qadin

Qadının enerji və güc mərkəzləri

Baxış sayı: 421

Qadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində — uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür.

O, özünü sevir, hörmət edir, özünə inanır, öz məziyyətlərini görür, öz ləyaqətini hiss edir və özünü təzə açmış çiçək kimi qoruyur. O, başqa insanları sevir və hörmət edir. O, həyatın hər anından zövq almağı bacarır. Belə qadınların enerjisi kişiləri həmişə özünə çəkir.

Bu mərkəzdə pozuntular qadınların bir çox komplekslərinin olmasına gətirib çıxarır: o, incikdir, hər şeydən şübhələnir, menstruasiya və reproduktiv orqanlarda problemlər yaranır, kişiləri qəbul etmir, seksdən həzz almır, enerji toplaya və onu qoruya bilmir, özünü hər an yorğun və tükənmiş hiss edir, özünə qulluq etmir, öz bədənini qəbul etmir və s.

 

Bəs seksual mərkəzi nə açır?

İntim əzələlərin daimi inkişafı, gözəl geyim, bəzək əşyaları, makiyaj, rəqslər, incə yeriş.

Şirniyyat məhsullarının istifadəsi və onların dadından həzz almaq bacarığı.

Qadınlığın açılması üçün meditativ məşqlər.

Komplekslərin analizi, şüuraltı dağıdıcı proqramlarla iş.

Yaradıcılıqla məşğul olmaq, gözəl və zərif musiqi dinləmək, kitab oxumaq, gözəl rəsm əsərinə tamaşa etmək, romantik filmlərə baxmaq, zərif qadınlar haqqında mütaliə.

 

Estetik zövq aldığınız hər şey sizi bərəkətli enerji ilə təmin etməyə qadirdir. Bu, sizə əsl xoşbəxtlik, fiziki rahatlıq və ruhi səadət bağışlayacaq, ən vacibi əsas enerji mərkəzini hərəkətə gətirəcək.

 

Qadının ikinci güc mərkəzi

Qadının ikinci güc mərkəzi Anaxata çakra sahəsində — ürəkdə yerləşir. Məhəbbət enerji mənbəyi buradadır. Əgər qadının ürəyi açıqdırsa, sevgisinin ən saf enerjisini dünyaya yayır, ətrafa minnətdarlıq hissiylə baxır, o, sevinclə parıldayır, istənilən şəraitdə xoşbəxt ola bilir. O, ən təmiz sevgi və qayğını ötürməyi və qəbul etməyi bacarır. O, dünya, qohumları, uşaqları və ən əsası öz əri ilə sevgiyə əsaslanan dərin və inamlı isti münasibətlər yaratmağa qadirdir. O, hər insanlıq halından anlamağa, başqalarının dərdini duymağa, onlara etibar etməyə və şəfa verməyə qadirdir.

Ürək mərkəzində pozuntular yaşayan qadınlar adətən qapalı olur. O, nə uşaq, nə ünsiyyət, nə də hər hansı münasibət istəyir. O, işə gedə, hətta əlavə öhdəlikləri öz üzərinə götürə bilər, təki ürək nahiyəsindəki ağrıları hiss etməsin. Onun yol yoldaşları bax, bunlardır: depressiya tutmaları, özünə və həyata qarşı məyusluq, güvənmək qorxusu, özünə inamı və həyatın mənasını itirmək.

O, istilik yox, soyuqluq saçır. Buzlar kraliçasına çevrilir. Belə bir vəziyyət bəlkə də qadın xəstəliklərinin inkişafına və sonsuzluğa gətirib çıxarır.

 

Ürək mərkəzinin açılmasına nə kömək edir?

Bir seçilmiş tanrıya meditasiya və ya ibadət etmək qəlbi saf sevgi ilə doldurur. Qadın tanrıçalara dua etmək — Məryəm ana, Kuan-İn, İsida və s.

Heç bir mənfəət güdmədən insanlara yardım etmək, yemək bişirmək, istər yemək, istər maddi predmetlər, elmi bilik və ya təcrübəni bölüşmək, eləcə də uşaqların qayğısına qalmaq.

Səmimi dua, dini musiqi, ruhani musiqi dinləmək.

Açıq rəngli yüngül paltar geymək və daha tünd rənglərdən qaçmaq əlverişli hesab olunur.

Ərli qadınlarla və analarla daha çox ünsiyyət qurmaq.

Ürək çakralarını açan praktika və meditasiyalar, inciklikləri bağışlama və təhqirlərdən təmizlənmə ayinləri.

Çəhrayı kvars, həmçinin ay daşları taxmaq.

 

Menyuya daha çox süd və süd məhsulları, yaşıl tərəvəz daxil edin, zorakılıq (ət, balıq, yumurta) enerjisini özündə ehtiva edən heyvan məhsullarından imtina edin. Hil, şatavari otları, daha çox gül çayları, xüsusilə qızılgül çayı için.

 

Qadının üçüncü güc mərkəzi

Qadın üçüncü güc qüvvəsi boğaz nahiyəsində — Vişudxa çakrasında yerləşir. Bu mərkəzin məqsədi — dünyaya saflıq, təmizlik, gözəllik, harmoniya, ahəng, zövq və dad bəxş etməkdir. O, məhz bunun üçün də bizə verilib. Əgər bu mərkəz inkişaf edibsə, qadın özünü mənəviyyatını, İlahi gücünü və yaradıcı potensialını hiss edir. O, fəsahətli (Aydın, gözəl, səlis, düzgün nitq), çox düzgün və aydın danışır, onu dinləmək xoşdur, o, həqiqəti görür və onu ifadə edə bilir. Onun nitqi şirin və xoşdur. “O, mahnı kimidir”, — sözlərini məhz belə qadınlar haqqında deyirlər.

Əgər burada müəyyən pozuntular varsa, qadın mənfi şeylər haqqında danışmağa, söyüş söyməyə, qeybət etməyə və inancını itirməyə meyilli olacaq. Dünya rəngləri onun üçün solur, o, həyatda nə gözəlliyi, nə sevinci görə bilir. Həyatın ona xəyal qırıqlığı yaşatdığını düşünür. Onu heç nə qane etmir. O, sürətlə solur. Əlbəttə ki, burada heç bir zəriflikdən söhbət də gedə bilməz.

 

Bu mühüm mərkəzin işini nə qaydaya salır və harmonizasiya edir?

Mənəvi inkişaf, dini ədəbiyyat, müqəddəs yazıları mütaliə. Müəllimlər, ümumi mənəvi prinsipləri və idealları olan insanlarla ünsiyyət. Ustad, yaxud böyük məhəbbət ehtiyatı və təcrübəsi olan şəxslərlə işləmək. Mühazirələr dinləmək, təlimlərdə iştirak etmək. Karmanın sualını araşdırmaq. Sağlam və təmiz həyat tərzini sürmək: xarici və daxili nəzarət.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir