metbuat gunu

Media: ilk qəzet, ilk jurnal, ilk radio, ilk televizya, ilk internet…

Baxış sayı: 1. 607

Kütləvi İnformasiya Vasitələri (KİV) cəmiyyətin inkişafında, onun maariflənməsində özünəməxsus rola malikdir. Hər bir dövrün mətbuatı həm də onun aynasıdır. Dünyada KİV-in yaranması uzun bir tarixi yol keçib. Bü gün mətbuatın müxtəlif növləri fəaliyyət göstərir: qəzet, jurnal, radio, televiziya, internet.
Sabah Azərbaycan Milli Mətbuatının 143 yaşı tamam olur. Belə bir gün ərəfəsində dünyada ilk mətbuat orqanlarının yaranma tarixininə nəzər yetirmək yerinə düşər.

Image result for köhnə qəzet

Qəzet. Dünyada ən yaşlı kütləvi informasiya vasitəsi qəzetdir. İlk qəzet nə vaxt və harada yaranıb? Bu sualın cavabı çoxları üçün maraqlıdır. Tədqiqatlar nəticəsində məlum olub ki, dünyada birinci qəzet bizim eradan əvvəl 59-cu ildə qədim Romada nəşr olunub. Bu, əl ilə yazılmış «Günün hadisələri» adlı kağız vərəqə idi. Onu hazır edəndən sonra ictimai yerləndən asıblar ki, yazı-pozudan başı çıxanlar oxuya bilsinlər. Yeri gəlmişkən, «Günün hadisələri» adlı bu mətbu orqan gündəlik nəşr olub. Ondan sonra dünyada əl ilə yazılan ikinci gündəlik qəzet təxminən 1300 il əvvəl qədim Çində çap olunub. Həmin nəşrin adının «Paytaxt yenilikləri» olduğu qeyd edilir.

Sonralar tədricən dünyanan digər yerlərində də qəzetlər çap etməyə başladılar. Dünyada müntəzəm nəşr edilən ilk qəzet 1609-cu ildə Almaniyada buraxılan «Zaytunq» adlı çap məhsulu olub.
Qəzetlər xəbərləri təqdim edən və dərc edən bir nəşrdir. Bu kütləvi informasiya vasitəsinin yaranması ictimai fikrin formalaşmasında və baş verən hadisələrlə bağlı insanların məlumatlandırılmasında mühüm rol oynayıb. Qəzetlər əsasən gündəlik və həftəlik olurlar. Gündəlik qəzetlərin həftə sonu buraxılışları həcmcə adətən adi qəzetlərdən böyük olur.
Həftəlik qəzetlər isə səhifələrinin sayına, hadisələrin işıqlandırılma tərzinə gönə bir qədər fərqlənir.

Image result for jurnallar

Jurnal. Qəzetlərdən sonra ikinci yaşlı KİV orqanı jurnallardır. Ilk jurnallar XVIII əsrdə Avropada çap olunub. İlk jurnallar qəzetlərdən və kitab tacirlərinin kataloqlarından təşkil olunub.
Qəzetlərdən fərqli olaraq jurnallar gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.

Image result for radio

Radio. Dünyada ilk radionun kəşfi məşhur rusiyalı mühəndis Aleksandr Stepanoviç Popovun adı ilə bağlıdır. Bu hadisə 1895-ci ilin aprelində baş verib. 1901-ci ildə isə italyan Gulielma Markoni tərəfindən ilk radio yayımı reallaşdırılıb. İlk vaxtlar insanlar bu elektron KİV-i «kağızsız və məsafəsiz qəzet» adlandırıblar.

Related image

Televiziya. Televiziyanın yaranma tarixi XX əsrin 20-ci illərindən başlayır. 1923-cü ildə rusiyalı alim Vladimir Zvorıgin ilk tam elektron televiziya sistemi yaradıb. 1931-1932-ci illərdə Amerikanın RCA firmasının təklifi əsasında V. Zvorıginin başçılığı ilə ikonoskop və kineskopun konstruksiyalarında bir sıra ciddi təkmilləşdirilmələr aparılıb və ilk elektron televiziya yaradılıb. V.Zvorıginin kəşfi sayəsində artıq 1936-cı ildə İngiltərə və Almaniyayada, 1941-ci ildə isə ABŞ-da mütamadi olaraq televerilişlərin yayımına başlanılıb. Bu gün görüntünü və səsi birbaşa insanların evlərinə çatdıran televiziya ən çox izlənilən KİV-dir.

Image result for internet

İnternet. Müasir həyatı internetsiz təsəvvür etmək mümkün deyil. İndi bu şəbəkənin imkanlarından gündəlik həyatın demək olar ki, bütün istiqamətlərində istifadə olunur. <p”>İnternet dünya çərçivəsində bir çox kompüter sistemini bir- birinə bağlayan və getdikcə böyüyən bir şəbəkədir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki informasiyanın bir yerdən başqa yerə ötürülməsini təmin edir. <p”>Kompüterlər arasında ilk şəbəkə 1969-cu ildə ABŞ Müdafiə Nazirliyi Perspektiv Araşdırmalar Agentliyi tərəfindən qurulub. Ötən əsrin 70-ci illərində sonradan «İnternet» adlandırılan bu şəbəkə dünya miqyasında genişlənməyə başlayıb.

Azərbaycana gəldikdə isə 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi «Əkinçi» qəzetini dərc etdirməklə milli mətbuatımızın əsasını qoyub. Azərbaycan dilində işıq üzü görən bu ilk mətbu orqanın 1877-ci ilin 29 sentyabrına qədər 56 sayı işıq üzü görüb. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da, xalqın maariflənməsində çox böyük rol oynadı.

Ölkəmizdə radionun tarixi 1926-cı il noyabrın 6-dan başlayır. Həmin gün Bakının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. O zaman bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Açılış günü görkəmli bəstəkar Müslüm Maqomayevin xüsusi olaraq, bu hadisə ilə əlaqədar yazdığı «radio marşı» səsləndirilib.

1956-cı il fevralın 14-də Bakıda ağ-qara təsvirlərlə «mavi ekran» adlanan Azərbaycan televiziyası fəaliyyətə başlayıb. Belə ki, televiziyanın vasitəsilə kürsüdən ayrılmadan dünyanın müxtəlif nöqtələrində baş verən hadisələri seyr etmək mümkündür.

Ötən əsrin 90-cı illərinin sonlarından Azərbaycanda internetdən sitifadə etməyə başladılar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir