azer bagirov

Nəticələnməmiş evliliklər – PSİXİATR YAZIR

Baxış sayı: 1. 156

Vaginizm cinsi əlaqə zamanı vagina əzələlərinin cinsi əlaqəyə imkan verməyəcək şəkildə, istəməyərəkdən sıxılmasıdır. Bəzən vaginizm ilk gecə qorxusu, cinsi əlaqəyə girə bilməmək kimidə tanınır.

Vaginizm ( cinsi əlaqəyə girə bilməmək ) bəzən cinsi birləşmələri təmamilə əngəlləyir. Bu səbəbdən də evlilik sonrasında həkimə müraciət ən çox vaginizmdə görülür.

İlk cinsi əlaqə bacarıqsız bir şəkildə sonladığı zaman, yeni evlilər bunu toyun yorğunluğuna yozur və sonradan alınar deyə düşünürlər. Amma zaman keçir və yenə də alınmır, cinsi əlaqə baş tutmur. Dəfələrlə təkrarlanan bu hadisə, artıq evli insanların qarışıq hisslər yaşamasına, artıq qadında anatomik (vaginanın quruluşunda) bir problemin olduğunu düşünmələrinə gətirib çıxarır. Hər dəfə alınmayan cinsi akt, onların ümüdlərini, cəsarətlərini qırır, özlərinə olan inamın azalmasına səbəb olur. Hər dəfə yenə alınmayacaq deyə bir qorxu olur artıq içlərində…

Qadın cinsi əlaqə zamanı ağrı, çoxlu qanaxma və ya başqa qorxulu bir şeyin baş verməsi ilə bərabər, özünü günahkar, alçaldılmış, yetərsiz bir qadın kimi hiss edir, ümüdsizliyə qapılmağa başlayır.

Qadın ərini itirməkdə, onu aldadacağından, hətta bu problem uzun müddət davam edərsə, ondan boşanacağından qorxmağa başlayır.

Və qadın öz içində bu qorxuları ilə boğuşduğu zaman kişi də öz içində : istənmədiyini, sevilmədiyini, rədd edildiyini düşünərək öz həyat yoldaşına qarşı hirslənməyə başlayır. Kişi , özündə də problemlər axtarmağa başlayır : bəlkə nəyisə düz etməmişdir, və ya növbəti dəfə yenə qadınına ağrı verəcək bir xəta edər, və s. Kişi o qədər fikirlərlə boğuşur ki, nəticədə, özündə nəsə bir problemin olduğunu düşünməyə başlayır və uroloqa müraciət edir.

Bu tip səhv düşüncələrə qapılaraq, həkimə müraciət etmədən, evli insanlar özbaşına bu problemin həllini tapmağa çalışırlar. Bəziləri spirtli içki içmiş halda, bəziləri yerli ağrıkəsici mazları sürtməklə, alınacaq deyə düşünüb, sadəcə vaxt itirirlər.

Təkrarlanan bacarıqsız cinsi əlaqələrin nəticəsi olaraq, evli insanlar ümumiyyətlə seksdən soyumağa başlayır, münasibətləri korlanır, bir-birilərinə qarşı anlayışları azalır.

Bəzi vaginizm problemi yaşayan ailələr bu problemi öz aralarında heç müzakirə etmirlər. Hər bir tərəf ( ər və ya arvad ) digərindən dəstək və anlayış, bu problemin həll yolunu tapmasını gözləyir. Əfsuslar olsun ki, heç biri, hər hansı həll yolu axtarmır və nəticədə hər ikisi özlüyündə ” o məni istəmir ” kimi düşünür.

Vaginizm nəinki evli olan iki insanın, eyni zamanda onların valideynlərinin münasibətlərinə də mənfi təsir göstərir. Çünki ailədə övladın olmaması problemi ortaya çıxır. Qohum əqraba “hamiləsən?,nə vaxt olacak? ” kimi suallarla bu yaranın üstünə duz səpməyə davam edir.

Bəziləri isə bu problemi ümumiyyətlə onlarla baş verdiyini qəbul edə bilmir.

Amma bəzi ailələr vaginizm kimi problemə ailə həyatlarını fəda etmirlər, bir-birlərinə daha da yaxınlaşıb, bu problemi peşəkar yollarla, mütəxəssislərin köməyilə müalicə etməyə çalışırlar.

Vaginizm uzun müddət davam edərsə, həqiqətən ciddi ailə problemlərinə yol aça bilər. Evli olan iki insan, bu problemi müalicə etməyə qərar vermirsə, bir müddət sonra, artıq onların ailələri də problemdən xəbər tutur və nəticədə ailə içində birbirini günahlandırma və münaqişələr artır.

Vaginizm-Həll edilməyən bir problem deyil. Peşəkar, bu işdə təcrübəsi olan mütəxəssis tərəfindən aparılan terapiyalar nəticəsində, müalicə oluna bilən – qadın cinsi funksiya pozuntusudur.  Əsas qeyd etmək istədiyimiz budur ki, vaginizm müalicə olunur, buna görə də iki evli insan cinsi münasibətlərində baş verən bu problemdən dolayı bir-birlərini incitməsinlər, anlayış göstərməyə çalışsınlar, evliliklərini riskə atmasınlar, birlikdə olub, müalicə alsınlar.

Bir ailə vaginizm problemini yaşadığı zaman nə qədər çətinlik çəkirsə çəksin, terapiyanın sonunda ” əsl biz indi evləndik ” demələri, gözlərindəki o işıltını görmək biz müalicə aparan həkimlər üçün həqiqətən çox qiymətli bir hissdir, hədiyyədir.

 

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir