muharibe

Müharibə janrında çəkilmiş ən yaxşı 10 film

Baxış sayı: 951

Müharibə sözsüz cəmiyyətin arzulamadığı bir şeydir. Amma tarix səhifələrinə baxdıqda dövlətlər arasında yaxud ölkədaxili müharibələrin istənilən ölkənin tarixində olduğunu görə bilərik.

Bu siyahı təkcə müharibənin qanlı tərəfini deyil həm də onun qoyduğu izləridə özündə ən yaxşı şəkildə əks etdirən filmlər əsasında hazırlanmışdır.

 

The Boy In The Striped Pyjamas (2008)

The Boy In The Striped Pyjamas müharibə filmi

John Boynenin eyni adlı romanı əsasında çəkilən filmdir. Film 2-ci dünya müharibəsi vaxtı bir alman əsgərin uşağı ilə əsir düşərgəsində olan yəhudi uşağın dostuluğunu ələ alır. Rejisor və ssenarist Mark Herman bu filmlə müharibəyə birdə uşaqların gözü ilə baxmağımıza imkan yaradır.

 

Dunkrik (2017)

Dunkrik müharibə filmi

Christopher Nolanın şah əsərlərindən biri. Film, İkinci Dünya Müharibəsi zamanı Fransa sahillərində Dunkrik adlı ərazidə 400 min ingilis əsgərin yaxınlaşan təhlükəyə qarşı təxliyyə edilməsi planını ələ alır. Filmin baş rollarında Fionn Whitehead, Tom Glynn-Carney, Jack Lowden, Harry Styles, Mark Rylance ve Tom Hardy yer alır. Filmin daima həyəcanda saxlayan musiqisinin bəstəkarı isə Hans Zimmerdir. Təkcə Nolan və Zimmer adlarına görə belə filmə baxmalısınız.

 

Hacksaw Ridge (2016)

Hacksaw Ridge müharibə filmi

Müharibədə bir mərmi belə atmadan necə qəhərman olmaq olar? 2016-cı ildə çəkilən bu film qatı dindar, inanclı Desmond Dossdan bəhs edən, real hadisələr əsasında çəkilmiş bioqrafik janrda müharibə filmidir. Rejisoru Mel Gibson olan bu filmin baş rollarında isə Andrew Garfield, Sam Worthington, Luke Brace, Teresa Palmer, Hugo Weaving yer alır. Mütləq izlənməsi gərəkən filmdir.

 

Das Boot (1981)

das boot müharibə filmi

Siyahıda yer alan ən köhnə filmdir. Filmin rejisoru Troya filmiylə səs gətirən Wolfgang Petersendir. Film İkinci Dünya Müharibəsi vaxtı ingilis müdafiəsini məhv etmək üçün göndərilən bir alman sualtı gəmisinin gözləmədiyi əks hücumla bir küncə sıxışmasından və şəxsi heyətin özünü xilas etməyə çalışmasından bəhs edir. Filmin müddəti 3 saatdan çox olsa da filmin gərginliyi izləyiciləri ekrandan ayrılmağa qoymur. Film 2018-ci ildə yenidən çəkilsə də çox bəyənilməmişdir.

 

Fury (2014)

fury, müharibə, film

Film II Dünya Müharibəsi zamanı Almaniya tərəfə doğru irəliləyən bir amerika tank taboru və onun heyətinin həyatda qalmaq uğrunda sona qədər apardıqları mübarizədən bəhs edir. Filmin baş rollarında Brad Pitt, Shia LaBeouf və Logan Lerman yer alır. Əksər izləyicilər filmi saxta amerikan qəhərmanlığı kimi qiymətləndirsədə savaş səhnələrinin bolluğuna görə sevilən filmlərdəndir.

 

The Pianist (2002)

the pianist müharibə filmi

Film Polşalı pianoçu Wladyslaw Szpilmanın xatirələrindən bəhs etdiyi eyni adlı kitabı əsasında çəkilmişdir. Film Alman işğalı altında olan Polşada əsir düşərgəsinə getməkdən xilas olan pianoçunun Varşava küçələrində həyatda qalmaq həkayəsindən bəhs edir. Filmin baş rollarında Adrien Brody, Thomas Kretschmann, Emilia Fox, Frank Finlay yer alır.

 

Inglourious Basterds (2009)

Inglourious Basterds müharibə filmi

Rejisoru Quentin Tarantino olan bu film onun şah əsərlərindən biri hesab edilir. Filmin baş rollarında Brad Pitt, Christoph Waltz ve Mélanie Laurent yer alır. 5 hissədən ibarət olan filmin mövzusu içlərində olan yəhudiləri tapmaq istəyən alman komandirlərdən və almanlara qarşı birləşmiş bir dəstənin hekayəsindən bəhs edir. Film Tarantinonun ən çox gəlir gətirən filmidir. Təkcə Christoph Waltzun bu filmdə göstərdiyi performansa görə izlməyə dəyər.

 

Gladiator (2000)

gladiator müharibə filmi

ABŞ-İngiltərə ortaq istehsalı filmin baş rollarında Russell Crowe, Connie Nielsen ve Joaquin Phoenix yer alır. Filmin hekayəsi qədim Romada keçir. Film, xəyanətə məruz qalan komandir Marcus Nonius Macrinusun həyatda qalmaq hekayəsindən bəhs edir. Tarixi müharibə janrında çəkilən ən yaxşı filmlərdən biridir. Film 15 nominasiya üzrə Oscara namizəd olmuş və beşini qazanmağı bacarmışdır. Mütləq izləməyiniz tövsiyyə olunur.

 

Saving Private Ryan (1998)

Saving Private Ryan müharibə filmi

Film İkinci Dünya Müharibəsi  vaxtı kapitan John H. Miller və bir neçə əsgərin fərqli cəbhələrdə ölən 3 qardaşdan sonuncu, dördüncü qardaşın sağ xilas edilməsi və evinə göndərilməsi uğrundan aparılan əməliyyatından bəhs edir. Ən yaxşı müharibə səhnələri olan film hesab edilir. Filmin baş rollarında Tom Hanks, Tom Sizemore, Edward Burns, Barry Pepper, Vin Diesel, Giovanni Ribisi, Matt Damon və Adam Goldberg yer alır.

 

Schindler’s List (1993)

Film İkinci Dünya Müharibəsi vaxtı Oskar Schindler adlı bir almanın qurduğu fabrikdə 1100 yəhudini işə götürməsi və onların həyatını xilas etməsindən bəhs edir. Gerçək hadisələr əsasında çəkilən filmin rejisoru Saving Private Ryan filminində rejisoru olan Steven Spielbergdir. Mütləq izləməlisiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir