Aydan Memmedova

Niyə qırmızı siqnallara məhəl qoymuruq?

Baxış sayı: 438

Bunun əslində bəzi konkret səbəbləri var. Gəlin bərabər diqqət edək.

* Sevgi 
Aşiq olanda hiss etdiyiniz o heyrətamiz xoşbəxtlik. Bu hiss bədəninizin ifraz etdiyi hormonların nəticəsidir. Bildiyiniz kimi, bu kimyəvi maddələr əla, təbii hiss etdirir. Beyninizdəki həzz mərkəzini işə saldığı üçün sizi sərxoş hiss etdirir. Onlar hərəkətə həvəsləndirir, həm də əsaslandırır. Onlar da sizin qabiliyyətinizi bulandırırlar. Bu güclü kimyəvi maddələrin qarşısının alınması çətin olan sıx bir cazibə yaradır. Sizə o qədər yaxşı, bağlı və sevilmiş biri olaraq hiss etdirirlər ki, qırmızı siqnalları və ya qarşı tərəfin hər hansı bir qüsurunu görə bilmirsiz.

sevgi
*Hər şeyin dəyişəcəyinə dair qeyri-real inanclar 
Bəzən xəyalpərəst düşüncələrə qapıla bilərsiz. Qəbul edək ki, heç kim yanlış yolda olduğunu,yanıldığını, münasibətlərin davam etməkdə və ya doğru şəkildə dəyərləndirmədiyini qəbul etməkdən xoşlanmır.  Bunun dəyişəcəyini düşünür və təhlükəni görə bilmirsiz. Bəs bu halda münasibət necədir? Hər şeyin yaxşı olduğuna və ya ola biləcəyinə dair inanclar. Onu olduğu kimi görməyə mane olur.

 

* Özümüzə güvənməmək 
Qırmızı siqnalları qaçırmağımızın ən böyük səbəblərindən biri öz qərarlarımıza etibar etməməkdir. Bəlkə də işlərin pis getdiyini hiss edirsiniz, amma yenə də davam edirsiniz və ya qarşı tərəflə əlaqəniz pozulur.
Özünüzün həddən artıq reaksiya verdiyinizi və mənfi hadisələrə fokuslandığınızı deyə bilərsiniz. Bunu etdiyiniz zaman isə özünüzə və doğru bildiyin məsələyə xəyanət etdiyinizi düşünəcəksiz.

 

Bunların əsas kök səbəblərinə diqqət etdikdə isə

1) İnkar etmək 

İnsanlar onlara xəbərdaredici siqnalları görməzdən gəlmək üçün onları şüurlu və ya şüursuz şəkildə inkar edirlər. İnkar etmə özünü müdafiə etmə mexanizmasından yaranır. Bu zaman yaranan situasiyanı inkar edib hər şeyin yaxşı olduğuna özünüzü inandırırsız.

 

2) Duyğusal bağlılıq və asılı olmaq 

Münasibət və ya vəziyyətlə bağlı güclü duyğusal bağlılıq, insanı qırmızı siqnalları görməməyə sövq edir. Məsələn, bir şəxs sevgi münasibətindədirsə, sevgidən yaranan bağlılıq hissləri bu siqnalların zərərini azaltmağa səbəb olur. Həmçinin, asılılıq olan münasibətlərdə insan özünü idarə etmək gücündə görmür və bu siqnalları görməmək onlarda rahatlıq yaradır.

 

3) Ümid və arzulamak

İnsanlar tez-tez xəbərdaredici siqnallara baxmayaraq, hər şeyin yaxşıya doğru getməsinə inanırlar. Bu, ümidin qorunması üçün psixoloji bir müdafiədir. İnsanın içində yaranan gözləntilər ona siqnalları daha az  görməyə səbəb olur.

 

4) Bəzi inanc və sterotiplər 

Ailədən gələn və ya aşılanan bir sıra inanc və streotiplər qırmızı siqnalları görməməyə vadar edir. Məsələn, “Sevgi hər şeyi həll edə bilər” kimi inanclar, problemləri görməməyə və ya onların işlərini dəyişdirməyə ümid yaradır.

 

5) Qorxu 

Bir çox insanlar münasibətin bitmə qorxusundan xəbərdaredici siqnalları görməzlikdən gəlirlər. Dəyişiklik çox vaxt narahatlıq və qeyri-müəyyənlik yaradır, bu da insanlarda mövcud vəziyyətdə qalmağa və problemlər gözardı etməyə vadar edir.

 

6) Keçmiş təcrübələrdən normallaşdırma

Əgər insan keçmiş təcrübədə dəfələrlə xəbərdaredici siqnallarla rastlaşıbsa və bu siqnalları normal hal kimi qəbul etsə, bu onun həmin siqnalları adi bir hal kimi qəbul etməməsinə səbəb ola bilər. Düşünülür ki, “Bu normaldır hər münasibətdə belə şeylər ola bilər
Bu davranışlar insanın psixoloji olaraq daxili ehtiyacları, qorxu və inancları ilə əlaqəlidir və bu halı dəyişmək üçün isə özünüzü dərketməyiniz lazımdır.

Qırmızı siqnalları görməməzlikdən gəlmək əvəzinə onların üzrinə getmək üçün cəhd edilməlidir. “ Qorxu olan yerdə doğru sevgi olmur”

 

Psixoloq Aydan Məmmədova




4 şərh “Niyə qırmızı siqnallara məhəl qoymuruq?

  1. Zəminə Seyidova

    Çox gözəl analiz etmisiniz. Özümüzə güvənməmək və keçmiş təcrübələrin təsiri bu cür münasibətlərdə həqiqətən də böyük rol oynayır. Bunu anlamaq, insanın özünü inkişaf etdirməsinə kömək edə bilər.

    Cavabla
  2. Nigar İsmayılova

    Sevgi və münasibətlər haqqında düşündürən bir yazı. Özünüzü dərk etməklə bu siqnalları görmək daha asan olacaq. Qorxu insanı çox şeydən məhrum edə bilər, bu, həqiqətən də doğru.

    Cavabla
  3. Aylin Musayeva

    Yazını oxuyarkən düşündüm ki, duyğusal bağlılıq bizi həqiqətdən uzaqlaşdıra bilər. Bəzən sevgi elə bir illüziya yaradır ki, real problemləri görmürük.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir