Nitq ləngiməsi (developmental speech delay) uşaqlarda yaşına uyğun nitq və dil bacarıqlarının gözlənilən səviyyədən geri qalması ilə xarakterizə olunur. Bu hal müstəqil pozuntu kimi və ya digər nevroloji, eşitmə və psixoloji vəziyyətlərlə birlikdə müşahidə oluna bilər. Məqalədə nitq ləngiməsinin etiologiyası, diaqnostika meyarları və müdaxilə metodları müzakirə olunur.
1) Giriş
Nitq və dil bacarıqları uşağın sosial, emosional və kognitiv inkişafında mühüm rol oynayır. Ümumi əhali arasında 5–10% uşağın nitq inkişafında gecikmə müşahidə olunur. Əgər erkən müdaxilə edilməzsə, bu gecikmə akademik performansa, davranışa və sosial münasibətlərə mənfi təsir göstərə bilər.
2) Etiologiya (Səbəblər)
2.1. Nevroloji faktorlar
Serebral iflic
Autizm spektoru pozuntuları
Aşağı səviyyəli intellektual inkişaf (mental retardasiya)
2.2. Eşitmə problemləri
Doğuşdan və ya sonradan yaranan eşitmə itkisi
Otit media (orta qulaq iltihabı)
2.3. Anatomik faktorlar
Damaq yarıqları
Dil altı qısa olması (ankyloglossia)
Dodaq-damaq quruluş pozuntuları
2.4. Psixososial amillər
Ailədə az ünsiyyət
Televizor və texnologiyaya həddindən artıq məruz qalma
Uşağın diqqətdən kənar qalması (valideyn baxımsızlığı)
2.5. Genetik faktorlar
Ailədə oxşar hallar (dil inkişafında gecikmə olan valideyn və ya bacı-qardaş)
3) Diaqnostika
3.1. Klinik qiymətləndirmə
Tarixçə (prenatal, perinatal və postnatal dövrlər)
Valideyn müşahidələri
Fiziki və nevroloji müayinə
3.2. Eşitmə testi
Audiometriya
Timpanometriya
3.3. Loqopedik testlər
Dil qavrama və ifadə bacarıqları testləri
Artikulyasiya və fonemik fərqləndirmə testləri
3.4. Psixoloji və nevroloji testlər
IQ testi (lazım gəldikdə)
Autizm üzrə skrininq
4) Müdaxilə yolları
4.1. Loqopedik terapiya
Fərdi və ya qrup şəklində məşğələlər
Səslərin düzgün tələffüzü, söz ehtiyatının artırılması və qrammatik bacarıqların inkişafı
4.2. Ailə əsaslı müdaxilə
Valideynlərin maarifləndirilməsi və gündəlik həyatlarında uşağa daha çox danışma imkanı yaratması
4.3. Tibbi müdaxilə
Eşitmə aparatı (eşitmə itkisi olanlarda)
Cərrahi müalicə (damaq yarığı və s.)
4.4. Psixoloji dəstək
Davranış terapiyası (əgər emosional/psixoloji faktorlar varsa)
5) Nəticə
Nitq ləngiməsi müxtəlif səbəblərlə yaranan, lakin erkən diaqnostika və düzgün müdaxilə ilə əhəmiyyətli dərəcədə düzəlməsi mümkün olan bir pozuntudur. Loqoped, pediatr, psixoloq və valideynlər arasında əməkdaşlıq, müalicə və reabilitasiya prosesində əsas rol oynayır.
Pediatr Atlaz Möhsümova
Uşağın ailəsindəki münasibətlər də əslində çox önəmlidir. Məncə, bu cür məsələlərə daha çox diqqət yetirilməlidir.
Mənim yaxın dostumun uşağında da nitq ləngiməsi var idi, amma müalicə və loqopedik terapiya ilə uşağı çox yaxşı vəziyyətə gətirə bildilər. Uşaqlara qarşı daha həssas olmaq lazımdır. Məqalədəki məlumatlar çox işimə yaradı, təşəkkür edirəm
Belə elmi dildə izah olunmuş məlumatlara çox ehtiyac var. Adətən ancaq sosial şəbəkə paylaşımları ilə kifayətlənirik.
Cox maraqli yazidi, uşaqlarla az ünsiyyətdə olmaq cox pisdi. Uşaqların inkişafı o zaman yaxşı olur ki, onlara vaxt ayirilsin, onlarla bol-bol danışaq. Məqalə çox yerindədir, təşəkkürlər.
cox aktual movzudu. men de dusunurem ki, usaga “kecer” deyib gozlemek duz deyil. vaxtinda baxilmasa daha cetin olur. sag olun yazdiginiza gore.
cok tesekkur edirem. menim kizim 2.5 yasindadi amma haminin usagi danisir, bu hele yox. narahatam. yazini oxudum, indi daha ciddi fikir vericem.
cok tesekkur edirem! menim kizim 2.5 yasindadi amma haminin usagi danisir, bu hele yox. narahatam. yazini oxudum, indi daha ciddi fikir vericem.
Bezen valideynler ushaqlarını cox az izləyir, yani “daha boyuyende danishar” deyib otururlar. Amma bu bele olmamalidi, ushaqların inkishafi erkən mudaxilə ilə duzelə bilər. Bu yazı cox vacibdir!
bəlkə də daha çox praktiki nümunələr verilə bilərdi. Məsələn, hansı məşğələlərin və ya loqopedik üsulların daha effektli olduğu barədə daha çox məlumat olsaydı, məncə, daha faydalı olardı. Amma ümumilikdə yaxşıdır.
Bir valideyn kimi oxuyanda ozumu cox narahat hiss etdim. Ela yazilib, inandim ki vaxtinda yardim olsa ureyacan duzelme mumkundu.
Hal-hazirda bele meseleler cok yayilib, sebebleri bu qeder genis ve aydin gostermek cok vacib idi. Tebrik edirem muellifi, bele maariflendirici yaziya gore.
Məncə, ushaqların inkishafi fərqli olur, bezi daha tez danishir, bezi isə gecikə bilir. Amma hec vaxt narahat olmamalıyıq, vaxtında mutəxəssisə muraciət etməliyik. Bu yazı da bunun cox yaxşı izahıdır.
Məqaləni oxuyanda, mən də düşünməyə başladım ki, bəlkə mənim uşağımda da belə bir şey var. Amma hələ ki, çox kiçikdir, ona görə tələsməməliyik. Yaxşı olar ki, valideynlərə uşaqlarının inkişafını yaxından izləmək tövsiyə olunsun. Xüsusən də sosial faktorlar çox önəmlidir.
Çox faydalı bir yazıdır, amma mənim fikrimcə, bəzi hallarda nitq ləngiməsi sadəcə yaşın gecikməsi ola bilər. Yəni bəzi uşaqların inkişafı bir qədər ləng ola bilər və bu, problem deyil. Yəqin ki, uşağa zaman verilməli və təzyiq göstərilməməlidir. Həmçinin, nitq inkişafında problem olarsa, dərhal mütəxəssisə müraciət etmək vacibdir.
Menim usagımda nitq gecikmesi oldugunu son zamanlar anladiq, amma hele de ne edəcəyimizi bilmirik. Meqaeni oxuyanda emin oldum ki, belke de hec vaxt ozunu ifadə etmekde cetinlik ceken usagımin bu meselesi daha ciddi bir sebebden yaranıb. Teessuf ki, biz hec vaxt esitme testleri kecirmemisik, amma artiq bunu etmeliyik deye dusunurem. Bir valideyn kimi cox narahatam, cunki onun inkisafi ile baglı hem akademik, hem de sosial cetinlikler yasaya biler. Sizin meqalede yazdiqlariniz bize cox vacib melumat verdi. Amma men hele de bilmirem, biz ne zaman ve nece mudaxile etmeliyik. Eşitme meselesi ile elaqeli bir problem ola bilermi?
menim oglumda da 4 yashinda logopedle baslamisdiq. indi danisiq problemi demek olar yoxdu. ailelerin bu yazidan xeberi olsa yaxsi olar.
Əslində, biz də evdə uşağımızla çox danışmağa çalışırıq, amma təəssüf ki, sosial mediaya və televizora çox vaxt sərf edirik. Bu məqalə mənə bir çox şeyi yenidən düşünməyə imkan verdi. Texnologiyanın uşağın inkişafına necə təsir etdiyini heç vaxt bu qədər ciddiyə almamışdım.
menim oglanda da 3 yashina kimi duzgun danismirdi. her kes deyirdi kecer amma logopeda aparanda gorduk ki, vaxtinda yardim olsa daha tez duzelir. yazdiginiza gore cox sag olun.
Nitq ləngiməsi məsələsi çox geniş yayılıb, amma valideynlər bəzən bilmirlər ki, bu hansı hallarda ciddi problem ola bilər. Məncə, məktəblərdə də bu barədə daha çox məlumat vermək lazımdır ki, hər kəs vaxtında müdaxilə edə bilsin. Çox gözəl işlər görülə bilər bu sahədə.