyakulyasiya pozulmaları – cinsi əlaqə vaxtının qısalması ilə səciyələnir.

 

Qısalmış cinsi əlaqə dedikdə nə nəzərdə tutulur?

Cinsi əlaqənin normal müddəti mütəxəssislər tərəfindən 3- 4 dəqiqədən çox hesab edilir. Lakin vaxt göstəricisi ilə yanaşı cinsi həyatın keyfiyyətini qiymətləndirilməsi üçün digər meyarı da nəzərə almaq lazımdır.

– bu da əlaqənin keyfiyyət göstəriciləridır, hansı ki qadın orqazmını təmin edir. Bunu nəzərə alaraq demək olar ki, qadının Orqazmını təmin etməyən və 2 dəqiqədən az sürən cinsi əlaqəni qısa müddətli hesab etmək olar.

Yaranma səbəbləri arasında: yüksəlmiş əsəb gərginliyi, təşviş-həyəcan pozuntuları, qeyri requlyar cinsi həyat tərzi, prostat vəzisinin iltihabı xəstəlikləri və s. göstəriləbilər.

Psixoloji səbəbli cinsi disfunksiyaların mualicəsi Cinsi Terapiyayla həyata keçirilir. Cütlüklər partnyorları ilə birlikdə terapiyaya alınır. Terapiya seansları ortalama 8-12 seans sonunda müvəffəqiyyətlə nəticələnir.

 

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir