heykel 2

Nağıl personajlarının şərəfinə ucaldılan heykəllər – FOTOLAR

Baxış sayı: 420

Heykəllər yalnız tarixi şəxsiyyətlərin, siyasətçilərin, sərkərdələrin, şairlərin, yazıçıların , bədii əsər qəhrəmanlarının deyil , həmçinin insanlar tərəfindən sevilən nağıl personajlarının  şərəfinə də ucaldılıb. Bu yazıda  fərqli ölkələrdə yerləşən bu heykəllərin siyahısını təqdim edirik.

 

Kopenhagen – “Su pərisi”

Hans Xristian Andersen tərəfindən 1837-ci ildə yazılmış “ Su pərisi”  nağılı  əsasında inşa edilən bu heykəl  1913-cü ildən etibarən Kopenhagen şəhərini bəzəyir və onun fəxri hesab edilir. Orta  ölçülərdə düzəldilmiş bürünc heykəl sahil daşının üzərində oturub.

Yüz ildən çoxdur ki,  mövcud olan bu heykəl dəfələrlə vandalizmə məruz qalmışdı. Onu  bir neçə dəfə bəzəmişdilər, sağ əlini amputasiya edib, üç dəfə onun başını kəsən qəddar insanlar hətta  2003-cü ildə daşdan  belə atmışdılar. Xoşbəxtlikdən, heykəl hər zaman bərpa olunmuşdu.

 

Sankt-Peterburq- Ostap Benderin heykəli

Bu ad gənc nəslə o qədər tanış olmasa da yaşlı nəslin sevimli qəhrəmanlarından idi. İlya İlf və Yevqeni Petrovun “12 stul” və “Qızıl dana” əsərlərinin baş qəhrəmanı Ostap Bender özünün fırıldaqçılığı ilə bütün dünyada  məşhurdur. Belə bir inam var, kimin bir gizli  işi varsa, ya da imtahana gedəcəksə, Ostap Benderin burnuna əlini çəksə onda onun  işi mütləq alınacaq.

 

Sanok ( Polşa)İgid əsgər Yozef Şveykin heykəli

Şveyk çex yazıçı Yaroslav Qaşekin satirik romanının baş qəhrəmanıdır. Bu romanda ağıldan kəm olan Şveykin Birinci Dünya müharibəsi zamanı başına gələn hadisələrdən bəhs olunur.

Maraqlıdır ki, 2005-ci ilə kimi vətəni Çexiyada Şveykə heç bir abidə ucaldılmayıb. Qeyd edək ki, bu abidə  Polşanın Sanok şəhərində baş verən hadisənin şərəfinə ucaldılıb. Qədim rəvayətə görə, kim cəsur əsgər Şveykin burnuna əlini sürtərsə sevgidə  mütləq bəxti gətirəcək.

 

BodenverderBaron Münhauzen abidəsi

Alman yazıçısı Rudolf Erich Raspenin 1785-ci ildə nəşr edilmiş “Baron Münhauzenin Rusiyada möhtəşəm səyahətləri və mübarizələri” adlı kitabında yaratdığı uydurma Almaniya zadəganıdır. “Dünyanın ən dürüst adamı”nın şərəfinə ucaldılan bu abidə bir  illüstrasiya formasında hazırlanıb. Abidə elə müəllifin  doğulduğu Almaniyanın Bodenverder  şəhərində ucaldılıb. Deyirlər ki, əgər kimsə baronun atının qulaqlarına toxunsa düşdüyü çıxılmaz vəziyyətdən asanlıqla canını qurtarar.

 

Verona ( İtaliya) – Cülyettanın abidəsi

Məşhur “Romeo və Cülyetta” əsərinin qəhrəmanının heykəli uzun müddətdir ki, Veronanın əsas  uğur simvollarından biri hesab olunur. Deyilənlərə görə, uğuru  cəlb etmək üçün heykəlin sinəsinə toxunmaq lazımdır. Belə ki, hesab olunur ki, Cülyettanın sinəsinə toxunan insanın  sevgidə mütləq bəxti gətirəcək. Hər il bu heykələ  minlərlə  insan toxunur. Lakin bir müddət əvvəl turistlərin daimi toxunuşlarından zərər aldığı üçün orijinal heykəlin yerinə onun  surəti qoyulmuşdu.

 

Stokholm – Nilsin şərəfinə ucaldılan abidə

Bu heykəl Nobel mükafatı almış ilk qadın yazıçı Selma Laqerlefin “Nilsin vəhşi qazlarla səyahəti” nağıl-povestinin qəhrəmanı Nislin şərəfinə ucaldılıb. Heykəl rəsmi şəkildə “Aya baxan dəmir oğlan” adlansa da turistlərin sözlərinə görə , bu xanım Laqerlefin əsərindəki həmin Nilsdir. Heykəl dünyanın ən kiçik abidəsidir, heykəlin hündürlüyü  cəmi 15 sm-dir. Qışda heykəlin başına şapka geyindirilir, boğazına şərf dolanır. Belə bir inam var ki, kim Nilsin başına sığal çəkib, ovcuna qəpik qoysa arzusu yerinə yetər.

 

Sietldə Frimon trollu

Frimont trollu Corc Vaşinqton   körpüsünün şimali sonunda yerləşən və hündürlüyü 5,4 metr olan beton heykəldir.

Skandinaviya nağılı “Üç keçi və qəzəbli div” nağılın əsas personaji olan divin heykəli Sietldən olan heykəltəraşlar və Frimontun incəsənət şurasının sifarişi ilə 1990-cı ildə ucaldılmışdır. Bu heykəl rayonun görkəmsiz ərazisini gözəlləşdirmək üçün ucaldılmışdı. Burada fotoşəkillər üçün bir  çox yer mövcuddur.  Ziyarətçilərə trollun üzərinə çıxmağa belə  icazə verilir.

 

Kensinqton bağlarında “Piter Pen”

Piter Penin bürünc heykəli Londonda,  Kensiqton bağlarında yerləşir. Bu yeri Piter Penin müəllifi Ceyms Barri seçmişdir. Barri Kensiqton bağlarının yaxınlığında yaşayırdı. O, 1902-ci ildə Piter Pen haqqında ilk hekayəsini dərc etmişdi. Piter Pen haqqında “Balaca ağ quş” adlı hekayələrin birində  Piter öz  otağından uçur və Lonq Uoter   gölünün yanına  enir. Məhz  həmin yerdə indi Piter Penin  heykəli yerləşir.

Heykəl 1912-ci ildə  Corc Frempton tərəfindən inşa edilir.

 

Mərkəzi Park  ( Nyu- York) – “Alisa möcüzələr diyarında”.

Yəqin ki, Nyu- Yorkun  Mərkəzi Parkdakı ən sevimli heykəl Lyuis Kerrolun  1865-ci ildə “Alisa möcüzələr diyarında” adlı nağılının bir qrup personajlarının bürünc heykəlidir. Bu heykəl kitabın ilk dərc olunmuş buraxılışında istifadə olunan Con Tennielin  orijinal təsvirləri əsasında yaradılmışdır.

Əsa heykəl  Alisaya aiddir. Onu üzü Kriftin qızı Donnanın siması əsasında düzəldilib. Alisa nəhəng bir göbələyin üstündə oturub və Ağ Dovşanın tutduğu cib saatına tərəf əlini uzadır. Heykəlin hündürlüyü 3,3 metr təşkil edir və uşaqlar onun üzərinə qalxa, ona toxuna bilərlər.

 

Almaniya – “Bremen musiqiçiləri”

“Bremen musiqiçiləri” Qrim qardaşlarının nağılından 1857-ci ildə Bremendə bələdiyyə binasının qərb hissəsində yerləşdirilən bürünc heykəl qismində ölümsüzləşdirilib. Uzunqulaq, it, pişik və xoruz 1951-ci ildən etibarən orada dururlar. Qeyd edək ki, nağılda bu  heyvanlar azad həyat axtararaq öz sahiblərindən qaçırlar.

 

Samirə Tağıyeva

heykel 7

heykel 5

heykel 6

heykel 4

heykel 3

heykel 2

heykel 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir