Usaq.

Ölkədə yeni doğulanların sayında kəskin azalmanın səbəbləri

Baxış sayı: 1. 020

“Bəli, ölkədə doğulan uşaqların sayı xeyli azalıb. Amma bu azalma pandemiyadan əvvəl də müşahidə olunurdu. Ona görə ki, toyların, nigahların sayı ötən illə müqayisədə 2,2 dəfə azalıb. Təbii ki, bu uşaqların artımına çox ciddi təsir edəcək”.

“Gencaile.az” xəbər ki, bu sözləri “Lent.az”-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib. O qeyd edib ki, koronavirusun ən ciddi təsir etdiyi sahələrdən biri də demoqrafik proseslərdir:

Sosioloq Əhməd Qəşəmoğlu

“Əgər 2011-ci ildə deyək ki, doğulan uşaqların sayına görə hər min adama 18 usaq düşürdüsə, 2015-ci ildə bu rəqəm 17 oldu.  2018-ci ildə hər min adama doğulan uşaqların sayı 14-ə endi. Və ötən ildə birinci altı ayda min nəfərə düşən uşaqların sayı 12 nəfərə enmişdi. İlin axırında daha çox enmə müşahidə olunmaqdadır. Düşünürəm ki, indi hər min adama on uşaq düşə bilər. Bunun səbəbi koronavirus məsələsidi. Bundan əlavə, həm də elə dünyada ümumi bir proses gedir. Əsas səbəb insanların özünün ailəyə qarşı o münasibəti, ailədə olan gərginlik, sosial-iqtisadi vəziyyətdir. Bütün bunlar uşaqların azalmasına ciddi təsir edir. Çünki Azərbaycan ailəsi heç vaxt indiki qədər gərginlik içərisində olmayıb. Nəyə görə? Hələ biz deyirik keçən ilin birinci yarısında hər min insana on iki uşaq düşürdü. Bu uşaqlar pandemiyadan qabaq ana bətninə düşən uşaqlardı və doğulmuşdular. Yəni toylar çox olan vaxtı uşaqlar olmuşdu. Amma indi daha kəskin azalır. Ona görə ki, toyların, nigahların sayı ötən illə müqayisədə 2,2 dəfə azalıb. Təbii ki, bu uşaqların artımına çox ciddi təsir edəcək. Əksər vaxtı uşaqlar yeni ailə qurulanda olur. Toy olur, toydan sonra da bir qayda olaraq uşaq dünyaya gəlir”.

Sosioloq bildirib ki, buna ikinci bir səbəb də boşanmalardır:

“Əgər Azərbaycan ailəsindəki son dövrlərdə olan statistikaya fikir versək ilbəil həm də boşanma hadisəsinin çoxaldığını müşahidə edərik. Boşananlar nə qədərdisə, bundan iki qat da artıq evdə gərginliklər var. İndi boşananların sayı 30%-ə qədər qalxıb. Gərginlik yaranırsa, təbiki bu uşaq artımına da ciddi təsir edir. İndi bir statistika da var,  üç, dörd , beş uşaqlı ailələrin sayı azalıb. Əvvəllər beş uşağı olan ailə adi bir ailə sayılırdı. Hətta mən uşaq olanda az uşaqlı ailə sayı 7-8 uşaqlılar hesab olunurdu. İndi  ailələrdə bir ya iki uşaq olur. Üç uşaqlı ailələrin sayı xeyli azalıb. Və bu il daha çox azalacaq”.

“Toyların azalması demoqrafik məsələyə təsir edirmi?” sualımıza da ətraflı caavb verən Əhməd Qəşəmoğlu deyir ki, əhali artımının çox olması da xoşagələn hal deyil. Təbii ki, bununda səbəbləri var:

“Bilirsiz, hər bir ölkədə çalışmaq lazımdır ki, ümumi insanların sayını götürsək hər iki  nəfərə ən azı 2,1 , 2,2 uşaq doğulsun. Bu normadan aşağı düşəndə ölkədə demoqrafik vəziyyətə ciddi təsir edir. 2,1-dən yuxarı olanda ölkədə əhali artımı olur. Əhali artımının lap çox olması yaxşı deyil. Əvvala sürətlə ölkədə əhali artanda o əhalini  təmin etmək problemləri yaranır. İkinci tərəfdən də  bilirsiz ki, artıq beynəlxalq səviyyədə əhali artımının sürətli çoxalması arzuolunan hal sayılmır. Birləşmiş Millətlər Təşkilatı uzun illərdir bu sahədə işlər aparır. Eynilə başqa təşkilatlar da. Və bir çox ölkələr də uşaq artımının çox olduğu ölkələri qısqanır, onlara neqativ münasibət bəsləyir. Həmin  ölkələr adətən müharibə görə bilir.  Bu müharibələr insan artımının qarşısını alır.  Ona görə də lap çox uşaqların olması da arzuolunan deyil. Amma 2,1 normal haldır.  Bu ölkədə əhali artımını təmin edir.  Bu başqa ölkələr, beynəlxalq təşkilatlar tərəfindən də normal qarşılanır. Elə bir vəziyyət yaransa ki, insana düşən artım ikidən az olsun onda bu ölkədə gələcəkdə xoşagəlməz vəziyyətlər yarana bilər. Bu nə olacaq? Ölkədə etnik tərkib dəyişilə bilər, yaşlı adamların sayı artar, miqrant axını çoxalar, ölkədə vergi ödəyicilərin sayı az olduğundan  pensiya təminatına ciddi təsir edə bilər. Eyni zamanda ordu zəyifləyə bilər. Bir çox mənfi tərəflərini danışmaq olar. Amma bizim ölkəmizi hələ ki, elə vəziyyət gözləmir. Avropanın bir çox ölkələrindən artıq  o artım mənfi göstəricidir. Yəni əhali ildən- ilə azalır. Bizdə hələ o vəziyyət yoxdur. Amma demoqrafik siyasətimiz elə qurulmalıdır ki, o vəziyyət yaranmasın. Ən azı doğulan uşaqlar lazımi qədər olsun və iki nəfərə doğulan uşaqların sayı 2,1-də 2,5 arasında olarsa çox yaxşı olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir