yorgunluq

Ofis işçilərini gözləyən böyük TƏHLÜKƏLƏR

Baxış sayı: 1. 402

Ofis həyatının monotonluğuna və stressli iş şərtlərinə artıq öyrəşmisiniz. Ancaq bu şərtlərin sizi təsəvvür etmədiyiniz bir anda tez öldürəcəyini də bilmək istəyərsiz yəqin.

Tədbirlər görülmədiyi halda zehni və fiziki sağlamlığınızı təhdid edən təhlükəli amillərə dönüşə bilər.

Bəs həyatı qısaldan bu ofis vərdişləri hansılardır? “Gencaile.az” onları təqdim edir.

 

Bütün günü oturmaq. Bütün günü oturaq olmaq oynaq ağrıları ilə yanaşı erkən ölümü də özü ilə gətirir. Hərəkətsizliyin tək mənfi tərəfi piylənmə deyil. Siz həm də əzələ və skelet sistemi pozulmaları, şəkər xəstəliyi, xərçəng, ürək xəstəliklərinə yoluxmaq üçün yüksək risk altındasız.

Qozbel durmaq. Əgər işiniz masa arxasnda oturmanızı tələb edirsə, rahat hərəkət edə biləcəyiniz oturacaq seçin. Əks halda uzun müddətli ağrılar, tutulmalar, oynaq iltihabları yaşaya bilərsiz.

Havasızlıq. ABŞ-da aparılan bir araşdırma zamanı, ofisdə olan karbondioksidin qərar verməyə və diqqətə mənfi yöndən təsir etdiyi bəlli olub. Bayırdakı havadan 10 dəfə daha kirli bir havası olan ofisdə işləmək əlbəttə ziyandır. Hətta ofis havasında dolaşan karbondioksid beyin və digər vacib orqanlarımıza qan axınını əngəlləyərək, oksigen əskikliyinə səbəb olur. Bu da bədəndə yorğunluq, yuxululuq, halsızlıq, diqqət pozğunluğu yaradır.

Kserokopiya və yazı cihazları. Müntəzəm olaraq təmizlənməyən kserokopiya cihazlarında toplanan tozlar sinə ağrılarına səbəb ola bilər. Araşdırmalar zamanı bəlli olub ki, kirli kompüter klaviaturalarının saçdığı zərərli hava ciyərlərə daxil olaraq siqaretin tərkibindəki maddələr qədər zərər verir.

Kompüter qarşısında çox vaxt keçirmək. İsinən dizüstü kompüterlərin dəri xəstəliklərinə səbəb olduğu bir həqiqətdir. Dizüstü kompüterlərin saçdığı şüaların daha çox cinsi bölgəyə məruz qalması, istiliyi nəticəsində artan bədən istliyi kişilərdə sonsuzluğa səbəb olur. Buna görə araşdırmaçılar bu kompüterlərdən istifadə zamanı altına yastıq qoymağı, ya da masa üstündə istifadə etməyi məsləhət görür.

Gündə 10 saatdan artıq işləmək. Avropada aparılan bir araşdırmaya görə, gündə 10 və daha artıq saat işləyənlərin ürək-damar xəstəliklərinə yoluxma riski yüzdə 60-dır.

Uzun müddət kompüter ekranına baxmaq. Sürətli ekrana baxan və ekrana dikilən gözlər bu fəaliyyətinin əvəzini sonra ödəyir. Bulanıq görmə, göz quruması, baş ağrısı, miqren bu fəsadların hələ bir qismidir.

Çox miqdarda işığa məruz qalmaq. Həddən çox işıqlanma gündəlik baş ağrılarına səbəb ola bilir. Nəticədə həddən çox yorğunluq, yüksək təzyiq, stress, xərçəng riskinin artması ilə qarşılaşmış oluruq.

Çox darıxmaq, sıxılmaq. Araşdırmalara görə can sıxıntısı ömrünüzü qısalda bilər. Londonda aparılan bir araşdırma zamanı sıxıntıdan, darıxmaqdan daha çox şikayət edənlərin ürək problemindən ölmə riskinin artdığı bəlli olub.

Kirli klaviaturalar. Klaviaturada unitazdakından 5 qat daha çox bakteriya olduğu müəyyənləşib.

Ofislərdəki tək bakteriya yeri klaviatura deyil. Qapılar, kran ucları, qapı tutacaqları, yazı və kserokopiya cihazları, tez-tez əl sıxışmaq mikrobların  çox olduğu yerlərdir.

Tələsik halda işi çatdırmağa çalışmaq. Bu zaman yaşanılan stress öyrənmə və hafizə problemlərinə yol açır.

Kompüter siçanın elə eyni vəziyyətdə sabit tutulması əzələ zədələnmələrinə şərait yaradar.

Mesaj yazmaq, ya da internetə daxil olmaq üçün istifadə edilən ağıılı telefonlar da əzələ yorğunluğuna yol açır.

Ofisdə tez-tez sifariş edilən fast foodlar ürək-damar xəstəlikləri və xərçəngin yaranma riskini artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir