Zumrud Haqverdiyeva

Manipulyasiyaya məruz qalmaqdan necə qorunmaq olar? – “SEANS VAXTI”

Baxış sayı: 501

1) Tənqidə, tənqid edənə və nəsihətlərinə  diqqət edin

Müasir dövrdə  insanların çoxu manipulyasiyadan bir sənət növü kimi istifadə edirlər. Bunu həyatın müxtəlif sahələrində görmək mümkün olsa da, biz buna ən çox  münasibətlərdə məruz qalırıq. Demək olar ki, bütün manipulyatorlar sizi etməməli olduğunuz bir şeyi etməyə vadar edə bilər, sizi getməməli olduğunuz bir yola sala bilər, almamağınız lazım olan bir qərar verməyə və ya etməməli olduğunuz şeyləri söyləməyə vadar edə bilər. Bütün bunları edərkən o, sanki sizə dostcasına tənqid və məsləhət verirmiş kimi davranır. Bu cür yanaşmalarla qarşılaşdıqda heç vaxt tələsməməli, tənqidə, məsləhətə qulaq asmamalı, sakit düşüncə ilə mövzunu daxili aləmimizdə ölçüb-biçməliyik. Bunu kim deyir və niyə? Onun məqsədi nə ola bilər? Nəticələri necə olacaq?

 

2) Təcili qərarlar verməyin

Sizi manipulyasiya etmək istəyən şəxs sizi istənilən məsələdə tez qərar qəbul etməyə tələsdirəcəkdir. Heç bir şeylə bağlı təcili qərarlar verməməyə çalışın. Təcrübə sübut edir ki,  həyatda təcili qərarlar çox vaxt yaxşı nəticə vermir. Çox vaxt məyusluq və peşmanlıq yaradır.

 

3) Öz sərhədlərinizi  təyin edin

Həyatda prinsipləri və müəyyən qaydaları olan insanlar asanlıqla manipulyasiya edilə bilməz. Özünüz üçün nəyin yaxşı və nəyin pis olduğunu başqaları deyil, ən yaxşı siz bilirsiniz. . Buna görə də, özünüz üçün öz dəyərlərinizə, öz arzularınıza və öz məqsədlərinizə uyğun müəyyən xətlər təyin edin.

 

4) Detallara və yalanlara fikir verin

Manipulyasiyanı peşə kimi qəbul edən insanlar həmişə bunu edirlər və bu işdə çox ustadırlar. Manipulyasiya tərəfdarları çox vaxt yalan danışırlar və sizə aşılamaq istədikləri məsələlər üçün həmişə bəzi yalanlardan istifadə edirlər. Diqqəti çəkməmək  üçün çox vaxt bu yalanları əhəmiyyətsiz görünən detallara daxil edirlər. Fərqli vaxtlarda qarşı tərəfi diqqətlə dinləsəniz, bu yalanları anlayacaqsınız. Yalan danışan adam manipulyator olmağa çox meyllidir və o insanla bütün söhbətlərində onun dediklərini süzgəcdən keçirməlisən.

 

5) Manipulatorlarla aranızda məsafə saxlayın

Manipulyasiya etməyin ən asan  yolu özünüzü günahkar hiss etməkdir. Hər şeydə özünü günahkar hiss edən insanlar manipulyasiya  çox açıq olacaqlar. Bundan qurtulmağın ən asan yolu sizi günahkar hiss etdirən insanları uzaqlaşdırmaqdır. Öz qərarlarınızı özünüz verməli və sizi manipulyasiya etmək istəyənlərə imkan verməməlisiniz. Zəif cəhətlərinizi başqaları ilə bölüşmək sizi həssas və manipulyasiyaya açıq edə bilər. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Həyat yolunuzda başqasının sizi bir yerdən başqa yerə sürükləməsinə icazə verməyin, özünüz qərar verin.

 

 Zumrud Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir