pul

Niyə həmişə sizdə pul çatışmazlığı yaranır?

Baxış sayı: 251

Hər gün səhərdən gecəyədək işləyirsiniz, lakin aldığınız pul sizə yetmir? Ola bilsin ki, səbəb aşağıda sadalayacağımız məsələlərdən birindən asılıdır. Səbəb axtarışındasınızsa, yazını sona qədər oxuyun.

 

1)Dostlarınızla az ünsiyyət qurursunuz

Dostlar sizi kafeyə, çayxanaya çağıranda imtina edib vaxtı ailə ilə keçirirsiniz? Amma, daha ünsiyyətcil olsanız, ailəniz də məmnun qalacaq. Araşdırmalara əsasən, dostlarla tez-tez vaxt keçirən kişilər ailəcanlılardan 7% çox qazanır.

Məsələ qəbul etdiyiniz spirtli içkilərdə deyil. Nə qədər ətrafınız genişdirsə, o qədər də səmərəli əlaqələrə maliksiniz.

 

2) Siqaret çəkirsiniz

Siqaret çəkmək sağlamlıq baxımdan təhlükəli olduğu qədər, cibə də ziyan vurur. Əgər gündə qiymət 3 manat olan siqaret paçkası alırsınızsa. Bir ildə bu 1 000 manatdan çox edir. Bu pula isə siz rahat istirahət edə bilərdiniz.

 

3)Fantaziya qura bilmirsiniz

Potensial işəgötürən sizdən aylıq nə qədər maaş almaq istədiyinizi soruşursa, həmişə astronomik miqdar qeyd edin. Mütəxəssislər iddia edir ki, daha çox maaş arzulayan insanlara realistlərdən 9% çox maaş alır.

 

4) Ürəyi yumşaqsınız

Təəcüblü olsa da, yaxşı və müsbət kişilər aqressiv və tərs insanlardan daha az pul alır. Kornell Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, danışıq zamanı daha qudurğan və sərt insanlar önünə qoyduqları məqsədə çatmaqda daha şanslı olurlar.

Düzdür həddini aşmaq da lazı deyil. Çünki özünü apara bilməyən insanla heç kim işləmək istəməz.

 

5) Məşq etmirsiniz

Dəmir qaldıran, pul da qaldırır. Klivlend Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, məşq edən insanlar tənbəllər ilə müqayisədə 10% daha çox pul alır. Məsələ ondandır ki, özünü idmanla məşğul olmağa məcbur edə bilən insan işdə daha intizamlı olur.

PUL

6) Mənasız şeylərə baxt sərf edirsiniz

İşdən sonra mənasız şəkildə nə qədər kompüter arxasında oturmusunuz? Təsəvvür edin ki, boş yerə sərf etdiyiniz maaşınızı azaldır. Vaxtınızı düzgün şəkildə bölüşdürdükdə, rahat yata, məşq edə və aha səmərəli işləyə biləcəksiniz.\

 

7) Xarici görüşünüzə fikir vermirsiniz

Mayami Universitetinin apardığı araşdırmaya əsasən, xarici görünüşü səliqəli olmayan insanlar səliqəli geyinən insanlarla müqayisədə 4-5% daha az maaş alır.

 

8) Heç kimə qulaq asmırsınız

Başqalarını hisslərini bölüşə bilən insanlar cəmiyyətdə daha uğurlu olur. Həmkarlarınızla söhbət edərkən onlar barəsində çoxlu məlumat əldə edirsiniz. Burada əsas məsələ, sonadək qulaq asmağı bacarmaqdır.

 

9) Seksual həyatınız aktiv deyil

Bütün uğurlu insanların həyatında olan ən vacib amillərdən biri aktiv seksual həyatdır. Həftədə 1-4 dəfə cinsi əlaqədə olan insanlar daha az sekslə məşğul olanlardan 3,2% daha çox maaş alır.

 

10) Yuxudan doymursunuz

Həftədə heç olmasa bir saat çox yata bilsəniz qarşınıza qoyduğunuz məqsədlərə daha səmərəli şəkildə çata biləcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir