seyahet

Payız səyahətinin ideal ünvanları…

Baxış sayı: 351

Statistik azərbaycanlıya elə gəlir ki, tətil ancaq yay aylarında mümkündür. Təxminən 1 aylıq məzuniyyət… bağ, dəniz, hovuz və bitdi…

Əslində isə, həkimlər sübut ediblər ki, istirahətlər arasında ən məqbulu payız və qış aylarında ediləndir. Daha doğrusu, illik məzuniyyəti bir neçə hissəyə bölüb, ondan yararlanmaq lazımdır.

Amma evdə bişməyib, qonşudan gətirməyənlər üçün yaydan qeyri fəsillərdə istirahət anormal görünür. Məsələn, yağışlı, palçıqlı, küləkli payız günlərində nə etmək olar deyə düşünənlər də az deyil. Əslində  isə, payız və qış aylarında psixoloji olaraq insanların istirahətə daha çox ehtiyacları olur. Belə ki, havanın pis keçməsi, qaranlıq, monotonluq insanlarda depressiyaya, ruh düşkünlüyünə meyl yaradır. Bu zaman çox yorulduqda, streslə üzləşdikdə belə, nadir hallarda kimsə istirahət etməyi planlaşdırır. Yaxşı olar ki, soyuq aylarda da insan özünü pis hiss etdikdə istirahət etmək, həyat tərzini dəyişmək, yenilik etmək barədə düşünsün. Qış tətili və ya yaz tətili günlərində rayonlara səfər etmək, qısamüddətli də olsa, istirahət xroniki yorğunluğun, pessimizmin qarşısını ala, əhvala müsbət təsir edə bilər.

Payız fəslində səyahət edilə biləcək ölkələrlə bağlı maraqlı gəzişmələr etmişik. Axı bu gün ölkəmizdə soyuqdursa, bizdən minlərlə kilometr aralıda Günəş insanın üzünə gülümsəyir.

Payız ayında isti dəniz və yaxşı əhval-ruhiyyəni Kanar adaları, Portuqaliyada Madeyra adası, Çində Haynan təmin edir.

Ekspertlər deyirlər ki, ekzotik məkanlara getmək istəyənlər İndoneziya, Braziliya, Tayland, Hindistan, Kuba və Meksikanı seçə bilərlər.

Noyabr cənubi Afrika ölkələrinə səyahət üçün ideal zamandır. Həmçinin Hollandiyada keçiriləcək gül bayramında da istirahət etməyə dəyər.

Günəşli günlər azalmağa başlayanda yayın hələ də davam etdiyi Təl Əviv-ə üz tutmaq mümkündür. Burada həm gözəl şəhər görüntüləri, həm də əla çimərliklər var.

40 dərəcə isti hava ilə Sevilya(İspaniya) sözün əsl mənasında insanı istidən qovuran bir yerdir, lakin səyahəti payız aylarına saldıqda ideal temperaturu tutmuş olursan. Küçələrində portağal çiçəklərinin qoxusu olan bu şəhərdə, kölgəli açıq məkanlar pivə içən yerlilərlə dolub daşır, gecələri isə uzun və sakit olur. Bu tətil sizin üçün unudulmaz olacaq.

Payızın gətirdiyi drammatik dəyişimdən qaçmaq yerinə, onu qucaqlamaq istiyərsənsə, etməli olduğun ən yaxşı şey, Sentyabr və Oktyabr aylarında Kanadanın Ontario əyalətinə getməkdir. Toronto’dan çox da uzaq olmayan Algonquin Əyalət Parkı 7.725 km sahəyə sahibdir və sıx meşə örtüyü və sakit göllərdən ibarətdir. Qızılı tonlarla göstəriş edən ağacların yaratdığı təkrarsız mənzərini ən yaxşı halda göldə qayıq sürərkən izləyə bilərsən.

Payızda məhsul yığımına İtaliyadakı kimi ciddi yanaşan ikinci ölkə çox az tapılar. Yığım tarixləri hava şəraitinə görə dəyişsə də, müxtəlif meyvələrin və tərəvəzlərin yığımı şərəfinə İtaliyada Sagre’lər (məhsul yığımı festivalları) keçirilir.

Toskana’nı ziyarət etmək üçün ideal vaxt sentyabrın ortası, oktyabrın əvvəlləri hesab edilir. Zamanın özü qədər köhnə ənənə olan Vendemmia’ya (üzüm yığımı) qatılaraq, yerli şərablar haqqındakı hər şeyi, necə hazırlandğını öyrənmək olar.

Mövsümdənkənar səyahətin ən böyük üstünlüklərindən biri də aşağı qiymətlərdir. Qənaətcil seçim etmək istəyirsinizsə, Portuqaliyanın paytaxtı Lissabon yayda gəlmiş turistlərin yığışıb evə getməsindən sonra, ola bildiyi qədər sərfəli yer halına gəlib. Günəş hələ parıldasa, hava ilıq olmasına baxmayaraq, boğucu isti yoxdur və otellər, restoranlar da endirimli təkliflər təqdim edir. Şəhərin mərkəzində qalaraq, min illik tarix və memarlığını, sıx turist qrupları olmadan kəşf edə və bir tramvaya minərək 30 dəqiqə içində çimərlikdə ola bilərsən.

 

Sevinc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir