husniyye Abbasova

Övladınızda diqqət əskiskliyi varsa… – PSİXOLOQ YAZIR

Baxış sayı: 565

Diqqətin inkişafı

Yeni doğulmuş körpələrin eşitmə və görmə qabiliyyətləri məhduddur və hələ tam inkişaf etməyib. Beyin inkişafının məhdud olmasına baxmayaraq, obyektlərə və qıcıqlara qısa müddətli diqqət yetirə bilir. İlk altı ayda həm duyğu qabiliyyəti həm də eşitmə qabiliyyətinin, eləcə də beyin inkişafının irəliləməsi, uşağın diqqətini  uzun müddət bir obyektə yönəltməsinə imkan verir.

İlk aylarda daha çox qıcıqlara qısa müddətli diqqət (səsə, üzə çevrilir, uşaq böyüdükcə özünün seçdiyi obyektlərə diqqət yetirməyə başlayır.

Diqqətin cəmlənməsi öyrənmənin ilk addımıdır. Məsələn, uşağın anasının üz hərəkətlərini təqlid edərək sifətinə diqqət yetirməsi, çıxardığı səslərə bənzəyəcək səslər çıxarması onun normal inkişafının göstəricisidir. Uşağın diqqəti yeni obyektə yönələrək, onu yadda saxlayıb və təkrarlaması həmin obyekti daha yaxşı tanımasına və qavramasına kömək edir.

Məsələn, uşaq ilk dəfə çınqırağı görəndə ona diqqət yetirir və yenidən rastlaşanda yaddaşına yazır,

daha sonra onu gördükdə  səs çıxarmaq kimi  fərqli xüsusiyyətlərini də hafizəsinə əlavə edir. Bunun sayəsində yeni bacarıqları daha inkişf edir.

18 aya qədər icra funksiyaları inkişaf etməyə başlayır. İcra funksiyaları, davranışları idarə edə bilmək, ediləcək hərəkətləri  beyinə  əmr etmək,davranışın nəticələrinin məqsəd və planlara uyğun qiymətləndirilməsi tənzimləməni özündə birləşdirən mürəkkəb sistemdir. Məsələn, uşağınız ev düzəltməlidir. Lazımi materialları bir yerə toplamaq, artıq əşyaları çıxarmaq, müəyyən müddət ərzində diqqət yetirmək və diqqətini yayındıra biləcək səslərdən uzaq olmaq kimi fəaliyyətlər, icra funksiyaları ilə əlaqələndirilir.

İcra funksiyası ön beyin bölgəsinin funksiyasıdır və inkişafı yeniyetməliyə davam edir.

Başqa sözlə, uşaq böyüdükcə  hərəkətlərini daha yaxşı idarə edə biləcək və diqqətini daha yaxşı cəmləyəcək.

Daha kiçik yaşlı uşaqlar təbii olaraq daha aktiv və hərkətli, diqqətini cəmləməkdə çətinlik çəkəcəklər.

Onlara hərəkətlərinin nəticələrini idarə etmək və proqnozlaşdırmaq  daha çətin olacaq.

Məsələn, 2 yaşlı uşaq təhlükələri dərk etməkdə və zərərdən qaçmaqda, davranışlarını tənzimləməkdə çətinlik çəkir. Bıçaq özünü kəsə bilər, qaynar suyun onu yandıracağını düşünmədən əlini onlara uzada bilər, ancaq 4 yaşına çatdıqda davranışlarını daha şüurlu şəkildə idarə edə biləcəkdir.

4 yaşına qədər uşaqlar bir yerdə oturmaqda və hərəkətsiz qalmaqda çətinlik  çəkirlər. 4 yaşından sonra hərəkətlilik azalmağa başlayır.

Diqqətin inkişafı yeniyetməlik dövrünün sonuna qədər davam edir.

 

Diqqıt əskikliyi nə zaman xəstəliyi çevirilir?

Xəstəlik səviyyəsinə çatan diqqət problemləri və hiperaktivliyi (pozuntusu) tipik uşaqlardan fərqləndirən 4 mühüm xüsusiyyət var:

Yaş və inkişaf səviyyəsinə uyğun olaraq diqqət problemləri və hiperaktivlik gözləniləndən daha ağırdır.

Diqqət problemləri və hərəkətlilik müvəqqəti (keçici) deyil. Kiçik yaşlardan bəri davam edən problemdir.

Diqqət problemləri və hiperaktivlik bir mühitdə baş vermir; fərqli mühitlərdə (məktəb, ev, qonaqlıq,park kimi) də görünür.

Diqqət problemləri və hiperaktivlik uşağın normal həyatına mənfi təsir göstərir. Diqqət əksikliyinə görə yaşına uyğun bacarıqlar qazanmaqda çətinlik çəkir. Hiperaktivlik və impulsivlik birlikdə uşağın məktəbə uyğunlaşmağını çətinləşdirir və eyni zamanda uşağın tez-tez qəzalara məruz qalmasına səbəb olur.

ƏGƏR BU ƏLAMƏTLƏRDƏN BİR NEÇƏSİ OVLADINIZDA VARSA ZAMANINDA MÜTƏXƏSSİSƏ MÜRACİƏT EDİB, DƏSTƏK ALMAQDAN ÇƏKİNMƏYİN. ERKƏN  VƏ DOĞRU EDİLƏN MÜDAXİLƏ ÖVLADINIZIN SAĞLAM BÖYÜMƏSİ ÜÇÜN ÇOX VACİBDİR….

 

Diqqıt əskikliyinin yaranma səbəbləri

ders

Genetik səbəblər

DƏHP-nin əmələ gəlməsində genetik faktorların  rolu böyükdür. DƏHP-li vakaların  yarısından çoxu genetik səbəblərlə izah olunur. Bu mövzuda əkiz tədqiqatları, övladlığa götürmə tədqiqatları DƏHP ilə əlaqəli bir neçə  növ gen müəyyən etmişlər. Bu genlər beyində daşıyıcı molekullar (dopamin, norepinefrin və s.) və beyin inkişafı ilə əlaqəli

genlərdir. Araşdırmalar göstərir ki, DƏHP olan ana və ya ataların uşaqlarında DƏHP müşahidə olunma ehtimalı digər şəxslərə görə daha çoxdur.

 

Bioloji səbəblər

Beynin, xüsusən də frontal bölgənin qeyri-adekvat işləməsi DƏHP ilə əlaqələndirilir. Son araşdırmalar DƏHP olan insanların  digər insanlardan fərqli olaraq beyinlərinin inkişafında böyük fərq olduğunu ortaya qoydu. Beyindəki daşıyıcı molekullar, xüsusilə dopamin və norepinefrinin  düzgün fəaliyyət göstərə bilməməyini DƏHP ilə əlaqələndirirlər. Həmin molekullar beynin effektiv işləməsini təmin edir. Lakin onların sinirlərarası boşluqlardakı miqdarını azaldan faktorların DƏHP ilə əlaqələndirirlər.

 

Ekoloji səbəblər

DEHB ilə əlaqəli  ən çox yayılmış  ekoloji səbəblər bunlardır:

Stressli hamiləlik

Hamiləlik zamanı ananın spirtli içki və siqaretdən istifadə etməsi,

  • Doğuş zamanı yaşanan çətinliklər (doğuş zamanı oksigen çatışmazlığı, aşağı düşmə).

Doğum çəkisi, vaxtından əvvəl doğuş,

  • Ağır metallara məruz qalma (məsələn, qurğuşun),
  • Müəyyən vitamin və mineralların çatışmazlığı.

 

Psixososial səbəblər

Valideyn tutumları, övlad tərbiyəsi (lazım olandan daha rahat valideynlik, həddindən basqıcı valideynlik kimi) DƏHP-ə səbəb olmur. Lakin diaqnoz varsa onun gedişatına mənfi təsir göstərir və onu müşayiət edən digər problemlərə səbəb olur.

  • Həddindən artıq elektron vasitələrdən (TV, mobil telefon və s.) istifadə DƏHP-ə səbəb olduğunu deyirlər. Lakin bununla bağlı kifayət qədər məlumat yoxdur.

Xüsusilə körpəliyin ilk illərində ekrana sıx məruz qalması diqqət problemləri yarada bilir, lakin sadəcə bununla DƏHP yaranmaz.

Uşaq tərbiyəsində Valideyn tutumları DƏHP-ə səbəb olmur

 

Psixo-pedaqoq Hüsniyyə Abbasova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir