ixtisas secimi

Necə edək ki, ixtisas seçimində səhv etməyək? – ABİTURİYENTLƏRİN MENYUSUNA

Baxış sayı: 283

Ali təhsil müəssisələrinə qəbulda önəmli olan mərhələlərdən biri də ixtisas seçimidir. Tələbə adını qazanmaq istəyən hər bir abituriyent ixtisas seçimi edərkən yığdıqları bala və yiyələnmək istədikləri ixtisasa önəm verməlidirlər. Necə deyərlər, yüz ölçüb, bir biçməlidirlər. Artıq dünəndən başlayan ixtisas seçimini edərəkən diqqətli olmaq mütləqdir.

Məsələyə münasibət bildirən psixoloq Jalə Mirsaabqızı deyir ki, universitetə qəbul olmaq hər bir abituriyentin arzusudur. Amma universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimidə bir o qədər vacibdir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir. Çünki sizin bu günki seçiminiz gələcək həyatınıza təsir edir. Bəzən abituriyentlər bu seçimə səthi yanaşır və topladığı bal hara uyğundursa heç araşdırma etmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Bəzən isə tam əksinə hadisələr baş verir. Abituriyent yüksək bal toplamasına rəğmən universitetə qəbul ola bilmir. Bu necə baş verir? Çünki abituriyent yüksək bal toplayıb deyə sevinir və özünə güvənərəkdən “onsuzda balım yüksəkdir mən bu ixtisasa qəbul olaram” düşüncəsi ilə kodlaşdırmanı və sıralamanı düzgün etmir. Bu zaman siz ehtiyatlı davranmalı və yaxşı araşdırma etməlisiniz.

Jale MIRSAABQIZI

Peşə seçimi edərkən məsləhət almaq olar, lakin çalışmalıyıq ki, kimsə bizim yerimizə bu seçimi etməsin, ancaq reallığa baxanda görürük ki, peşə seçimini ya valideynlər, ya ailəmizə yaxın olan insanlar, ya da imtahanda əldə etdiyimiz ballar edir. Razılaşaq ki, bir çox hallarda orta təhsilli gənclər valideynləri tərəfindən ali məktəbdə oxumağa məcbur edilirlər və onların istedadlarına uyğun gələn peşələrə, sənət sahələrinə marağı arxa plana keçir. Bəlkə də bu səbəbdən gənclər arasında bacarıqlı dərzi, peşəkar sürücü, mahir aşpaz, yüksək zövqlü rəngkar olmaq arzusunda olanların sayı yox dərəcəsindədir… Əsasən valideynlərin istəyi ilə zorla təhsilini bitirmiş gənclər sonradan gizli qalmış arzularını reallaşdırmaq üçün ya hər şeyə sıfırdan başlayırlar (hansı ki, bu, vaxt itkisi deməkdir), ya da öz ixtisasları üzrə iş tapdıqda, uşaqlıqda həvəs göstərdikləri peşəyə maağı tamamilə itirmiş olurlar.

ixtisas secimi

Valideynlərin ixtisas seçiminə müdaxiləsi haqda da danışan psixoloq aşağıdakıları dedi: “Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürürlər. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də hörmət etmək valideynin borcudur. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur.

İxtisas seçərkən nəzərə almaq ,seçəcəyimiz peşəni sevmək, işimizin dəyərini anlamaq və peşəyə sadiqlikdir.”

 

Hazırladı: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir