yemeye ne var

Pendirli avokado salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 997

“Gencaile.az” saytının Yeməyə nə var?” rubrikasında bu gün sizə pendirli avokado salatının hazırlanma qaydasından bəhs edəcəyik.

 

Avokado salatı üçün ərzaqların yığılması

Salat üçün istifadə edəcəyiniz avokadonu yuyub mətbəx dəsmalının üzərinə yığın. Salata qatacağınız xiyarı da yuyub mətbəx dəsmalının üzərinə yığın.İstifadə edəcəyiniz pomidorları da yuyub mətbəx dəsmalının üzərinə yığın suyu qurusun. İstifadə edəcəyiniz pendiri kasaya yığın. Yaşıl soğanı və cəfərini təmizləyərək yuyun və mətbəx dəsmalının üzərinə yığın. Zeytun yağını stəkana süzün. İstiotu kiçik bir kasaya yığın. Limonu yuyub mətbəx dəsmalı ilə qurudaraq kasaya alın. Lazım ola biləcək duzu kiçik bir kasaya alın.

 

Pendirli avokado salatı üçün ərzaqların hazırlanması qaydası

Avokadonun çəyirdəyini çıxarın. Xiyar və avokadonu kiçik-kiçik doğrayın. Pomidorları dörd parçaya bölün. Doğradığınız tərəvəzləri qarışdırın.Soğan və cəfərini incə -incə doğrayın. Doğradığınız tərəvəzləri qarışdırın.

avakado salati

Pendirli avokado salatının hazırlanma qaydası

Doğradığınız tərəvəzləri bir qarışdırma qabına yığıb qarışdırın. Sos malzəmələrini küçik bir qabda çalxalayaraq yaxşıca qarışdırın və bütünlüklə salatın üzərinə gəzdirdikdən sonra servis edin.

 

Pendirli avokado salatının servis edilməsi qaydası

Salatınızı daha doyurucu hala gətirmək və öyün yerinə tükətmək istəsəniz sobada qızarmış çörək parçaları da əlavə edə bilərsiniz.

Nuş Olsun!

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir