masin

Öhdəsindən gələ biləcəyiniz 6 avtomobil xidməti əməliyyatı

Baxış sayı: 811

Milyoner və milyarderlərin qızıl qaydası: xərcləmədinsə sənindir. Onlardan ibrət al, və bəlkə nə vaxtsa sən də qızıl sikkələri ilə dolu hovuzunda çimmək şansı əldə edəcəksən. Buna isə ən azından – öz avtomobilinə xidmətdən başlamaq olar.

 

Hava filtrinin dəyişdirilməsi

Bundan asan bir şey yoxdur. Mühərrik tərəfindən içəri çəkilən havanı təmizləyən bu filtri ilə 2-3 dəfə dəyişsən bəsdir. Bu pula qənaət etməyin ən asan yollarından biridir.

 

Salon filtrinin dəyişdirilməsi

Bu əməliyyat demək olar ki, hava filtrinin dəyişdirilməsi qədər asandır. Əsas olan, salonda onun quraşdırıldığı yeri tapmaqdır. Tərəddüd edirsənsə, “Google”da maşının markasını və lazım olan hissənin adını yazırsan, vəssalam.

 

İşıqlandırma sistemində lampaların dəyişdirilməsi

Bir maşında nə qədər lampa olduğunu bilsən, inanmazsan. Əsas işıqlandırma, qabarit işıqları, dumana qarşı, dönmə işıqları, əyləc…Onlar maşının önündə, arxasında və hətta böyürlərində yerləşir. İndi düşün hər lampanı özün dəyişsən nə qədər qənaət edəcəksən.

 

Mühərrik yağının dəyişdirilməsi

Bu prosedur olduğundan çətin görünür. Həmin işdə əsas məsələ – yağın çölə tökülməsidir. Bunun üçün sənə estakada, təmir quyusu və ya domkrat lazım olacaq. Bir də köhnəlmiş yağın töküləcəyi vedrə.

Sonra isə hər şey asandır. Maşının altındakı qaykanı açırsan və qırağa çəkilirsən ki, paltarın yağa bulanmasın. Sonra həmin qaykanı bağlayırsan. Əgər dəyişəndirsə, yağ filtrini dəyişirsən. Yeni yağı isə motorun xüsusi boğazında süzürsən

 

Əyləc yastıqlarının dəyişdirilməsi

Yeni başlayan mexanikin Everesti. Bu proses olduqca mürəkkəb görünür. Reallıqda isə çətin deyil, lakin vaxtını aparacaq və əllərini çirklədəcək.

Bunu etməyi öyrənmək üçün İnternet şəbəkəsinə baş vura bilərsən. Əsas istəkdir, qalanı boş şeydir.

 

Akumulyatorun dəyişdirilməsi

Çay içmək kimi asandır. Heç bir alət lazım deyil. Əsas odur ki, klemaları səhv salmayasan. Bunların hamısını edə bilsən, avtomobil ustası kimi təcrübə yığmağa başlaya bilərsən.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir