burcler

Pulu hər şeydən çox sevən 3 bürc hansıdır?

Baxış sayı: 522

Pulu kim sevmir ki… Amma bəzilərinin “ciblərində siçan oynadığına” olduğuna da inanırıq. Xalq arasında simic adlandırılan bu insanlar pul üçün yaşayırlar. Onlar pul xərcləməmək üçün bəzən sevdikləri şeylərdən belə imtina edirlər. Pul insanın normal yaşayışı üçün zəruri bir vasitə olmaqla yanaşı, insan sevgisinə də mane olmamalıdır. Amma həmin insanların bu xarakterləri onların assosial olmasına gətirib çıxarır.

Bəs, ən çox pulu sevən 3 bürc hansıdır?

Beləliklə, pulu sevən və onun üçün yaşayan 3 bürcü təqdim edirik: 

burc

Oğlaq

Oğlaq bürcləri torpaq qrupudur. Bu bürcün nümayəndələri əzmli və inadkardırlar. Bəzən isə “işkolik”. Onlar pula çox meyllidirlər. Fikir versəniz,  iş adamlarının əksəriyyətinin oğlaq bürcü olduğunu görərsiniz. Çünki çalışqan olmaqları onları həmişə uğura aparır.

 

Qız 

Qızlar həddindən artıq məntiqli ağılları ilə pul məsələsində həmişə diqqətli davranmağa çalışırlar. Onlar daim pullarını nəyə xərclədiklərini hesablayır, gələcək üçün investisiyalar yatırır. Sağlamlığına və təmizliyə böyük önəm verən qızlar ən çox elə bu sahəyə pul xərcləyir.

 

Əqrəb

Əqrəb bürcünün nümayəndələri pula qənaət etməyi xoşlayırlar. Hər hansı bir məhsulu alanda onun endirimdə olub-olmamasına diqqət edirlər. Əqrəb heç vaxt özünü göstərməyə, alış-verişə çox pul xərcləməyə çalışmır. Çünki bunlara əhəmiyyət vermir. Bürcün nümayəndələri analitik bacarıqlarının köməyi ilə istədikləri bir çox şeyi əldə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir