opusmek

Öpüşün olmadığı qəbilə və xalqlar

Baxış sayı: 1. 301

Öpüşmək – insanlar arasında hisslərin cismani forması hesab edilir. Alimlər bildirirlər ki, öpüş anadangəlmə refleks deyil. Ona görə də yeni doğulmuş körpələr öpə bilmirlər. İnsan zamanla öpməyi, daha sonra isə öpüşməyi öyrənir. Dünyanın əksər xalqları öpüşü sevgi rəmzi kimi qəbul etsə də, elə millətlər və kiçik qəbilələr var ki, onlar öpüşün nə olduğunu bilmirlər.

“Gencaile.az” “Publika.az”-a istinadən öpüşün olmadığı qəbilə və xalqları diqqətinizə çatdırır:

Banqladeşin şərqində yerləşən Çittaqonq qəbiləsində ümumiyyətlə öpüşün nə özü var, nə də sözü. Burada sevənlər “məni öp” əvəzinə “məni iylə” deyirlər.

İyləmə üsulu Yeni Zellandiyanın aborigenlərində də var. Məşhur səyyah Ceyms Kuk hələ o vaxt qeydlərində yazırdı ki, burada insanlar görüşəndə burunlarını bir-birinə sürtürlər. Sonra birdən fınxırıb qarşı tərəfin qoxusunu içinə çəkirlər.

Bənzər “burunlaşma” Santa-Mariya adasının qəbilələrində də mövcuddur.

Papuaslar, tasmaniyalılar, Fuqa adalarının sakinləri isə iy məsələsində bir az həssadırlar. Ola bilsin ki, qarşısındakı insandan pis qoxu gələ bilər. Ona görə də işlərini ehtiyatlı tuturlar. Bir-birlərinin burunları arasında gözəl qoxulu bitki və ya yağ tuturlar.

Somali sahillərinə yaxın yerləşən Sokotra adasında isə öpməyinə öpürlər, amma çiyinə qədər, ordan yuxarı olmaz!

Tonqa adalarında isə qarşı tərəfin əlini ələ alıb ağzının və ya burnunun kənarlarına sürtürlər.

Çinlilər də əvvəlki əsrlərdə öpüşmürdülər, üzlərini bir-birinə sürtürdülər. Amma indi dünyaya inteqrasiya etdikləri üçün öpüş onlara da sirayət edib.

Yaponlar isə öpüşsələr də, bunu qətiyyən insan arasında edə bilməzlər. Maraqlıdır ki, dünyada ən açıq-saçıq realiti şouları olan, erotik filmlər çəkən yaponlarda öpüş ayıb sayılır. Ona görə də yapon filmlərində yataq səhnəsi görmək olar, amma öpüş olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir