Nermine Abbasova

Payızda astma xəstəliyi niyə kəskinləşir? - HƏKİM RƏYİ

Baxış sayı: 349

Astma, nəfəs yollarının xroniki iltihabi bir xəstəliyidir. Bu vəziyyətdə, nəfəs yolları daralır və iltihablanır, bu da nəfəs almaqda çətinlik və müxtəlif simptomlara səbəb olur. Payız mövsümündə bu xəstəlik özünü daha aktiv şəkildə büruzə verir. Bəs görəsən, payızda astma xəstəliyi niyə kəskinləşir?

Bu suala cavab tapmaq üçün müraciət etdiyimiz MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova payızda astma xəstəliyinin kəskinləşməsinin bir neçə səbəbi olduğunu dedi və onları aşağıdakı kimi sıraladı:

Allergik reaksiyalar: Payızda toz, pollen və digər allergenlərin səviyyəsi artar. Bu, astma xəstələrinin simptomlarını gücləndirə bilər.

Soyuq hava: Hava temperaturunun düşməsi və soyuq havanın artması, bəzən bronxların daralmasına səbəb olur, bu da astma tutmalarını artırır.

Virus inflyasiyaları: Payızda qrip və soyuqdəymə kimi virus infeksiyaları yayılır. Bu infeksiyalar astma xəstələrində simptomların kəskinləşməsinə səbəb ola bilər.

Daxili iqlim dəyişiklikləri: Daxili havanın keyfiyyəti, mərkəzi isitmə sistemlərinin istifadəsi ilə dəyişir. Bu, toz, göbələk və digər irritantların artmasına səbəb ola bilər.

astma

Həkim həmminin bildridi ki, bu faktorların hər biri astma xəstələrinin vəziyyətini pisləşdirə bilər, buna görə də payızda müntəzəm tibbi nəzarət və profilaktik tədbirlər görmək önəmlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir