MEKTEBLI

Məktəbli forması ala bilməyənlər belə GEYİNSİN

Baxış sayı: 282

2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilir ki, yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər.

Məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər.

Məktəb direktorlarının bütün bu məsələləri nəzərə alması və diqqət mərkəzində saxlaması zəruridir.

MEKTEBLI

 

Onu da qeyd edək ki, öz seçimi əsasında qərar vermiş valideynlərin yeni məktəbli formalarını “Bakı Tikiş Evi”ndən alması da mütləq deyil.

Məktəb rəhbərlərindən valideynlərə yeni məktəbli formasının alınması ilə bağlı hər hansı bir məcburi yönləndirmə olarsa, valideynlərdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir