yemeye ne var

Lənkəran külçəsi belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 570

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə Lənkəran külçəsinin hazırlanma qaydasından bəhs edəcəyik.

 

Tərkibi

Xəmir üçün: 1-ci növ buğda unu – 460q, maya – 10q, şəkər – 70q, yumurta – 1 əd., xama – 32q, xaşxaş – 6q, kərə yağı – 50q, duz.

 

İç üçün: 1-ci növ buğda unu – 200q, şəkər kirşanı – 95q, kərə yağı – 100q, zəfəran – 0,2q.

 

Hazırlanma qaydası

Un, şəkər və xama ilə mayalı xəmir yoğrulur. İç hazırlamaq üçün kərə yağı, şəkər kirşanı və zəfəran şirəsi çalınır və un əlavə edilir. İç dağıla bilən kütlədən ibarət olur. Xəmir gəldikdən sonra onu yayır, üzərinə kərə yağı sürtülür, bir neçə dəfə əl ilə yayıb qatlayır və yumşaldılır. Xəmir 80 q çəkidə doğranır, 0,8-10 sm qalınlaqda kvadrat formada yayılır, üzərinə 30-32 qram iç qoyulur və qıraqları mərkəzə tərəf birləşdirilir. Sonra iki əl arasında basılmaqla yayılır və ona dairəvi forma verilir. 45-50 dəqiqə istirahətə qoyub üzərinə yumurta sürtülür, xaşxaş səpilir və 180-200 °S tempraturda 20-25 dəqiqə bişirilir.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir