İnsanın hәyatında әn vacib ilk әlaqә valideyn övlad münasibәtidir. Uşağın valideyni ilә qurduğu münasibәt, hәyat boyu qurulacaq digәr әlaqәlәr üçün istinad nöqtәsidir. Valideyn övlad münasibәtlәrindә hәddindәn artıq inciklik,zәdәlәnmә varsa, onları düzәltmәk çox çәtindir. Övladlarınızla münasibәtinizdә nә qәdәr çox tәqdir, sevgi, diqqәt vә qayğı hissi çox olarsa uşaqlarınız xoşbәxt sevgi dolu böyüyәcәklәr. Çünki uşaq ana bbәtnindә formalaşdığı andan fiziologiyası ilә yanaşı psixologiyasıda formalaşır. Buna görә dә hamilә xanımlar, mütlәqdir ki, bu dönәmdә daha sakit, tәmkinli stresdәn uzaq olmalıdırlar. Hamilәlik dönәmindә keçirdiyiniz hәr duyğu bilәvasitә övladınıza tәsir edәcәkdir.
Uşaqların psixologiyasının düzgün formalaşması üçün onlarnan necә davranmalıyıq?
Uşağınızın qarnını doyurduğunuz kimi, onun emosional, mәnәvi dünyasını vә zehni imkanlarını da doyurun. Övladlarınıza hörmәt edәrәk, onları sevdiyinizi vә qayğı göstәrdiyinizi göstәrәrәk, onların inkişafına dәstәk verәrәk qidalandırın. Uşağınıza hörmәt göstәrmәk, uşağıb özünә inamını formalaşmasında çox vacibdir. Uşağınızın sözünü kәsmәk mәcburiyyәtindә qaldığınız zaman “sәnin sözünü kәsirәm, mәnә bir az zaman ver “deyin vә ya siz danışarkәn uşağınız nәsә demәk istәdikdә “bir dәqiqә gözlә, bir az sonra sәni dinlәyәcәm “deyin vә uşağı cavabsız qoymayın. Hәmişә uşağa cavab verin, uşağa hörmәt etdikcә, uşaqlar zamanla digәr insanlara hörmәt etmәyi vә sağlıqlı münasibәt qurmağı öyrәnirlәr.
Uşaqlarınıza güvәnin vә özgüvәni yüksәk uşaqlar yetişdirin!
Övladlarınızda “müvәffәqiyyәtsizәm “,”mәn pis uşağam “,”sevilmәyә layiq deyilәm “,”mәn dәyәrsizәm “,”etdiklәrim faydasızdır “,”çarәsizәm “vә s kimi düşüncәlәrin formalaşmasına vә özlәrini bu şәkildә tanımalarına bu şәkildә böyümәlәrinә icazә vermәyin. Unutmayın ki, siz onlara güvәnsәniz onlar da özlәrinә güvәnәr .Uşaq valideynlәrinin gözündәki obraza görә özünü müәyyәn edir. Әgәr onun bacara bilmәyәcәyini düşünsәniz bacarmaz. Çәtin uşaqdır desәniz çәtin olacaq. Siz ona nә qәdәr inanırsanız o, da özünә inanar. Uşaqlarınızın nә edә bilәcәyini görmәk vә dәstәklәmәk onların inkişafı üçün vacibdir. Onlar böyüdükcә vә inkişaf etdikcә edә bilmәdiklәrini etmәyә başlayacaqlar.
Uşağınızı dәstәklәdiyinizi ona hiss etdirin!
Uşaqlarınızı dәstәklәyin, onlara inanın, qiymәtlәndirin vә onlarnan fәxr edәcәyinizi bildirin. Övladlarınızın beynindә onların valideynlәri ilә keçirdiyi xoş xatirәlәr nә qәdәr çox olarsa, onlar üçün bir o qәdәr ümidverici olar. Onlara gülümsәyin, onlarla oynayın, onları qucaqlayın vә onlara sevginizi göstәrin.
Uşaqların problemlәrinini birgә hәll olunmalıdır!
Uşaqlıq vә yeniyetmәlik dövrü münaqişәlәrin şiddәtli olduğu dövürdür. Hәr zaman problemlәr vә krizlәrlә qarşılaşa bilәrsiniz hәr problemin hәlli var. Bәzәn hәll istdiyiniz kimi olmaya bilәr. Uşağın bir problemi olduğunda.”yaşadığın problemi anlayana vә hәll edәnә qәdәr çalışacam “,deyәn bir valideyn mövqeyinә ehtiyac var.
Uşağın emosional ehtiyaclarını ödәmәk vә onlara sәbirlә yanaşmaq vacibdir .Stressli vә ya çәtin anlarda onlara dәstәk olmaq vә emosional ayanaqlığı artırmaqda kömәk etmәk sağlam ünsiyyәt mühiti yaradır. Sәbirli vә anlayışlı yanaşma uşağa valideynlәri ilә daha asan ünsiyyәt qurmağa imkan verir. Uşaqlar valideynlәrinin davranışlarının müşahidә edәrәk örәnirlәr. Buna da valideynlәrin açıq, dürüst vә empatik ünsiyyәt nümayiş etdirmәlәri vacibdir. Öz hisslәrini sağlam şәkildә ifadә etmәk vә problemlәrin hәllini göstәrmәk uşaq üçün müsbәt nümunәdir.
sağlam psixoloji durumda olan ailәdә böyüyәn uşaqların mәsuliyyәtli fәrdlәr kimi formalaşması ailәnin gücü vә sabitliyi cәmiyyәtin gәlәcәyinin tәminatıdır.
Pərvin Bağırova
İDOO PSP mütəxəssisi, klinik psixoloq
😍😍😍
Çöx gözəl mövzuya toxunmusuz👍🏻👍🏻👍🏻
Çox həssas mövzulara toxunmusunuz .
İlk öncə təşəkkürümü bildirirəm .
Belə məqalələr çox olsun .
Məncəde sağlam psixologiyanın təməlini övladda ilk öncə valideyn qoyur .
Sizcə bütün bunları təkcə ana etməlidir ?Yoxsa atanın nə kimi rolu var ?
Fikirlərinizlə razıyam .
Uğurlar
Çox amma çox faydalı məlumatlar var. Ana olmağa hazırlaşan. Ve analar üçün cox vacib məlumatlar var sağlam gelecek üçün sağlam düşüncəli övlad yetişdirmək her birimizin borcudur 💜💜
Faydalı məlumat üçün təşəkkür edirik, Pərvin xanım. Çox gözəl mövzuya toxunmusunuz🩵
Uğurlar!
Pərvin xanım çox gözəl Mövzuya yanaşmısız. Valideyn-uşaq münasibətlərində belə məqamlar çox vacibdir.
Əlasız müəllim
Uğurlar Pərvin xanım♥️
Salam menide bir keçid dövrunde uşaq valedeyni olaraq bu meqaleden çox yararlandım uğurların bol olsun
Ne qeder seflere yol verdiyimin ferqine vardım
Çox aktual mövzuda yazılmış bir məqalədir.Uğurlar sizə!!!👍👍👍
Uğurlar
uğurlar!!!
❤️
Gözəl Psixoloq , Gözəl Xanım . Yaxşı ki, varsınız 💖
Belə başa düşülür ki uşaqların psixologiyasın valideyn olmadan əvvəl öyrənmək lazımdır ki hər tərəfli sağlam uşaqlar böyüdülsün.
😍
😍