sudlu plov

Plov yeyən kişilərə PİS XƏBƏR

Baxış sayı: 410

Son illərdə kişilərin mühüm problemlərindən biri keçəlləşmədir.

Professor Canan Karatay buna düyü yeməyin səbəb ola biləcəyini bildirib.

Onun sözlərinə görə, tez-tez plov yeyən kişilərdə keçəllik problemi daha çox olur. Belə ki, düyü kişilərdə saç tökülməsini artırır.

Keçəlliyin insulin çatışmazlığı ilə əlaqəli olduğunu ifadə edən Prof. Dr. Canan Karatay D vitamini və Omeqa 3 çatışmazlığının da keçəlliyə səbəb olduğunu deyir.

Karatay saç tökülməsinə səbəb olan əsas qidalardan birinin düyü olduğunu bu sözlərlə izah edib:

“Bu tamamilə elmidir, mən bunu kitabımda izah edirəm. Kişilər düyüyə çox düşkün olmamalı və onu daim yeməlidirlər. Çünki insulininizi yüksəldir”.

Canan Karatay saç tökülməsi problemi yaşayan insanlara aşağıdakı məsləhətləri verib:

“Kişilər bol kərə yağı, zeytun yağı və Omeqa 3 qəbul etməlidirlər. Onlar bol miqdarda D vitamini qəbul etməli və B 12 səviyyələrini yoxlatmalıdırlar. Saçların sağlamlığı üçün saç dərisinə dügün qulluq və bol günəş vannası qəbul etmək də vacibdir”.

Professorun sözlərinə görə, təkcə plovda deyil, bir çox yeməklərdə də istifadə olunan düyünün ən qorxulu zərəri şəkər xəstəliyinə tutulma riskini artırmasıdır.

“Düyü sizi kökəldir. Şişkinliyə və qaza səbəb olur. Orqanizmdə yorğunluğa səbəb olur”, – deyə professor qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir